Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                     Paytaxtda dilimizə sayğısızlıq .....                     Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                 

Ziya Məmmədovun “keçid biznesi” fırıldağı - İTTİHAM
Tarix: 27-12-2018, 08:44 | Çap et
Ziya Məmmədovun “keçid biznesi” fırıldağı
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun və onun oğlu Anar Məmmədovun dövlətdən oğurladıqları milyonlar hesabına qurduqları biznes strukturlarında zaman-zaman sahibkarların, ticarətçilərin başına müsibətlər gətirilib. Ziya Məmmədov nazir olarkən həm nəqliyyat sahəsində, həm də özlərinə məxsus biznes şəbəkəsində “qoçuluq” prinsipini prioritet seçdikləri də sirr deyil.

Bu günlərdə əməkdaşımıza bir neçə sahibkarın verdiyi məlumatdan aydın olur ki, adları yalnız korrupsiyada, digər neqativ proseslərdə çəkilən Ziya və Anar Məmmədovlar bir müddətlik taym-autdan sonra yenidən ənənəvi prinsipləri ilə hərəkətə keçiblər. İş adamları qeyd edir ki, Məmmədovlar saxta olduğu şübhə doğurmayan sənədlər ortaya çıxarmaqla, özbaşınalıqlar etməklə metronun “28 May” stansiyasının qarşısındakı yeraltı keçiddəki ticarət mərkəzindəki icarədar olan bir neçə sahibkarın obyektini mənimsəməyə çalışırlar.

Sahibkarlar söyləyir ki, Ziya Məmmədov nəqliyyat naziri olarkən vəzifəsindən sui-istifadə etməklə, metronun 28 may stansiyasının qarşısındakı dövlət vəsaiti ilə inşa olunan keçidi ticarət mərkəzi edərək, öz mülkiyyətinə çevirib. Faktiki olaraq həmin keçiddəki ticarət mərkəzi bu gün də Ziya Məmmədovun sərəncamındadır.

Vaxtilə keçidi ələ keçirdikdən sonra Məmmədovlar orada obyektləri icarəyə vermək üçün sahibkarlardan mülk ölçüsünə görə 30-200 min manat civarında “şirinlik” də alıblar. Sahibkarlar bildirir ki, bunun müqabilində onlarla müddətsiz müqavilə bağlanıb: “Hazırda keçid ”Royal İstate" şirkətinin balansındadır və bu şirkətin də icraçı direktoru Ziya Məmmədovun bacısının kürəkəni Anar Novruzovdur. Vaxtilə “Royal İstate” Anar Məmmədova məxsus “Qarant Holdinq”in balansında yaradılmışdı. Hazırda Məmmədovlar saxta sənədlərlə keçiddəki arxasız hesab etdikləri, əzə biləcəklərini düşündükləri bir neçə obyekt icarədarı ilə müqaviləni qanunsuz olaraq pozmaqla, obyektləri mənimsəmək istəyirlər. Belə ki, icarədarlardakı müqavilədə icarə müddəti “müddətsiz” göstərilsə də, indi Anar Novruzov bizə saxta və qanunsuz olduğu şübhə doğurmayan sənəd göstərir və orada icarə müddətinin 2018-ci ilin dekabrında tamamlandığı əksini tapır".

Sahibkarlar qeyd edir ki, onlar belə bir müqaviləyə imza atmayıblar: “Bizim əlimizdəki müddətsiz müqavilədir və oradakı imzamızla Anar Novruzovun ortaya çıxardığı sənəddəki imzalar fərqlidir, yəni saxtadır. Məqsəd bizim faktiki və qanuni sənədlərlə sərəncamımızda olan obyektimizi mənimsəməkdir. Anar Novruzov iddia edir ki, guya keçiddəki ticarət mərkəzini özəlləşdiriblər. Amma ora strateji yerdir, Bakının yeraltı sığınacağı kimi nəzərdə tutulub və qətiyyən özəlləşdirilə bilməz”.

Sahibkarlar bildirirlər ki, icarə müqaviləsində nəzərdə tutulan öhdəlikləri onlar yerinə yetirsələr də, Anar Novruzovun icraçı direktoru olduğu, faktiki Ziya Məmmədovun olan ticarət mərkəzi həm dövlət qurumlarını, həm də sahibkarları aldadır, “qoçuluq” edir: “Belə ki, bizim ödədiyimiz icarə haqqını onlar dövlətə təqdim etdikləri sənədlərdə azaldır və bununla vergidən külli miqdarda yayınmalar edirlər. Vaxtilə bu obyektləri icarəyə götürəndə 100-150 min manat ”şirinlikləri" şirkətin təmsilçisinə vermişik. İndi deyirik ki, əgər obyekti bizə icarəyə verməkdən imtina edirsinizsə, verdiyimiz 100-150 min manatı geri qaytarın, ondan da imtina edirlər. Məqsədləri odur ki, bu obyektləri yenidən 200-300 min manat alıb, icarəyə versinlər, icarə haqlarını da bahalaşdırsınlar".

Sahibkarlar deyir ki, Bakıdakı digər yeraltı keçidlər də Ziya Məmmədovun oğlu Anar Məmmədovun monopoliyasındadır: “”Beşmərtəbə"dəki - “Azdrama”nın qarşısındakı keçiddə olan obyektlər də Anar Məmmədova məxsusdur. Azərbaycan hakimiyyətinə, dövlətinə zərbə vuran Anar Məmmədov hazırda qaçıb xaricə getsə də, bütün obyektlərdən yığılan pullar indi də ona göndərilir".

İnternet resurslarında qısa bir incələmə aparanda məlum oldu ki, “Royal İstate” şirkətinin adı böyük maxinasiyalarda da hallanır. Belə ki, “Royal İstate”nin Virciniya adasında “Montgomery İndustreis” LTD şirkətinin törəməsi adı ilə ofşor qeydiyyatı haqda ötənlərdə xeyli yazılıb.

Ən mühüm məqam isə odur ki, hələ də Ziya Məmmədovun nəzarətində olan “28 May” metro stansiyası ətrafındakı keçid məhz dövləti vəsaiti ilə tikilib və bu gün həmin yeri Məmmədovlar öz dədə mülkləri kimi istifadə edirlər.

Sahibkarların sözlərinə görə, Məmmədovların, faktiki olaraq onların təmsilçisi Anar Novruzovun bir fırıldağı da ondan ibarətdir ki, icarədarlarla müqavilə blankında şirkətin adı “Royal İstate” kimi göstərilir. İndi isə icarədarlara göstərilən saxta müqavilələrdə şirkətin adı “Royal Estate” qeyd olunur. Belə başa düşülür ki, Ziya Məmmədov dolandırıcılıq, diqqətdən yayınmaq məqsədilə şirkətin adına da “bir balaca” əl gəzdirib.

Sahibkarların sözlərinə görə, dövləti milyardlarla manat ziyana salan, ölkə boyunca yol çəkilişləri zamanı ayrılan vəsaitlərin azı 50 faizini mənimsəyən və buna görə məsuliyyətə cəlb edilməli olan Ziya Məmmədov və qohumları faktiki olaraq yenidən “dirilərək” “at oynadırlar”: “”Royal Estate" şirkətinin icraçı direktoru onun bacısının kürəkəni Anar Novruzovdur. Şirkəti qeyri-rəsmi o və Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə idarə edir. Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov isə burada qeyri-rəsmi baş maliyyəçidir. Bu, həmin Davud Əfəndizadədir ki, Ziya Məmmədov nəqliyyat naziri olarkən Bakı Sərnişindaşıma Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tuturdu. Bakıda keçirilən Avropa Oyunları zamanı 3 əcnəbi vətəndaşın avtobusun altına qalması da yaddaşlardadır. Həmin avtobus şirkətini Davud Əfəndizadə himayə edirdi və bu hadisə birbaşa təxribat idi. Dövlətə bu qədər ziyan vuran adamlar yenə də meydan sulayırlar. Biz onların əməlləri ilə bağlı dövlət başçısına, hüquq-mühafizə orqanlarına müraciət edib, bu qanunsuzluqların araşdırılması, Məmmədovların növbəti özbaşınalıqlarına son qoyulması üçün yardım istəyəcəyik".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru