Elektromobil ucuzlaşacaq? .....                     Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir .....                     Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik .....                     Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı .....                     Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq .....                     Quru sərhədlər 2 gün sonra açılır? .....                     Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək .....                     Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq .....                     Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? .....                     Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                 

Qüdrət Həsənquliyevdən ilginc açıqlamalar...
Tarix: 13-01-2016, 12:42 | Çap et
Qüdrət Həsənquliyevdən ilginc açıqlamalar...
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzularıyla bağlı Moderator.az - ın suallarını cavablandırıb.

-Prezidentin sonuncu müşavirəsini sonadək dinləmək imkanınız oldumu?

-Mətbuata verilən hissəsini dinləyə bildim.

-Sizcə cəmiyyətin gözlədiyi çoxsaylı sualların hamısına cavab verildimi?

-Hesab edirəm ki, problemlər barədə ciddi açıqlamalar verildi. Amma cəmiyyət həm də həmin problemlər üzrə konkret addımların atılmasını gözləyir. Çox təəssüf ki, bu addımlar yubanır. Söhbət ondan gedir ki, dövlət satınalmalarında şəffaflığın təmin olunması, tenderlərin şəffaf şəkildə həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarında , vergi ödəmələrində şəffaflığın təmin olunması, şişirdilmiş dövlət aparatının ixtisar edilməsi, bir sözlə, bu günə qədər Azərbaycan müxalifətini narahat edən və hər zaman müxtəlif səviyyələrdə dilə gətirdiyimiz məsələlərin həllinin çatdığı barədə artıq prezidentin özü tərəfindən həmin sahələr üzrə islahatların aparılmasına dair göstərişlər verildi. Amma dediyim kimi konkret addımların atılması lazımdır. Özü də bu addımları elə atmaq lazımdır ki, 21 dekabr devalvasiyasından sonra acınacaqlı duruma düşmüş insanlar dərhal dəyişiklikləri görsünlər və həyatlarında hiss etsinlər.

-Belə bir hikmətli xalq məsəlimiz var ki, ağıllı çırmanınca dəli vurub çayı keçdi. Hökumət 20 gündür vəziyyətdən necə çıxmaqla bağlı baş sındırsa da işbazlar bir göz qırpımında qərar qəbul edərək qiymətləri ceyranın belinə qaldırdılar...

-Qiymətlərin qaldırılmasıyla bağlı mən hər zaman fərqli fikirdə və mövqedə olmuşam. Bu günlərdə mən “Amerikada ən çox nifrət olunan adam” başlıqlı bir yazı oxudum ki, bir sahibkar, virus əleyhinə bir dərmanın satış lisenziyasını almış 1 dollarlıq dərmanın qiymətini qaldırıb 786 dollara təklif edir. Hətta prezidentliyə namizədlər Donald Tramp və Hillari Klinton da, eyni zamanda dərman satışı üzrə beynəlxalq təşkilatlar da həmin sahibkara müraciət ediblər ki, belə bir şey olmaz və qiymətləri ucuzlaşdırmaq lazımdır, Amma hökumət ona qarşı heç bir cəza tədbiri görə bilmir. Ona görə ki, həmin sahibkar öz malını o qiymətə satır. Sadəcə olaraq əldə etdiyi külli miqdardakı qazancından dövlət büdcəsinə adekvat olaraq kifayət qədər çox vergi ödəyir. Yoxsa sən sahibkara deyə bilmərsən malını filan qiymətə satmalısan. Bu artıq bazar iqtisadıyyatı olmadı ki. Qiyməti bazar tənzimləməlidir. Burada dövlət sadəcə olaraq rəqabət mühiti yaratmalıdır ki, bazarda qiymət qalxmasın. Nəhayət, insanlarımız anlamalıdırlar ki, bazar iqtiadiyyatı olan ölkələrdə qiyməti dövlət tənzimləmir. Dövlət sadəcə Tarif Şurasının əliylə inhisarçı şirkətlərin qiymətlərini müəyyənləşdirir. Amma qalan digər hallarda müdaxilə yolverilməzdir və bazar iqtisadiyyatının təməl prinsiplərinin pozulmasıdır. Yəni sahibkar çox pul qazanırsa adekvat olaraq büdcəyə də çox pul ödəməlidir. İndi süni qiymət artımı hamımızın leksikonuna düşüb. Gəlin görək süni qiymət artımı ilə bağlı Cinayət Məcəlləsində hansısa maddə nəzərdə tutulubmu? Belə bir maddə yoxdur ki, prokurorluq orqanları gedib hansısa sahibkara “sən qiyməti artırmısan” desin. Bu artıq dövlət özbaşınalığı olacaq. Yəni dövlət sahibkarı qorxudaraq onun fəaliyyətinə qanunsuz müdaxilə etmiş olacaq.

-Siz qanunsuz müdaxilə hesab edirsiniz, amma Baş Prokurorluqla İqtisadiyyat və Sənaye Nazirliyi birgə ildırımsürətli tədbirlər planı hazırladılar da, məsuliyyətə cəlb etməyə sahibkar da tapdılar bir göz qırpımında...

-Hansı tədbirlər planından spöhbət gedə bilər ki? Cinayət Məcəlləsini açıb qarşımıza qoyaq ki, o sahibkar hansı qanunu pozub? Mən məhsul istehsal etmişəm, ona qiymət qoymuşam. Tutaq ki, mən bir qələm istehsal edib onu 10 min dollara təklif edirəm, kim mənə deyə bilər ki, onu 1 manata satmalısan? Bunun harası bazar iqtisadiyyatı oldu? Sən maya dəyəri 1 manat olan məhsulu min manata satırsansa əldə etdiyin 999 manatın vergisini verməlisən dövlətə. Dövlət də əldə etdiyi o vəsaitdən lazım bilsə həmin məhsulu alana əlavə kompensasiya verə bilər ki, alıcıya dəstək vermiş olsun. Təbii ki, sən saxta yollarla malın maya dəyərini şişirdirsənsə və gəlirini gizlədibsənsə, o zaman cəzalandırıla bilərsən.

-Qüdrət bəy, bilirsiniz ki, sahibkarı cinayət məsuliyyətinə cəlb etmək üçün prokurorluq orqanlarının əlində bir düjün bəhanələr var. Yəni prokurorluq hansısa sahibkarı gözaltı edibsə onun qanı batdı, eşələyib bir bəhanə tapmaq onların əlində su içmək kimi asan bir şeydir...

-Ölkədə qanunların aliliyindən söhbət gedirsə heç bir sahibkar qiymətləri aşağı salmağa məcbur edilə bilməız. Yaxud heç xaricdən mal gətirməsin, ölkə daxilində məhsul istehsal etsin, ona zorla “filan qiymətə satmalısan” demək olmaz. Tutaq ki, bir sahibkar pomidor əkib becərib. Deyə bilmərsən ki, bu pomidoru iki manatdan satmalısan. Mən pomidor istehsal etmişəm, bunun kiloqramını min manata satıram, almır almasın, malım qalıb xarab olacaq. Sadəcə sahibkar vicdanla vergi ödəməlidir dövlətə. Mən bayaq Amerikadan misal çəkdim. Görürsünüz, buna görə Amerika dünyada iş görmək üçün ən rahat ölkələrdən biridir. Yəni sahibkarlıq mühiti, biznesin inkişafı üçün ən əlverişli ölkə hesab olunur. Ona görə də bu ölkəyə külli miqdarda investisiya qoyurlar. Hamı bilir ki, əgər pul yatıracaqsa, deməli pul qazanmaq imkanı olacaq və vergiləri vaxtlı vaxtında ödəyəcəyi təqdirdə dövlət bir dəfə də onu qiymətlə bağlı narahat etməyəcək.

-Dərmanlardan söz düşmüşkən, 3 gün öncə keçmiş baş prokuror Əli Ömərov Moderator.az-a zəng edərək həyəcanlı və səhiyyə nazirinə qəzəbli şəkildə bildirdi ki, 10 manata aldığı “Tripliksam” adlı təzyiq dərmanını 25 manata alıb və qiymət fərqindən şoka düşüb. Dərmanların yeni qiymətləri təkcə onu yox, məmləkətin hər bir sakinini şoka salıb. Tarif Şurası bu milləti niyə umsuq edərək hamını doladı?

- Çalışmaq lazım idi ki, Azərbaycana dərmanı çoxsaylı şirkətlər gətirsin. O halda dərmanın qiyməti o qədər qalxa bilməz. Hal-hazırda harda ki, rəqabət var, idxal-ixrac əməliyyatı ilə məşğul olan sahibkarlar malın üzərində 3-5 faiz pul qazananda sevinirlər. Amma harda ki, rəqabət yoxdur, bayaq dediyim kimi 1 dollarlıq dərmanı 786 dollara satanlar tapılacaq. Dövlətin borcu rəqabət mühiti yaratmaqdır. Bir də əgər şirkətlər arasında qiymət sövdələşməsi varsa bu da cinayət məsuliyyəti yaradır. Çünki qanunvericiliklə şirkətlərə qiymətləri öz aralarında razılaşdırmaq qadağan edilib. Yoxsa sovet planlı təsərrüfat sistemində olduğu kimi məhsulu filan qiymətə satmağı tələb etmək bazar iqtisadiyyatından imtina etmək olardı. Nəzərə almalıyıq ki, artıq biz bazar iqtisadiyyatına keçmişik və konstitusiya ilə sahibkarla müvafiq təminatlar verilib.

- Biz kağız üzərində bazar iqtisadiyyatına keçmişik. Reallıqda isə iki sistemin arasındakı məngənədə can veririk...

-Bilirsiniz, aydın məsələdir ki, hər şey mükəmməl deyil, amma bizim Konstitusiyamız var hansı ki, sahibkarliq fəaliyyətinə və hər kəsin əmlakı üzərində cərəncam hüququna təminat verir. Mən hər zaman söyləmişəm ki, bazar iqtisadiyyatında bu qədər dövlət mülkiyyəti olmaz. Elə sizin saytınızdan oxudum ki, son dövrlər Qazaxıstanda çoxlu dövlət müəssisəsi özəlləşdirməyə çıxarılıb. Bu məsələni dəfələrlə qaldırmışam ki, dövlətin çiynindən ağır yük kimi asılmış dövlət şirkətləri təcili olaraq özəlləşdirməyə çıxarılmalıdır. Dövlət universitetlərini, səhmdar cəmiyyətlərini, səhiyyə obyektlərini, müalicə diaqnostika mərkəzlərini, idman olimpiya komplekslərini özəlləşdirməyə çıxarmaq lazımdır. Təsəvvür edin dövlət mülkiyyətində olan müəssiəyə kimlərəsə rəhbər təyin olunub, həmin səlahiyyət sahibləri obyektləri öz dədəsinin malı kimi istifadə edir, amma ona qayğı göstərən, qoruyub saxlayan yoxdur. Ona görə də həmin müəssiələri dərhal özəlləşdirmək lazımdır ki, onu alan adam göz bəbəyi kimi qorusun,həm pul qazansın, həm də dövlətin vergisini versin. Hələ ki, bunlar dağlıb sıradan çıxmayıb, onları dərhal özəlləşdirmək lzımdır. Sizi əmin edirəm ki, bir neçə ildən sonra hökumət o mərkəzləri təmir etməyə vəsait tapmayacaq. Sonda da dövlət məcbur olacaq ki, dağıdılmış həmin obyektləri su qiymətinə satsınlar. Ona görə də nə qədər ki, həmin mərkəzlər normal vəziyyətdə və avadanlıqlar işləkdir, özəlləşdirməyə çıxarılmalıdır.

- Hökumət o zaman xaricdən borc alacaq...

-Mən keçən dəfəki müsahibəmdə də sizə demişdim ki, indi daxili resurslar hesabına vəziyyətin dəyişməsi çətin olacaq. Onun üçün də Azərbaycan Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından vəsaitlər cəlb etməlidir. Bu vəsaitləri də cəlb etmək üçün ilk növbədə ABŞ və Avropa Birliyi ilə münasibətlər yüksək səviyyəyə qaldırılmalıdır ki, əlverişli şərtlərlə kreditlər ala bilək. Obama prezident İlham Əliyevi Vaşinqtona dəvət edib. Hesab edirəm ki, prezidentin səfərinə qədər beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi şəxslər istisnasız olaraq azad olunmalııdır. Yəni dövlət maraqları tələb edən yerdə hakimiyyət öz vətəndaşlarına güzəştə getməyi bacarmalıdır. Onsuz da Leyla və Arif Yunuslar azadlığa çıxdı, onların azadlıqda olması dövlətə, cəmiyyətə və ya hakimiyyətə hansı təhlükə yaradır? O baxımdan digərləri azadlığa qovuşsa hansı təhlükə yarada bilərlər? Ona görə də düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılmalıdır və paralel olaraq ölkədə siyasi islahatlar da dərinləşdirilməlidir.

-Siyasi islahat deməkdən millətin dilində islahat bitdi...

(ardı var...)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05
Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57
Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54
Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49
Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44
Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43
Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41
Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru