Gömrük özbaşınalıqları TÜĞYAN EDİR... - GİLEY
Tarix: 11-08-2018, 10:39 | Çap et
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseyn Həsənli ilə bağlı şikayətlər səngimir. Dövlət vəzifəsini şəxsi məqsədlərinə xidmət etdirən bu şəxsin özəl qiymət siyasəti də var. BakuNews.az-a daxil olan məlumatda bildirilir ki, Hüseyn Həsənli dövlətin müəyyən etdiyi qiyməti təqdim edən vətəndaşı təhqir edərək onu yalançı adlandırıb. Əslində vəzifəsi vətəndaşa xidmət etmək olan bu şəxsin dövlət sənədinə hörmətsiz münasibəti ilk fakt deyil. Vətəndaş, Masallı rayon sakini, hal-hazırda Bakıda məskunlaşmış Abıyev Cəlal Hamlet oğlu Gürcüstan respublikasından buraxılış ili 2012-ci il olan “Hundai Sonata” markalı avtomobili 4800 ABŞ dolları məbləğində alması haqda rəsmi sənədləri təqdim etsə də, Azərbaycanda, konkret Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində kimsə ona inanmır. Nəinki inanmırlar, hətta vətəndaş müəyyən edilmiş dövlət rüsumundan 1033 AZN artıq məbləğ “ödəməyə” məcbur edilib. Üzləşdiyi haqsızlıqla bağlı mətbuata üz tutan şikayətçiyə verilən cavabın özü də absurddur. Belə ki, DGK-dən C.Abıyevi “nə üçün rəsmi şikayət etmədən əlavə vəsait ödədin?” –sualı ilə dilemma qarşısında qoyurlar. Lakin unudurlar ki, ölkəyə gətirilən avtomobilin dövlət qeydiyyatı üçün 72 saat vaxt müəyyən edilib. Araşdırılması vacib olan sənədlərə cavab tarixi isə ölkə qanunları ilə bir ay müddətində müəyyən edilib. Zamanlar arasındakı bu təzad isə bütün hallarda vətəndaşın xeyrinə işləmir. Belə olan təqdirdə Hüseyn Həsənlinin “qanunlarını” icra etməkdən başqa yol qalmır. Çarəsiz vəziyyətdə ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edən C.Abıyev, dövlət rəhbərindən ondan alınmış əlavə vəsaitiin geri qaytarılması üçün kömək istəyir. Görünür “müsibət oluruq biz, səhv düşəndə yerimiz” – deyimini şair məhz dövlət vəzifəsini öz “qanunları” ilə idarə edənlər üçün deyib. Redaksiya vətəndaşın ərizəsini olduğu kimi təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Surəti: Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə
Masallı şəhəri R.Abbasov küçəsi, ev 42 yaşayan Abıyev Cəlal Hamlet oğlu tərəfindən
Ərizə
Hörmətli Prezident!
Diqqətinizə çatırmaq istəyirəm ki, mən Masallı rayon sakini hal hazırda Bakıda yaşayan Abıyev Cəlal Hamlet oğlu qonşu dövlət olan Gürcüstan Respublikasından 11.06.2018-ci il tarixində Azərbaycan Respublikasına 2012-ci il buraxılış olan “Hundai Sonata” markalı 2.0 mator gücündə avtonəqliyyat vasitəsini 4800 dollar vəsait xərcləyərək gətirmişəm. Hər bir vətəndaşın qanuni hüquqlarından istifadə haqqı olduğu kimi məndə hüquqlarımdan istifadə edərək Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin inzibati binasında quraşdırılan Dövlət gömrük xidmətləri olan aparat vasitəsi ilə qeydiyyata alınması üçün ödəyəcəyim məbləği hesabladıqdan sonra, idarə rəhbərinin qəbulunda oldum.
Cənab Prezident! Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseyn Həsənli ilə görüşüb nəqliyyat vasitəmi qeydiyyata salmaq istədiyimi və DGK tərəfindən quraşdırılan aparatlarda məhz ödəməli olduğum məbləğin 6867 manat 91 qəpik təşkil etdiyini qeyd etdim. DGK ABGİ-nin rəisi H.Həsənli isə cavabında mənim yalan danışdığımı iddia edərək mənim avtomobili 4800 USD qiymətinə deyil, 2012 il buraxılışı olan “Hundai Sonata” DGK rəsmilərinin verdiyi Gürcüstan bazar qiyməti 8000 USD olaraq göstərilməkdədir. Və buna görə, yenidən hesablama aparan H.Həsənli mənim 6867.91 manat deyil 7900 azn vəsait ödəməli olduğumu və bu məbləği ödəməyəcəyim təqdirdə avtonəqliyyatımın qeydiyyata götürülməyəcəyi vurğulandı. Məcburiyyət qarşısında qalaraq 7900 azn ödəyərək avtomobilimi qeydiyyata qoydum. Amma məcburiyyətlərdən gömrük idarələrində süründürməçiliklə üz-üzə qalmaqdayıq. Cənab İlham Əliyev sizdən artıq dərəcədə xahiş edirəm ki, DGK Avtonəqliyyat Baş Gömrük İdarəsində şəxsimə qarşı hüquqlarımın kobud şəkildə pozularaq məcburiyyətdən ödədiyim 1033 azn məbləğin mənə geri qaytarılması üçün lazımi qurumlara göstəriş verəsiniz.
Cənab Prezident! Dəfələrlə çıxışlarınızdada qeyd etmisiz ki, məmurlar tərəfindən qanunsuz olaraq hüquqları pozulan şəxslər hər bir vasitə ilə mənə bu barədə xəbər çatdırmağa cəhd etsinlər. Məndə Azərbaycan Respublikasının vətəndaşı və qanunun aliliyini qoruyan Ali Baş komandanımızın çıxışına etimad göstərərk sizi narahat etməkdəyəm. Bir vətəndaş olaraq ölkədə baş verən qanunsuzluğun sizin diqqətinizə çatması üçün gecə gündüz buna nə qədər vaxt gərəklidirsə sərf edərək Gömrük idarələrində baş verən özbaşınalıqla bağlı məlumatları sizlərin diqqətinə çatdıracağam.
İmza: Abıyev Cəlal Hamlet oğlu
Redaksiya yazıda adı çəkilən müəssisə və şəxslərində münasibətlərini dərc edə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
|