Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                     Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” .....                     İrəvan Bakının əsas tələbini qəbul etdi .....                     COP29-a qarşı çıxanlar kim idi? .....                     FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                 

Haqqı tapdanan Bakı sakini çarəsiz durumda... - ŞOK ÖZBAŞINALIQ
Tarix: 11-01-2019, 09:26 | Çap et
Haqqı tapdanan Bakı sakini çarəsiz durumda...
“Hürriyyət”in redaksiysına məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya ilə bağlı növbəti şikayət məktubu daxil olub. Bakı sakini Abbasova Solmaz Həsən qızı tərəfindən daxil olan həmin məktubu olduğu kimi sizə təqdim edirik:

“Mən, Abbasova Solmaz Həsən qızı, 1953-cü ildə Bakıda anadan olmuşam. Himayəmdə 1978-ci il doğumlu 1-ci qrup anlaqsız ruhi xəstə oğlum var, həyat yoldaşım 1999-cu ildə dünyadan köçüb.

Mənim əslən Naxçıvanın Şərur rayonundan olan rəhmətlik atam, polkovnik Əliyev Həsənbala Qüdrət oğlu İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədə göstərdiyi şücaətə görə mərhum prezident Heydər Əliyev ona Bakı şəhərinin Sabunçu rayonu, Vişnovka-1 qəsəbəsində 12 sot torpaq və 14 kv.metrlik 901 saylı bağ evi hədiyyə etmişdi. Onu da deyim ki, anam Mixxtirova Edis yəhudidir və torpaq sahəsi atama hədiyyə ediləndə onlar rəsmi nigahda olublar, yəni torpaq atamla anamın ortaq mülkiyyətidir (müqavilənin arxasında həmçinin bacımla qardaşımın adı da qeyd edilib). Amma nə torpaq, nə də həmin torpaq sahəsində tikilən ev özəlləşdirilmədiyindən dövlət qeydiyyatında idi.

2004-cü ildə, atamın yaşlı və xəstə vaxtında (gözləri tutulmuşdu, anam həmin vaxt İsraildə idi, hazırda da İsraildə yaşayır) iki qadın onu aldadır. Onlardan biri, atamdan 50 yaş kiçik olan Javliyeva Suqra atamla anamın rəsmi nigahı olduğu halda, qeyri-qanuni yolla onunla nigaha girir və atamın Maştağadakı evini öz adına keçirtdirir. İkinci qadın - Quliyeva Zenfira Sədrəddin qızı isə atamın Vişnyovkadakı 901 saylı 14 kv. metrlik bağ evini anamdan gizlin, onun imzası olmadan özəlləşdirir (atamın korluğundan istifadə eərək ona pensiya ilə bağlı sənəd imzalatdırdığını bildirir).

“Torpağı və evi öz adıma keçirməkçün dəfələrlə aidiyyati qurumlara müraciət etsəm də, bütün müraciətlərim nəticəsiz qalıb”

Qeyri-qanuni nigahı ləğv etdirib, evi Javliyeva Suqradan ala bilsək də (həmin evi satıb pulunu o zaman ağır xəstəlikdən əziyyət çəkən rəhmətlik qardaşımın müalicəsinə xərclədik), bağ evi 2008-ci ildə Zenfira Quliyeva tərəfindən Abşeron rayonu, Fatmayi kəndinin sakini Ağarəşidov Arzu Süleyman oğluna satılır. Amma alqı-satqı qanuni olmadığından ev Arzu Ağarəşidovun adına keçirilməyib, yəni atama kələk gələn qadın bu məsələdə də fırıldaq işləyib.

2009-cu ildə atam dünyasını dəyişir və bağ evinin satıldığı məlum olur. Atamın yeganə vərəsəsi olduğumdan torpağı və evi öz adıma keçirmək üçün dəfələrlə aidiyyati qurumlara müraciət etsəm də, bütün müraciətlərim nəticəsiz qalıb. 2015-ci ildənsə rəsmi vərəsəlik sənədim var. Amma 2017-ci ildə Əmlak Komitəsi cinayət işləyərək alqı-satqı müqaviləsi olmadan atamdan qalan 12 sot torpağı 3 min manata Zenfira Quliyevaya satıb.

“Müraciət etdiyim məhkəmələr Zenfira Quliyevadan pul alıb onun xeyrinə qərar çıxarırlar”

Maraqlıdır ki, Əmlak Komitəsi özəlləşdirilməmiş torpağı, alqı-satqı müqaviləsi olmadan necə sata bilər? Bu açıq-aşkar cinayətdir. Amma müraciət etdiyim məhkəmələr Zenfira Quliyevadan pul alıb, onun xeyrinə qərar çıxarırlar.

Əvvəlcə sözügedən işə Sabunçu rayonunun məhkəməsində baxılırdı. O zaman hakim İmran Burcayevdən soruşdum ki, sizcə, atam özəlləşdirilməmiş evi, yaxud torpağı kiməsə necə sata bilərdi? Həmçinin, anamın və ailə üzvlərimizin razılıq imzası olmadan bağ evimizin satılması qanunidirmi?

Hakim mənim haqlı olduğumu qəbul etsə də, sonradan Zenfira Quliyevadan rüşvət alıb, onun xeyrinə qərar çıxardı. Çünki saxtakar Zenfira Quliyevanın arxasında Əmlak Komitəsi durur və həmin cinayətdə əli olan insanlar - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdov, Əmək Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi Şöbəsinin rəis müavini Zəfər Abdulov, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov cinayət əməllərini ört-basdır etmək məqsədi ilə Zenfira Quliyevaya havadarlıq edirlər.

Hazırda iş Bakı Appelyasiya Məhkəməsində, hakim Xumar Mərdanovadadır. O da Zenfira Quliyevadan yüksək məbləğdə rüşvət istəyib. Bilirəm ki, istədiyi pulu alacaq və atamdan qalan evlə torpaq bu dəfə də mənə qaytarılmayacaq.

“7 ay evimdə mənimlə birgə yaşayan, çörək kəsdiyim, inandığım bir ailənin başıma belə bir iş açacağını ağlıma gətirməzdim”

Amma təəssüf ki, problemlər bununla bitmir. Bundan da böyük problemim var. Əslində artıq problemlikdən çıxıb, mənim üçün də, xəstə balam üçün də böyük dərdə çevrilib.

12 ildir dələduz adamların, fırıldaqçıların ucbatından qapılarda qalmışıq. Düz bir il qəbirstanlıqda gecələməli olmuşuq, xəstə övladıma xəstəxanada sifarişlə işgəncə veriblər, onu aradan götürmək üçün müxtəlif yollara əl atıblar, oğlumun sol bud oynaq sümüyünü və burnunu sındırıb ölümcül döyüblər (bu hadisə 2006-cı ildə Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserində baş verib), oğlumu böyük çətinliklə müalicə etsəm də, bu günədək yeriyəndə ayağını çəkir. Döymədiyim qapı qalmayıb, amma dərdimə əlac edən, məni düşdüyüm bu müşgüldən xilas edən bir kimsə tapılmır ki, tapılmır.

Söhbət qanunsuz yolla əlimizdən alınan, içində yarım milyonluq malım olan beşotaqlı mənzilimizdən gedir. Bunu təsdiq edən sənəddə 11 nəfərin imzası var. Mənzilin kupçası (Mülk kağızı) məndədir. 2005-ci ildə məhkəmə yolu ilə evimi qaytarıb, 10 ay orda yaşamışam. Amma pulla alınan hakim yenidən fırıldaqçıların xeyrinə qərar verib və məni xəstə balamla birgə halalca mənzilimdən çıxarıb küçəyə atıblar.

Məsələ ondadır ki, beşotaqlı mənzilimin iki otağında ailəsi ilə birgə kirayənişin qalan Hüseynov Cabir Mirzə oğlu evimin sənədlərinin banka təqdim etmək üçün çıxartdırdığım surətləri ilə qanunsuz alqı-satqı əməliyyatı həyata keçirərək, məni evsiz qoyub.

“Cabir Hüseynov Mənzil İstismar idarəsinə oğlumla birgə avtomobil qəzasında həlak olduğumu bildirərək, mənzilimi satıb”

7 ay evimdə mənimlə birgə yaşayan, çörək kəsdiyim, inandığım bir ailənin başıma belə bir iş açacağını ağlıma belə gətirməzdim.

Oğlumu xəstəxanaya qoyub xəstə anama baş çəkməyək üçün İsrailə getmişdim. Qayıdanda gördüm ki, lələ köçüb, yurdu qalıb. Evimin sənədlərinin surətlərini ələ keçirən Cabir Hüseynov Mənzil İstismar idarəsinə oğlumla birgə avtomobil qəzasında həlak olduğumu bildirərək, mənzilimi satıb.

İsrailə, ordan da oğlumun sənədləri ilə əlaqədar Moskvaya getmək üçün borc pul axtardığım vaxt (mənzilimi banka girov qoyub pul götürmək istəyirdim, müəyyən səbəblərə görə alınmadı) Cabir Hüseynov mənə öz köməyini təklif etdi. Hələ bir neçə il evimdə qalacaqlarını bildirən ailə başçısı mənə 3 min manat verib, bunu kirayə haqqı kimi qəbul etməyimi xahiş etdi. Mən də razılaşdım.

Artıq qeyd etdiyim kimi, məhkəmə yolu ilə mənzilimi qaytardım, amma 10 aydan sonra Apellyasiya Məhkəməsinin hakimi Lətif Nəbiyev rüşvət alıb, evin bizə aid olmadığına dair qərar verdi, bizi qeydiyyatdan çıxarıb mənzilimizi əlimizdən aldı.

“Düzünü deyim ki, çox yorulmuşam, amma geri çəkilmək fikrim yoxdur, sona qədər mübarizə aparmağa qərarlıyam”

(Ardı var)

Haqqı tapdanan Bakı sakini çarəsiz durumda...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru