Başçının əlindən cana doyan sakinlərdən prezidentə ŞOK MÜRACİƏT - Bütöv bir kənd köçürülməsini istəyir
Tarix: 4-05-2016, 08:55 | Çap et
DİA.AZ: - Redaksiyamıza Lerik rayon Orand kənd sakinləri tərəfindən prezident İlham Əliyevə ünvanlanmış müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:
"Biz,Lerik rayon Orand kənd sakinləri, dəfələrlə sizə ,kəndimizdəki mövcud durum haqqında ətraflı məlumat vermişik.Amma indiyə kimi müraciətlərimizin mövzusu olan problemlərin həlli üçün heç bir addım atılmayıb. Xahiş edirik bu dəfə bizim vəziyyətimizlə şəxsən özünüz maraqlanasınız,çünki bizdə vəziyyət təsəvvür edəcəyiniz səviyyədə deyil ,çox acınacaqlıdır.Biz bilirik ki,Sizə indiyə kimi ünvanladığımız müraciətlər ya Sizə çatmır yada ki, Siz rayon icra hakimiyyətinə bəhs etdiyimiz problemlərin həlli üçün tapşırıqlar verirsiniz amma , onlar bu tapşırıqları nəinki yerinə yetirmir, hətta Sizə müraciət edən şəxslərə hədə- qorxu gələrək bu müraciətləri dayandırmağı tələb edirlər..
Amma bir daha qeyd edirik ki,bu dəfə bu müraciətimizin mətnin sizə çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməklə kəndimizdəki insanın bu zülmətdən qurtuluşu üçün əlimizdən gələni edəcəyik.
Cənab prezident!
Rayonumuza təyin etdiyiniz icra başçısı R.Bağırov öz yaxın ətrafı ilə Sizin ona olan etimadınızdan sui-istifadə edərək səlahiyyətlərindən xalqın rifahını yaxşılaşdırmaq, əvəzinə öz şəxsi mənafeyinə xidmət edən işləri görməklə həm biz vətəndaşların haqlarını yeyir ,hüquqlarını kobudcasına pozur, həmdə ki vətəndaşla Sizin aranızda olan bağlara böyük zərbə vurur. R.Bağırovun icra başçısı olduğu 9 il ərzində kəndimizin ağsaqqalları dəfələrlə kəndimizdəki problemlərin həllinə dair onun qəbulunda olsalar da indiyə kimi heç bir nəticə olmamış və həmişə aldadıcı vədlər verilərək bütün problemlərimizin tezliklə həll ediləcəyinə söz vermişdir.
Biz də onun vədlərinə inanaraq 2015-ci ilin oktyabr ayına kimi gözləməli olduq.2015-ci ilin oktyabr ayından əvvəl 60 nəfər kənd sakini sonra dəfələrlə 220 nəfər kənd sakini Sizə müraciət etməyə məcbur qaldı.Bunu görən R.Bağırov və onun “peşəkar komandası” müraciətdə imzası olan şəxslərin susdurulması üçün “susdurma əməliyyatına” başladı.
Cənab Prezident! Rayonumuzda istənilən vətəndaş öz pozulmuş hüquqlarını müdafiəsinə görə və ya “məmur”ların özbaşınalığına,onların cinayət tərkibli əməllərinə görə hansı isə yuxarı distansiyalara müraciət etdikdə məharətlə susdurulur .Bu “susdurma əməliyyatı”nı həyata keçirmək üçün hər bir vasitəyə əl atılır,kimi işdən qovmaqla və ya qohumun işdən çıxarmaqla hədələyir, bunlarda işə yaramadıqda şər böhtan atmaqla və s. üsullardan istifadə olunur.
Ən universal “susdurma vasitə”lərindən biri hüquqların tələb edənlərə “dövlətə xəyanət damğa”sı vurmaqdır ki,bu da vətəndaşın dövlətə ,qanunların aliliyinə olan inamına sarsıdıcı zərbə vurur,çünki bu “məmur”lar öz bütün qanunsuz əməllərini dövlət adından edir və kim ki bu əməllərə müxalif çıxırsa bunu dövlətə “xəyanət” kimi qiymətləndirirlər. Qeyd edək ki,rayonumuzda korrupsiya və rüşvətin nüfuz etmədiyi sahə qalmayıb.Bütün sahələrdə rüşvət dövlət rusmu kimi təqdim edilərək məcburi hal alıb.Bu cür “bacarıq” sərgiləməklə bu məmurlar həm öz qanunsuz əməllərinin ört -basdır edir, həmdə ki vətəndaşla iqtidar arasında uçurum yaradır.
Cənab Prezident!
Biz nə vətən xaini, nədəki Sizin iqtidarınıza müxalif olan şəxslər deyilik.Biz Vətənimizi, torpağımızı hamıdan çox sevən,sizin siyasi kursunuzu sidqi- ürəklə dəstəkləyən bu Vətənin,bu torpağın müdafiəsi uğrunda şəhidlər verən və hər
zaman könüllü olaraq bu ölkənin müdafiəsinə qalxmağa hazır olan Azərbaycan Respublikasının vətəndaşlarıyıq.Bizdə normal insan yaşayışı üçün zəruri olan şəraitin bizim üçün də yaradılmasını istəyirik.
Ümummilli lider H.Əliyev və onun layiqli davamçısı olaraq sizin apardığınız uğurlu siyasətin nəticəsi olaraq ölkəmiz dünyada inkişaf tempinə və əhalisinin yaşam tərzinə görə qabaqcıl ölkələrdən biri olsa da Lerik rayon Orand kəndində(Əhalisi:1800 nəfərə yaxın) insanlar feodalizm quruluşunda yaşayır.Lerik rayonun ən böyük kəndlərindən biri olmasına baxmayaraq kəndimizdə insanlar bərbad vəziyyətdə yaşayır.
Çox təəssüflər olsun ki,kəndimiz müstəqillik dönəmindən sonrakı dövrdə tərəqqi və inkişafdan təcrid olunmuş , digər kəndlərlə müqayisədə inkişafdan çox-çox geri qalmış və həyat səviyyəsi dözülməz həddə çatmışdır.MÜSTƏQİLLİK DÖNƏMİNDƏN SONRA YAŞADIĞIMIZ ORAND KƏNDİ ÜÇÜN HEÇ BİR İŞ GÖRÜLMƏMİŞDİR.
Buda rayonumuzda aparılan laqeyid ,qərəzli və sərişdəsiz idarəçilik sisteminin mövcudluğundan irəli gəlir.
Möhtərəm cənab Prezident!
Kəndimizdəki problemləri saymaqla tükənən deyil, əsas problemlərimizi əvvəlki məktublarımızda yazib sizə göndərsək də,bir daha qısaca olaraq qeyd edirik.
1.Kəndimizə mavi qazın çəkilməməsi bizi hər il yanacaq üçün quru oduncaq əldə etmək məcburiyyətində qoyur. Kəndimizin ərazisində meşə zolağının olmaması səbəbindən quru oduncağın əldə edilməsi kənd camaatına böyük vəsait itkisi hesabına başa gəlir hansıki 1m3 quru oduncaq kəndimizə 50AZN-ə gəlib çıxır ki ,buda bir qışı kecirtmək üçün ən azından kənd sakinlərini 5-7m3 civarında oduncaq almaqa məcburdur ,buda 250-350AZN pul deməkdir.Kəndimizdə əhalinin çoxunun işsizlər , ünvanlı sosial yardım və pensiya təminatı hesabına yaşadıqını nəzərə alsaq,bu məsələnin bizim üçün necə dözülməz olduqunu təsəvvür etmək elədə çətin deyil. Elə ailələr var ki quru oduncaq eldə etməyə pulu olmadığından bütün qışı quru təzəkdən yanacaq kimi istifadə etmək məcburiyyətində qalır ki, bu da həmin ailələrin müxtəlif xəstəliklərə yoluxması ilə nəticələnir.
Halbuki LERİK RAYONUNDA İLK QAZ BİZİM KƏNDİMİZƏ ÇƏKİLMƏLİDİR, çünki həm kəndimizdə meşə zolağı yoxdur, həm də ki kəndimiz nəinki rayonumuzun ümumilikdə cənub bölgəsinin ən soyuq, qışı ən uzun keçən(6-7ay)kəndidir. Amma rayon icra başçısın bizə qarşı olan qərəzinin sübutudur ki,əhalisinin sayı bizdən iki-üç dəfə az olan ,ərazisində meşə massivi olan və kəndimizlə arasındakı məsafə 4-5 km olan qonşu kəndlərin hamsı mavi yanacaqla təmin olunmuşdur.
Dəfələrlə konstitusiyamızın 57-ci maddəsini rəhbər tutaraq müvafiq qurumlara müraciət etmişik .Həmin qrumlarda şikayətə baxılması üçün məktublarımızı <<Azəriqaz>> İB-nə göndərmişlər. <<Azəriqaz>> İB-də bizə cavabında bildirib ki, Azərbaycan Respublikası prezdentinin 14aprel 2009 –cu il tarixli 80 saylı Fərman ilə təsdiq olunmuş <<Azrəbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı>> na uyğun olaraq Orand kəndinə qaz çəkiləcək. Baxmayaraq ki, 2016-ci ilin aprel ayıdır hələdə kəndimiz mavi qazla təmin olunmayıb. Burdan görünür <<Azəriqaz>> İB- yi də rayonumuza aid məsələlərin həllində R.Bağırovun qoyduğu çərçivədən kənara çıxa bilmir və ona görə də bizim kənd camaatın aldatmaqla bir dövlət qurumu olaraq öz “vəzifə borcunu” yerinə yetirir.
2.Rayon mərkəzi ilə kəndimiz arasında yol bərbad vəziyyətdədir. Ümumi uzunluğu 14 km olmasına baxmayaraq, biz həmin yolu 1 saatdan çox zaman kəsiyində qət edirik. Yolun yararsızlığı ucbatından kəndimizdən rayona sərnişindaşıma ancaq UAZ qismən də yay aylarında NİVA markalı avtomobillərlə həyata keçirilir.Kəndimizə nəinki sərnişin daşıyan maşınlar işləyə bilmir,biz hətta ağır xəstə insanları da xəstəxanaya UAZ markalı maşınla aparası oluruq ,çünki kəndimizə heç bir təcili tibbi yardım maşınların gəlməsi mümkün deyil.
Qış aylarında yağan qar kəndimizə gələn bərbad yolu da günlərlə bağlayır və əksər hallarda ya biz qarın əriyəcəyini gözləyirik ya da ki,kənd camaatının şəxsi vəsaiti hesabına (red:amma bunun hesabınada bəlkədə dövlət büdcəsindən vəsait silinərək mənimsənilir)yolun qar örtüyü təmizlənir və rayonla gediş- gəliş bərpa olunur.Rayonumuzun digər kəndlərinin böyük əksəriyyətində yollara asvalt örtüyü tökülsədə bizim kənd yoluna son 10 ildə heç bir maşın qum belə tökülməmişdir.Sonuncu dəfə Bakcell LTD MMC kəndimizdə quraşdırdığı ötürücü stansiyaya işçilərinin rahat gediş-gəlişini təmin etmək üçün yollarımız qismən bərpa olunsada hal-hazırda yararsız vəziyyətdədir.
Bir özəl şirkət öz 2-3 nəfər işçisinin ayda ildə iki dəfə gediş gəlişini təmin etmək üçün səy göstərərək daxili imkanları hesabına bu yolun təmirinə vəsait ayırır amma rayon rəhbərliyi 1800 nəfər sakininin bu yolla necə gedib gəldiyini heçdə düşündürmür,çünki bu kateqoriyadan olan dövlət qulluqçularının bütün işi gücü yalniz və yalnız bir şeyə köklənib- özünün qeyri adi biznes maraqlarına.
Cənab Prezident! Siz dəfələrlə öz çıxışlarınızda vurğulayırsız ki,kəndlərdə kənd təsərrüfatı inkişaf etdirilsın,torpaq sahələri əkilsin və bununlada həm əhalinin kənd təsərrüfatı məhsuluna olan tələbatı daxili imkanlar hesabına ödənilsın ,həm də ki,rayonlarda yaşayan əhalinin işsizlik səviyyəsi minimuma endirilsin. Bizdə istəyirik ki kənd təsərrufatı ilə məşğul olaq,torpaqlarımızı təyinatı üzrə istifadə edək. Amma biz torpaqlarımızı da əkib becərə bilmirik, Çünki kəndimizlə rayon mərkəzi arsındakı yolun bərbad vəziyyəti bizə torpaqlarımızın əkilib biçilməsinə imkan vermir, biz torpaqlarımızıdan təynatı üzrə istifadə edə bilmirik.Səbəbsə bu yolda kənd təssərüfatında istifadə olunan heç bir müasir texnika hərəkət edə bilmilməməsi və yolun bərbad vəziyyətdə olması ilə bağlı olan digər amillərdir . Biz torpaqlarımızı yalnız bir usulla əkib becərə bilirik-ibtidai icma quruluşundan qalma xış və kotanla .Müasir dövrdə bu əkinçiliyın faydasız bir iş olmağını izah etməyə etyac görmürük,çünki ən azından bu usulla yetişdirilən məhsulun valyuta dəyəri çəkilən zəhmətin heç 10%-ni ödəmir. Digər tərəfdəndə yolun bərbad vəziyyəti məsulun bazara çıxarılmasınıda daşınma xərclərini artırır ki,buda məsulun maya dəyərinin mövcüd bazar qiymətindən qat-qat baha başa gəlməsi ilə nəticələnir.
3.Kəndimizdə yerləşən tam orta məktəbin binası keçən əsrin 80-cı illərində kənd camaatının iməciliyi ilə tikilmişdir. Tikildiyi dövrdə də heç dövrün tələbinə cavab verməyən, maddi- texniki bazası minimum səviyyədə olan bir məktəb bugünkü günə kimi istifadə olunmaqdadır. Hansı ki məktəbimiz şagird sayına görə rayonun 10 qabaqcıl kənd məktəblərindən biridir.Məktəbimizdə 200-dən çox şagird təhsil alır.Amma rayonumuzda 20-30 nəfərlik şagirdi olan kəndlər üçün 120,180 şagird yerlik ,müasir dövrün tələblərinə cavab verən məktəblər tikilmiş və müasir maddi texniki baza ilə təmin olunmuşdur.
R.Bağırovun Lerik rayonuna rəhbərlik etdiyi dövrdə rayonumuzda tikilən məktəbləri müqayisəli olaraq (şagird sayına görə,yeni məktəblərin tikildiyi kəndlərdəki köhnə məktəblərin tikildiyi tarix və.s görə)nəzərdən keçirsəniz onun bizə qarşı olan qərəzini aydın görərsiniz
Hansı ki məktəbimizin binası kimi binada nəinki müasir dövrdə təhsil ocağı kimi istifadə etməzlər hətta indiki fermrlər heç mal-qarasın elə binada saxlamaz. Ən təsirli məqamsa belə bir binanın Qarabağ uğrunda gedən döyüşlərdə Vətən yolunda canından keçən şəhidin adını daşıyır.
Gələcəyimizin təminatçısı olan övladlarımız təhsil hüqüqundan məhrum olunması azmış kimi ,belə bir binanın şəhidimizin adını daşıması övladlarımızın vətənpərvərlik tərbiyəsinə də böyük zərbə vurur.
Möhtərəm,cənab Prezident!
Adı aşağıda qeyd olunan Orand kənd sakinləri ,kənd camaatı adından Sizdən xahiş edirik ki, bizi bu rayondan köçürəsiniz!
Çünki bu şəraitdə nə biz insan kimi yaşaya bilirik nə də ki, bu vətənə layiqli sağlam vətəndaş,sağlam əsgər yetişdirə bilirik.Şəraitsizlik ucbatından kəndimizdə insanlar içərisində vaxtsız ölüm halları,xəstəlik adi hal almışdır.
Möhtərəm cənab Prezident !
Heç kəs doğulub boya başa çatdığı yurdundan yuvasından didərgin düşmək istəməz ələlxüsus də yaşlı nəsil.Amma biz buna məcburuq..
Ölkənin istənilən yerinə bizi köçürsəniz biz razıyıq yetər ki, orda normal insan yaşayışı üçün zəruri olan vasitələr olsun.
Böyük hörmət,ümid və ehtiramla:
əlaqə nömrəsi:
1.Rüstəmov Musa AZE №15621800
2.Əzimov Şahi AZE №08074067
3.Rüstəmov Mebulla AZE №03481061
4.Cəfərov Şərbət AZE №03480985
və daha 219 nəfər sakin".
Qarşı tərəfi də DİA.AZ olaraq dinləməyə hazırıq...
DİA.AZ-dan zəruri qeyd: Müraciət edənlərin bütün əlavə bilgiləri, əlaqə nönmrələri redaksiyamızdadır. Problemin həllilə bağlı onları da təqdim edə bilərik...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
|