Səfər Mehdiyevin də gömrüyünü görəcəyik... - Dəyişikliklər nəyə xidmət edir?
Tarix: 1-06-2018, 09:24 | Çap et
Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin Səfər Mehdiyevlə əvəzlənməsindən qurumda islahatlar sürətlənib. Bu günə qədər bir sıra yüksək rütbəli gömrük işçisi işdən azad olunub. Atılan addımların gömrük xidmətində şəffaflığın artırılmasına hesablandığı deyilir.
Qeyd edək ki, uzun zamandır gömrük xidmətinin fəaliyyəti ciddi tənqid olunur. Sərhəd-keçid məntəqələrində uzun növbələrin yaranması, süründürməçilik və digər bürokratik əngəllər insanları bu qurumun fəaliyyətindən narazı salır. Ehtimal olunur ki, Səfər Mehdiyevin Gömrük Komitəsinə rəhbər təyin olunmasından sonra atdığı addımlar bu qurumun fəaliyyətində müsbətə doğru dəyişikliyə gətirib çıxardacaq. Artıq S.Mehdiyev verdiyi qərarların necə icra olunması ilə yerində tanış olur.
Belə ki, mayın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub. Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib.
Maraqlıdır, gömrükdə başlayan islahatlar gömrük sistemini şəffaflaşdıracaqmı?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açqılamasında deyib ki, atılan addımların effektivliyi gömrüyün hansı fəlsəfə ilə işləməsindən asılıdır: “Gömrük xidmətləri yaranan gündən əsas fəlsəfəsi daxili bazarı qorumaq olub. Dünyada gömrük xidməti məhz buna görə yaradılıb ki, daxili bazarda istehsalçıların maraqlarını qorusun, xaricdən gətirilən eyni adlı məhsulların daxili bazarda saha baha satılmasını tətbiq etsin və buna dəstək versin.
Əgər atılan addımlar buna yönələcəksə, bu istehsalçılar, sahibkarlar, üçün pozitiv bir amil olacaq. Çünki uzun zamandır gömrük orqanların pis bir imici formalaşıb. Azərbaycanda bizneslə məşğul olan insanların ən çox narazı olduğu orqanlardan biri görmükdür. Gömrüyün imcinin dəyişdirilməsi istiqamətində də addımlar atılmalıdır. Bu qurum iş adamlarının dostuna, köməkçisinə çevrilməlidir ki, onlarla işləmək istəyən insanların sayı artsın.
Sərhəd-keçid məntəqələrindəki problemlərin həlli üçün isə sistem yenilənməsinin baş verməsidir. Bu, təkcə gömrük xidmətinin problemi deyil. Tam elektron qaydada keçidlərin təmin olunması üçün infrastruktur qurulmalıdır. Kağız işlərindən tamamilə imtina olunmalıdır. Məsələn, Azərbaycan-Gürcüstan sərhədində “ştrix-kod” adlı çox qəribə bir sistem var. Maşınla keçərkən həmin kodu mütləq almalısan və həmin kodu aparat oxumalıdır. Bu zaman çox böyük növbələr yaranır. Bu kimi insan amilindən asılı olan işləri minimuma endirmək lazımdır. Necə ki, Gürcüstan tərəfdə görürük ki, avtomobildən düşmədən insanlar sərhədi keçirlər. Heç bir problem də yaşamırlar. Eyni sistem Azərbaycan sərhədində də yaradılmalı, sürətli keçid sisteminə keçilməlidir.
Yeri gəlmişkən, “Sınıq Körpü” Sərhəd-keçid məntəqəsində qurulmuş infrastruktur Gürcüstanın eyni ərazidə yerləşən məntəqəsi ilə müqayisədə daha yaxşı və müasirdir. Amma görünən odur ki, sistemin düzgün tətbiq edilməməsi Azərbaycan tərəfdə problemlərə səbəb olur və keçidləri çətinləşdirir. Eyni sayda insan Azərbaycan sərhədini də, Gürcüstan sərhədini də keçir. Ancaq Azərbaycan sərhədində saatlarla gözləməli olur, Gürcüstan tərəfini isə 5-10 dəqiqəyə keçir. Ona görə də ilk növbədə bu qaydalar, yanaşma dəyişdirilməli və gömrük xidmətinin yaranış fəlsəfəsinə uyğun qaydalar tətbiq olunmalıdır”.
N.Cəfərli hesab edir ki, Gömrük Komitəsi daxili bazarı qorumaq üçün təkliflərlə çıxış etməlidir: “Gömrük xidmətinin təklif vermək funksiyası da var. Məsələn, təklif verə bilərlər ki, ölkə ərazisində istehsalı olmayan, amma gündəlik istifadə olunan mallar-dərman, uşaq yeməkləri, bezlərinin sərhəddən sürətli keçidi təmin edilsin. Bu cür təkliflərlə çıxış etsələr belə, yanaşma ortaya qoysalar, gömrükdən büdcəyə daxilolmaların şəffaflığı və həcmi də artacaq, gömrük orqanlarının uzun illərdir formalaşan neqativ imicinə də yenilik gətiriləcək. İş adamlarının da, vətəndaşların da gömrükdən narazılığı getdikcə azalacaq. Bu verilmiş qərarların, yaradılacaq sistemin hansı qaydada işləməsindən asılı olacaq”.
Gömrükdə broker şirkətlərinə gəlincə, ekspert hesab edir ki, sözügedən qurumlar inhisarçılığın yaranmasına xidmət edir: “Əslində broker şirkətlərinin fəaliyyət göstərməsi o qədər də böyük problemə səbəb olmur. Əgər broker şirkəti də rəqabətli fəaliyyət göstərərsə və verdikləri təkliflər iş adamlarını qane edərsə, bir çox şəxslər onlarla işləməyə üstünlük verə bilərlər. Bu, sənədləşmə sərf olunan vaxt itkisinin qarşısını alan amildir. Amma Azərbaycanda problem ondadır ki, broker şirkətlər sahələr üzrə formalaşıb və inhisarçılığın yaranmasında rol oynayan əsas amilə çevrilib.
Yəni, bu gün broker şirkətinin dəstəyi olmadan ölkəyə müxtəlif adlı malların gətirilməsində ciddi problemlər yaranır. Ancaq paralel olaraq əgər sadə vətəndaşlar, iş adamları ölkəyə mal gətirə biləcəklərsə və bunun üçün süni əngəllər yaradılmayacaqsa, broker şirkətləri belə rəqabətli şəkildə fəaliyyət göstərə bilərlər. Yox, əgər bu inhisarçılığın rəsmiləşdirilmiş formasıdırsa, buna xidmət edəcəksə, təbii ki, broker şirkətlərinin ləğv olunması daha məqsədəuyğun olacaq”.
Sərhəd-keçid məntəqələrində yaradılacağı nəzərdə tutulan rəngli zolaqların gediş-gəlişi asanlaşdıracağını deyən Natiq Cəfərli hesab edir ki, maraqların toqquşması bu sistemin tətbiq olunmasına imkan vermir: “Gömrükdə “rəngli zolaq” sistemi reallaşarsa, daha yaxşı olar. İnsanların sərhəd məntəqələrindən daha tez keçməsinə şərait yarada bilər. Sadəcə olaraq belə görünür ki, bu məsələdə müxtəlif şəxslərin və ya qurumların maraqları toqquşur. Belə görünür ki, onların belə işləməsində, növbələrin yaranmasında, insanların incidilməsində şəxsi maraqlar da var.
Bunlar aradan qalxsa və müxtəlif yaşıl, sarı və qırmızı zolaqların yaradılması təbii ki, daha yaxşı olar. Yaşıl xətdən sürətli keçid, şübhələr olarsa, sarı xətdən, qanun pozuntusu ilə bağlı ciddi məlumat varsa, qırmızı xətdən keçməsi daha məqsədəuyğundur. Bu keçidlərin sürətli olmasını və işin keyfiyyətini artıra bilər. Əgər maraqların toqquşması varsa, təəssüflər olsun ki, Azərbaycanda belə məsələlərin həlli gecikdirilir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
|