Nazir böyük güclərlə üz-üzə gəlib - Birinci vitse-spiker, baş nazirin müavini və digər vəzifəli şəxlərin qohumları...
Tarix: 2-07-2018, 12:15 | Çap et
Üç aya yaxındır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müsbət mənada dəyişikliklər başlayıb. Səlim Müslümov nazir vəzifəsindən çıxarıldıqdan sonra onun yerinə təyin olunan Sahil Babayev sistemdə ciddi dönüş yaradacağını bəyan edir.
Yeni nazir öncə sələfi S. Müslümovun komandasını nazirlikdən uzaqlaşdırmağa başladı. Daha sonra məşğulluq, əlilliyin təyin olunması, reabilitasiya mərkəzləri və digər strukturlarda ciddi dəyişikliklərə zərurət olduğunu bildirərək yoxlamalara start verdi.
Heç kimə sirr deyil ki, cəmiyyətdə ən çox narazılıq yaradan və korrupsiya şəbəkəsinin olduğu yer əlilliyin təyinatı ilə bağlı sahədir. Belə ki, əlilliyin təyinatı prosesindəki problemlərlə bağlı yeni nazir xüsusi iclas keçirərək sərt addımların atılacağını bildirmişdi. Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirən zaman demişdi ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyəti qənaətbəxş hesab etmək olmaz:
"Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”. Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasındakı süründürməçiliyin qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək.
S. Babayev həmçinin, diqqətə çatdırıb ki, əlillərin reabilitasiya səviyyəsi demək olar ki, sıfıra enib.
Maraqlısı odur ki, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələdir. 2013-cü ildə - təyinatından bir ay sonra S. Müslümov bütün rayonların Tibbi-Sosial Ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib.
İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirərək, onlardan iclası tərk etməyi tələb etmişdi. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilmişdi.
Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar. Lakin S. Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.
Maraqlısı odur ki, S. Müslümov o zaman 3 mindən çox şəxsi nazirlik sistemindən kənarlaşdırmışdı. Amma Sahil Babayev daha humanist davrandı. Bir neçə əsas fiqur "vurulandan” sonra proses səngidi.
Xatırladaq ki, Sahil Babayev məlum müşavirədən sonra 4 rayonun TSEK sədrini vəzifədən kənarlaşdırmışdı. Nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri Vahid İbrahimov, Qəbələ rayon TSEK sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK sədri Yaşasın Haqverdiyev və Nərimanov TSEK sədri vəzifədən uzaqlaşdırılmışdı.
"Reytinq”ə daxil olan məlumata görə, yeni nazirin TSEK-lərlə bağlı mübarizəsi uzun çəkməyib. Məlumatlı şəxs deyib ki, Sahil Babayevin "təmizləmə əməliyyatı” bütün sistemi əhatə edə bilməyib:
"Xatırlayırsınızsa, nazir son dövrlər kütləvi şəkildə əlliyin təyin olunma hallarının araşdırılması üçün işçi qrupu yaratmışdı. İşçi qrup bütün rayonlar üzrə TSEK-lərdə yoxlamaya başladı. Hətta ilkin araşdırmalar zamanı minlərlə əsassız əlillik təyinatı halları aşkarlandı. Amma artıq nazir bu iddiasından çəkilib. Yoxlamalar dayandırılıb, işçi qrupun fəaliyyətinə xitam verilib. Hələlik bununla bağlı rəsmi məlumat verilməsə də, bundan sonra hansısa yoxlama aparılmayacaq. Diqqət edirsinizsə, son bir həftədə nazirliyin bu sektorunda durğunluq hökm sürməkdədir. Hətta bir müddət əvvəl sistemə işlənilən "forma 88”-lərə müsbət cavab verilməsi ilə bağlı da tapşırıq verilib. Belə demək mükündürsə, Sahil Babayevin islahat kampaniyası başa çatıb”.
Mənbəmiz deyib ki, əlilliyin təyinatı müştərək həyata keçirilir: "Son uç ildə, yəni elektronlaşma sistemi tətbiq olunandan bəri səhiyyə müəssisələrinin prosesdə rolu artıb. Bu səbəbdən də sözügedən sahədə ciddi islahatlar aparmaq üçün Səhiyyə Nazirliyi də onay verməlidir. Amma yeni nazirin rəsmi və qeyri-rəsmi çağırışlarına baxmayaraq, Səhiyyə Nazirliyinin müvafiq qurumları birgə əməkdaşlıq etməyə meyl göstərmədilər. Bu səbəbdən də Sahil Babayev sistemi tam nəzarətinə almağa müvəffəq ola bilmədi. Ona görə də TSEK-lərdə "təmizləmə” tam nənasında baş tutmadı”.
Qeyd olunur ki, S.Babayevin TSEK-lərin tərkibini dəyişmək istəyinin baş tutmamasının başqa səbəbləri də var və nazir bir neçə TSEK sədrindən başqa digərlərini sistemdən uzaqlaşdıra bilməyib. "Son bir neçə ilə qədər əlilliyin təyinatı prosesində toplanan pullar Tibbi-Sosial Ekspert Komissiyasının sədrlərində cəmlənirdi. Ona görə də sıradan şəxslərin TSEK sədri olması mümkün deyil. Məsələn, araşdırsanız üzə çıxar ki, Tibbi-Sosial Ekspert Komissiyası sədrlərinin əksəriyyəti yüksək vəzifəli məmurların qohumlarıdır. Buna görə də, onların əksəriyyəti uzun illər korrupsiya şəbəkəsi quraraq "alverlərini” edə biliblər. Səlim Müslümov da belə məmurlarla münasibətini gərginləşdirmək istəmirdi və bu səbəbdən bəzi "hərəkətlərə” göz yummağa məcbur olurdu. Amma Sahil Babayev bir neçə həmlə edərək onların bəzilərini zərərsizləşdirə bildi. Öz himayədarına arxayın olan Sabunçu rayon TSEK sədri Vahid İbrahimov da "vuruldu”. V. İbrahimov Prezident Administrasiyasının mühüm fiqurlarından sayılan Əli Əsədovun yaxın qohumudur. Düzdür, Sahil Babayev onu işdən çıxarıb, amma yəqin ki, o da yaxın günlərdə yenidən sistemə qayıda biləcək”.
Məlumatda bildirilir ki, bu sistemdə yeni nazirin "vura” bilmədiyi şəxslər də var. Qeyd olunur ki, Nəsimi TSEK-in rəhbəri Əli Həsənov Milli Məclis sədrinin birinci müavini Ziyafət Əagərovun, Xətai TSEK-ın rəhbəri Əli Əsgərov isə baş nazirin sabiq müavini Abid Şərifovun qohumudur.
"Əslində, TSEK-lərdə ciddi qayda-qanun yaratmaq üçün bütün sistemdə islahat aparılmalıdır. Amma görünən odur ki, belə qayda-qanun yaratmaq istəyi yeni nazirə baha başa gəlir. Təbii ki, Sahil Babayevin Ziyafət Əsgərov, Abid Şərifov və digər yüksək vəzifəli şəxslərlə üz-üzə gəlməsi o qədər də inandırıcı deyil. Yəqin nazir daha iri fiqurlarla qarşı-qarşıya gəlməmək üçün çox dərinə gedə bilməyib”, - deyə mənbə fikrini tamamlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
|