Mətin Kərimli yenə milyonları batıracaq? - İDDİA
Tarix: 3-07-2018, 08:49 | Çap et
“Azərbaycan vətəndaşları üçün ciddi məşğulluq portalı yaradılacaq”. Bu haqda məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev verib. O, bildirib ki, məşğulluq portalının yaradılması bu sahədə şəffaflığı tam şəkildə təmin edəcək: “Məşğulluq portalında Azərbaycanda olan bütün vakansiyalar barədə məlumat olacaq. Eyni zamanda qeydiyyatdan keçmiş bütün işsizlər və işaxtaranlar haqqında məlumat yerləşdiriləcək. İstənilən işəgötürən və işsiz hətta məşğulluq mərkəzinə gəlmədən bu portala daxil olaraq, öz reakividasiyası haqqında məlumatı daxil etməklə, mövcud bütün vakansiyalar haqqında məlumat ala biləcək, hətta birbaşa ora müraciət də edə biləcək. Orada tələblər, maaş, iş yerinin ünvanı, iş saat, yəni bütün tələblər əks olunacaq”. S.Babayev deyib ki, portal işəgötürənlər üçün də rahatlıq yaradacaq. Nazirin sözlərinə görə, Azərbaycanda iki yüz min işsiz və işaxtaran var: “Onların məlumatlarını məlumat bazasına daxil edilməsi, eyni zamanda açılan vakansiyalar barədə məlumatların daxil edilməsi bir qədər vaxt apara bilər. Amma portalın maksimum bir il ərzində yaradılması nəzərdə tutulur”. İlk baxışda nazirliyin öz işini elektronlaşdırması həm bu prosesdə rüşvət faktorunun, həm də bürokratik əngəllərin aradan qaldırılması üçün müsbət bir hadisədir. Amma bəzi nüanslar bu məqama şübhələr yaradır. Oxuculara aydınlıq gəlsin deyə cumhuriyyet az olaraq xatırladaq ki, 2016-cı ilin mart ayında Səlim Müslümovun böyük “islahatı” kimi dəyərləndirilən ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sistemi ortaya çıxdı. O sistemdən xəbəri olanlar isə bilir ki, VEMTAS Nazirlikdə oturanlar tərəfindən idarə edilib, istədikləri adama asanlıqla yardım təyin edə biliblər. 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım əvvəllər olduğu kimi müvafiq kriteriyalara uyğun gəlməyən şəxslərə verilib, əksinə ehtyac içində yaşayan xeyli ailə dövlət başçısından narazı salınıb. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, hətta əli-ayağə yox I qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır: onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? O zaman bu sistem 2014-cü ildə Səlim Müslümovun müavini təyin olunan Mətin Kərimlinin rəhbərliyi altında hazırlanmışdı. Onun müavin təyin olunmasında əsas məqsəd isə ölkənin sosial müdafiə sisteminin elektonlaşdırılması olub. Yəni İman Kərimovun ASAN Xidmətdə gördüyü böyük işləri qardaşı Mətin Kərimli ƏƏSMN-də həyata keçirməliydi. Lakin ASAN Xidmət özünü nə qədər doğrultsa da, Mətin Kərimlinin Elnur Məcidovla birlikdə ƏƏSMN-də yaratdığı VEMTAS sistemi gözləntiləri doğrultmadı. Artıq mətbauatda da qeyd olunduğu kimi bu sitem ƏƏSMN-də korrupsiyanın daha da böyüməsinə səbəb oldu. İndi nazirin bəhs etdiyi yeni portalın da M.Kərimlinin rəhbərliyi altında hazırlanacağı haqda məlumatlar var. Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında nazir müavini Mətin Kərimli dayanır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə, bu sahəyə yad olan və tamamilə başqa sahədə çalışmış yeni nazir Sahil Babayev özünün müavini Mətin Kərimlinin diktəsi ilə bu islahatları həyata keçirməkdədir. Hazırda isə vəzifəsini qoruyub saxlamağa çalışan hər kəs Mətin Kərimliyə yol tapmaq və vəzifəsində qalmaq üçün Mətin Kərimlini razı salmağa çalışır. Hazırda gedən prosseslər nazirlikdə hamının əlinin işdən soyumasına səbəb olmaqla yanaşı, həm də nazirlikdə xaosun yaranmasına səbəb olub. Çünki digər nazir müavinləri heç bir məsələyə nüfuz edə bilmirlər və bu da Nazirliyin iş prinsipinin pozulmasına səbəb olub. Nazirdən aldığı sonsuz səlahiyyətlərlə isə Mətin Kərimli keçmiş nazir Səlim Müslümovun vaxtında onunla hesablaşmayan kadrları peşəkar olub-olmamasına baxmayaraq, işdən kənarlaşdırmaq üçün müxtəlif yollardan istifadə edir. Mətin Kərinmli sosial müdafiə sahəsinə bağlı adam olmayıb və bu sahədə iş təcrübəsinə də malik deyil. Son dəyişikliklərdən sonra mövqelərini gücləndirən nazir müavini hazırda ƏƏSMN-də bütün proseslərə nəzarət etməkdədir. Hazırda nazirliyin aparatında qalıb işləmək istəyən şəxs mütləq nazir İnam Kərimovun qardaşı Mətin Kərimli ilə dil tapmalıdır. Və yaranmış bu vəziyyət peşəkarların nazirlikdəki mövqelərini tamatmilə sarsıtmaqdadır. Onu da bildirək ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni portalla bağlı verdiyi məlumata görə, məşğulluq mərkəzləri öz yerində qalacaq: “Bizim böyük kateqoriya vətəndaşımız heç də internet sahəsində aktiv deyil. Onlar köhnə qayda ilə mərkəzlərə müraciət edə biləcəklər”. Başqa sözlə, yenə də bürokratiya və rüşvətə “ayaqyeri” saxlanacaq, itirilən isə yenə də dövlətin milyonları olacaq. Çünki zamanında VEMTAS sistemi üçün də xeyli miqdarda pullar xərclənmişdi…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
|