DEPUTAT ÖVLADLARI CİNAYƏTDƏ İTTİHAM OLUNUR
Tarix: 19-06-2013, 14:50 | Çap et
“1001 GECƏ” DƏ BAŞ VERƏN OLAYIN 1001 SİRRİ
DİA.AZ: - Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Hüseynbala Mirələmova məxsus "Min bir gecə" istirahət mərkəzində törədilən qanlı cinayət olayının araşdırılması başa çatıb. Məhkəmə qarşısına deputatın qardaşı oğlu Rəşad Mirələmov çıxarılıb. Zərərçəkən Nənəş İsmayılova isə cinayət işinin düzgün araşdırılmadığını əsas gətirərək prosesə qatılmayıb. O prezidentə, baş prokurora və başqa səlahiyyət sahiblərinə yazdığı məktublarda oğlu Ramal Bayramovun qətlinin sifarişçisi kimi H.Mirələmovun adını çəkir, cinayətin törədilməsində deputatın övladları Fərid və Rauf Mirələmovların iştirak etdiyini iddia edir.
DİA.AZ bildirir ki, cinayət dosyesində çoxsaylı cinayət işləri bir icraata birləşdirilərək istintaq olunub. Çoxsaylı cinayət işlərinin bir icraatda birləşdirilməsinə səbəb olan qanlı cinayət 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən istirahət mərkəzində gecəyarısı baş verib. İstintaqın gəldiyi nəticəyə görə, R.Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə isə cəhd edib.
İlk məhkumluq
İbtidai istintaqa ifadə verən R.Mirələmov ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ilk dəfə 1997-ci ildə hərbi xidmətdə olarkən Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. Cəzasının çox hissəsini çəkdikdən sonra nümunəvi davranışına görə 2001-ci ilin sentyabrında məhkəmənin qərarı ilə vaxtından əvvəl azad edildiyini deyən R.Mirələmov 2003-cü ilin avqustunda Masallı şəhərində taksi sürücüsünü qətlə yetirməsi ilə əlaqədar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunub: "4 il Qobustan qapalı həbsxanasında cəza çəkdikdən sonra xəstəliyimlə əlaqədar Maştağa qəsəbəsində yerləşən xəstəxanaya köçürüldüm. 2 il orada saxlanıldıqdan sonra 2010-cu ilin iyulunda həbsdən azad edildim. Ambulator müalicə olunmaq üçün Lənkəran xəstəxanasına göndərildim. Lənkəran şəhərində yerləşən əmim oğlu Fəxrəddinə məxsus aptekdə fəhlə işlədim. 2011-ci ilin aprel-may aylarında xəstəliyim gərginləşəndən sonra işdən çıxdım. Lənkəranda olanda Elman Əhmədov adlı şəxs haqda eşitdim. Öyrəndim ki, o, Bakıda yaşamaqla "Neon" restoranında administrator işləyir, ayrı-ayrı şəxslər arasında olan mübahisəli məsələlərə qarışır. 2012-ci ilin mart-aprel ayında öyrəndim ki, Elman Əhmədov Ramin Zamanova Lənkəran şəhərində mübahisəli məsələləri həll etməyi həvalə edib. Ramini əvvəldən tanısam da, onunla elə bir yaxın münasibətim olmayıb. Günlərin birində eşitdim ki, Elman Əhmədovun tapşırığı əsasında Ramin Lənkəran şəhərində hansısa məsələ ilə əlaqədar Ulduz adlı şəxsin işinə qarışıb. Tərəflər arasında mübahisə baş verib və sonuncu odlu silahdan atəş açaraq Ramin Zamanovu yaralayıb".
"Ramal işlərinə bir daha qarışmamağı tapşırdı"
R.Mirələmov ifadəsində qeyd edib ki, 2012-ci ilin yanvar-fevral aylarında Elman Əhmədovun xatırlamadığı telefon nömrəsini öyrənib və ona irad bildirmək üçün zəng vurub: "Elman mənə kobud cavab verərək işinə qarışmamağımı bildirdi və bu məsələ ilə əlaqədar görüşmək üçün məni Bakı şəhərinə çağırdı. Həmin gün gecə saat 23:00 radələrində Bakıya gəlib Elmanla telefon əlaqəsi saxladım. O, məni ABŞ səfirliyinin yaxınlığında yerləşən "Mərakeş" çay evinə çağırdı. Görüş zamanı Elmanın yanında sonradan adlarını bildiyim Ramal Bayramov, Elmar Süleymanov və tanımadığım daha bir nəfər var idi. Orada birinci dəfə gördüyüm Ramal mənimlə çox kobud danışaraq işlərinə qarışmamağımı tələb etdi. Əks halda başıma oyun açacaqlarını dedi. Ramal onlarla söhbətə tək gəldiyim üçün cəsarətimə görə məni bağışladıqlarını və bu dəfə heç nə etməyəcəklərini, lakin bir daha onların işinə qarışsam, başıma oyun açacaqlarını dedi. Çay evində Ramal, Elman və onlarla bir yerdə olan şəxslərin mənə qarşı münasibətini və təhlükəli olan vəziyyəti başa düşdüm. Heç bir söz demədən gecə 24:00 radələrində oradan çıxaraq Lənkərana qayıtdım. Təxminən 20 gün sonra telefonuma zəng gəldi. Zəng edən Ramal idi. O, kobud formada mənə xəbərdarlıq etdi, işlərinə bir daha qarışmamağı tapşırdı".
"Həmin vaxt üstümdə nə bıçaq, nə də tapança olmayıb"
R.Mirələmov istintaqa daha sonra söyləyib ki, 2011-ci ilin oktyabrında onunla bir məhəllədə yaşayan və bir məktəbdə oxumuş Talehin müraciətini xatırlayıb. Onun sözlərinə görə, Talehin işlədiyi mebel sexində olarkən sonuncunun rayon sakini Zamin ilə mübahisə etdiyinin şahidi olub: "Zamini əvvəldən faizə pul verən adam kimi tanıdığımdan Talehdən mübahisənin səbəbi ilə maraqlandım. Taleh Astarada yaşayan Hacı kimi çağırılan Etibar adlı şəxsin evində mebel işləri gördüyünü, bununla əlaqədar materialların alınması üçün Zamindən 3 min manat faizə borc pul götürdüyünü, lakin Etibar narkotiklə tutulduğundan gördüyü işlərin müqabilində pulunu ala bilmədiyini dedi. Buna görə də Zamindən aldığı pulu faizi ilə birlikdə qaytara bilmir. Buna baxmayaraq, Zamin ondan 15 gün müddətinə əlavə olaraq 450 manat pul tələb edir. Orada Zaminə vəziyyətini nəzərə alıb Talehə güzəşt etməyi xahiş etdim. Zamin isə Talehin faizi verə bilmədiyi halda mebel sexini bağlamasını istədi. 2011-ci ilin oktyabrında Taleh mənə zəng etdi və Zaminin yenidən ondan pul tələb etdiyini söylədi. Mən Zaminlə söhbət edib, pulun qaytarılması üçün möhlət alım. Həmin gecə 24:00 radələrində Lənkəran şəhərində "Cənub" şadlıq evinin qarşısında yerləşən çayxanada olarkən orada təsadüfən Zamini gördüm. Onu çayxananın yaxınlığında olan bağa çağırdım və Talehdən əl çəkməsini, verdiyi pulun faizini istəməməsini tələb etdim. Zamin isə tələbim ilə razılaşmadı və dedi ki, Talehə verdiyi pulu başqasından alıb və həmin pul faizi ilə birlikdə ona verilməli olub. Orada Zaminin sifətinə iki dəfə şillə vurdum. Bu məsələ ilə əlaqədar Zamin Lənkəran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdi. Müraciətində onu tapança və bıçaqla hədələdiyimi yazdı. Polisdəki izahatımda göstərdim ki, həmin vaxt üstümdə nə bıçaq, nə də tapança olmayıb".
"Zəng vurub görüşmək istədiyini dedi"
Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd edib ki, 2012-ci il iyulun 16-da 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qardaşı Fazilə baş çəkmək üçün Bakıya gəlib. Onun sözlərinə görə, ara-sıra qardaşına baş çəkməsindən Firdovsinin məlumatlı olduğunu bildiyindən və bu məlumatı Ramala verəcəyindən ehtiyat edərək Masallıdan olan Mahir adlı şəxsdən tapança alıb: "Qardaşım ilə görüşə gələndə tapançanı şalvarımın belinə keçirdim. Həmin gün saat 21:30 radələrində "Fəvvarələr meydanı"nın yaxınlığında yerləşən bərbərxanada saçımı kəsdirərkən "Neon"da işləyən Elman Əhmədov zəng edib məni görüşə çağırdı. Elmana "Min bir gecə" istirahət mərkəzində görüşməyi təklif etdim. O, əsəbiləşərək telefonu başqa bir şəxsə verdi, telefonda özünü "Mingəçevirli Rövşən" kimi təqdim edən bir şəxs çox kobud şəkildə danışdı, söyüş söyüb məni hədələdi, şəhərdə görüşməyi tələb etdi. Lakin həmin vaxt bərbərxanada kənar adamlar olduğu üçün onun cavabını vermədən telefonu bağladım, bir qədər keçmiş Ramal zəng edərək görüşmək istədiyini dedi. Ona da "Min bir gecə"də görüşə biləcəyimi bildirdim. Ramalın təkidlərinə baxmayaraq, şəhərdə onlarla görüşməkdən imtina etdim".
"Əgər onlar narkotik satanı narahat etməməyi tələb edirlərsə"
DİA.AZ bildirir ki, onun sözlərinə görə, Ramalgilin "Min bir gecə"də artıq hərəkət etməyəcəklərini düşünüb: "Bərbərxanadan çıxarkən qardaşım Zaurla dayım Tahirə zəng etdim, onlar gəlib məni "Min bir gecə"yə aparıblar. Həmin vaxt orada qardaşım Cavid, əmim oğlu Fərid də olub. Onlarla birgə istirahət mərkəzinin dənizə baxan hissəsində olan taxtadan düzəldilmiş "besedka"da oturduq, ümumi məsələlərlə bağlı söhbət etdik. Təqribən 15-20 dəqiqədən sonra əmim oğlu Fərid stoldan aralanaraq harasa getdi. Bir qədər sonra oturduğumuz stola digər əmim oğlu Rauf da yaxınlaşdı, onlarla görüşərək bir masa arxasında oturduq. Gecə 2-3 radələrində Elman Əhmədov mənə zəng edib istirahət mərkəzinin həyətində olduğunu dedi və mənim harada olduğumu soruşdu. Oturduğum "besedka"dan çıxaraq Elmanı qarşılayarkən yanında Mübariz adlı şəxsin olduğunu gördüm. Elman Mübariz ilə bir yerdə gəlmişdi. Onlarla bir masa arxasında oturduq, qardaşım Cavid və əmim oğlu Rauf oradan çıxaraq başqa bir masa arxasına keçdilər. Elman Firdovsini nə səbəbə görə vurduğumu məndən soruşdu. Həmin məsələ barədə ona məlumat verdim, lakin Elman Firdovsi ilə işim olmamasını və bir daha onu narahat etməməyi tələb etdi. Elmana və yanında olan Mübarizə bildirdim ki, əgər onlar narkotik satanı narahat etməməyi tələb edirlərsə, onda gedib pul borclu qaldıqları ustaların da haqqını tələb etsinlər".
"Tapançanı çıxarıb Ramala atəş açdım"
DİA.AZ bildirir ki, təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib: "Təqribən 3-4 dəqiqə keçmiş oturduğumuz masaya Elmar Süleymanov, sonra Ramal Bayramov, Səməd və "Qardaşoğlu" kimi çağırılan şəxslər yaxınlaşdı. Bir masa arxasında oturduq, "Qardaşoğlu" kimi çağırılan şəxs isə stolun yanında ayaq üstə dayandı. Ramal yanındakı şəxslərlə gəlib masada əyləşdikdən sonra birbaşa mənimlə kobud danışmağa başladı, ünvanıma nalayiq sözlər işlətdi, Firdovsini vurduğum üçün iradlarını bildirdi. Ramal artıq mənimlə söyüşlə danışmağa başlayanda ona elə həmin söyüşlərlə də cavab verdim. Bu zaman aramızda qarşılıqlı mübahisə yarandı. Ramal ayaq üstə durub stolun başına fırlanaraq mənə yaxınlaşdıqda ayağa qalxdım. Ramal sifətimdən yumruqla vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Başıma, qabırğalarıma və bədənimin müxtəlif nahiyələrinə Ramal təpiklə zərbələr vurmağa başladı. Həmin vaxt Ramalın yanında olan Elman, Mübariz, Elmar, Səməd, "Qardaşoğlu" ləqəbli şəxs ünvanıma söyüşlər söyərək stolun üzərində olan stəkanları mənə tərəf atdılar. Mən isə yerdə uzanıqlı vəziyyətdə özümü vurulan zərbələrdən müdafiə edirdim. Bu zaman Ramal cibindən qatlanan bıçaq çıxarıb üstümə yenidən gələndə orada olan şəxslərdən kimsə onu saxladı. Lakin Ramal buna baxmayaraq yenidən bıçaqla üzərimə gələn zaman tapançanı çıxararaq bir dəfə atəş açdım. Bu zaman Ramalla bir yerdə olan Elman, Səməd, Elmar və Mübariz qışqıra-qışqıra üzərimə hücum çəkdilər. Bunu görüb, ayağa qalxaraq onların istiqamətinə, başlarının üstünə təxminən 3-4 dəfə atəş açdım ki, onların hücumunun qarşısını alım. Həmin atəşlərdən biri də Ramalın orada olan dostlarından birinə dəydi, konkret olaraq kimə dəyməsini qarışıqlıq olduğundan bilməmişəm".
"Sonra dənizə tərəf qaçdım"
R.Mirələmov ifadəsində göstərib ki, hadisədən sonra Ramalın dostları oradan uzaqlaşmağa başlayıb, səs-küyə əmisi oğlu Fərid oturduqları masaya yaxınlaşıb: "Fərid orada olan işçilərdən kiməsə tez polis çağırmalarını tapşırdı. Ramalın dostlarının bir az uzaqlaşdıqlarını görüb dənizə tərəf qaçdım. Sonradan eşitdim ki, Elman ilə Mübariz sonuncunun idarə etdiyi qara rəngli "Ranc Rover" markalı, Ramalgil isə "Passat CC" markalı avtomaşınlarla "Min bir gecə" istirahət mərkəzinə gəlib".
"Silahı qəbir daşının altında gizlətmişdim"
R.Mirələmov ifadəsində onu da bildirib ki, qanlı olay zamanı istifadə etdiyi tapançanın markasını bilmir, həmin tapançanı Masallıdan olan Mahir adlı tanışı təqribən bir il əvvəl ona pay verib: "Mahirin soyadını bilmirəm, atasının adı Şahbazdır, əvvəllər yol polisində işləyib. Mahirin bir-neçə ay bundan əvvəl öldüyünü eşitmişəm. Tapançanı da Lənkəran şəhərində qır zavodunun yanında olan qardaşımın dəfn olunduğu qəbiristanlıqda tanımadığım şəxsə məxsus qəbir daşının alt hissəsində gizlətmişəm, orada saxlamışam, darağında 5-6 ədəd patron olub".
QEYD: Məhkəmə prosesi davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|