Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                     Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub .....                 

"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?" - Oğlunu itirən atanın FƏRYADI
Tarix: 20-02-2020, 09:31 | Çap et
"Narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı?"
Bir arı sancmasından 24-yaşlı oğlunu itirən Filman Həsənov iki ildən çoxdur prokurorluq və məhkəmə yollarındadır. Oğlunun ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edən ata həm günahkarların cəzalandırılmasını, həm də onu maraqlandıran suallara cavab almaq istəyir. Ancaq hələ heç birinə nail ola bilməyib.

DİA.AZ xəbər verir ki, mərhum Cavid İmanlını sağ çiynindən arı sancıb, həmin nahiyə şişib, ağrı verib. O, Sabunçudakı 3 saylı Kliniki Tibbi Mərkəzə gedib. Atasının dediyinə görə, Cavidi cərrahiyyə şöbəsinə yerləşdiriblər: «Həkim Tağı Əliyev şiş olan yerə iynə batırıb, çirkin olub-olmadığını yoxlayıb. Deyib ki, çirk yoxdur, bir gün sonra buraxacaqlar. Ertəsi gün anası onu çıxarmaq üçün xəstəxanaya gedəndə buraxmayıblar, deyiblər, təcili əməliyyat olunmalıdır. Anası etiraz edib. Həkim deyib ki, əməliyyat edilməsə, qanqren olacaq. Anası əməliyyat otağının qabağında Cavidin gətirilməsini gözləyib. Ancaq onu əməliyyat otağında yox, kifayət qədər xəstələr olan palatada gizli əməliyyat eləyiblər. Mənim oğlum həkim səhvinin qurbanı oldu...».

F.Həsənovun sözlərinə görə, sonradan biliblər ki, elə həmin gün oğlu vəfat edib. Ekspertiza rəy verib ki, Cavidin ölümünə çiynindəki irinli iltihab (absesləşmiş fleqmonası) və orqanizmin ümumi intoksikasiyası səbəb olub. Ekspertiza həmçinin, o nəticəyə gəlib ki, gəncin ölümündə həkim səhlənkarlığı yoxdur.

Ancaq oğlunu həkim səhvi üzündən (artıq dozada narkoz verilməsindən) itirdiyini iddia edən F.Həsənov prokurorluğa, ölkə rəhbərliyinə şikayətlər göndərməklə yanaşı, özü də müstəqil şəkildə araşdırma aparmaq qərarına gəlib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 7 suallıq sorğu göndərib. Suallar da belə olub: arı sancmasından 3 gün keçəndən sonra 24-25 yaşında cavan adam aneflatik şok keçirə bilərmi; narkoz verilən xəstəni palatada əməliyyat etmək olarmı; arı sancmış adamda fleqmona (hüceyrə boşluqlarının məhdudlaşmayan yayılmış kəskin irinli iltihabı-red.) ola bilərmi və s.

F.Həsənov deyir ki, Həkimləri Təkmilləşdirmə İnstitutu onun suallarına cavab verməkdən imtina edib. Daha doğrusu, cavab məktubunda yazılıb ki, «burada qaldırılan bütün sualları Səhiyyə Nazirliyinin ekspert komissiyası cavablandırıb». Ona görə də F.Həsənov institutu məhkəməyə verib. Yasamal rayon Məhkəməsi onun iddiasını rədd edib. Bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib.

Ancaq Ali Məhkəmə fərqli qərar verib. Yazıb ki, Həkimləri Təkmilləşdirmə İnstitutu şikayətçinin məktubuna əsaslandırılmış cavab verməliydi: «Əgər suallar onun səlahiyyətinə aid deyilsə belə, aidiyyəti üzrə müraciət etməli olduğu subyekt göstərilməli idi. Lakin bütün sualların Səhiyyə Nazirliyinin ekspert komissiyası tərəfindən cavablandırıldığını əsas gətirib sualları cavablandırmayıb. İş materiallarından görünür ki, ekspert komissiyasının rəyində də Filman Həsənovun suallarına cavab yoxdur. Orada yalnız ölüm faktı ilə aparılmış müalicə arasında səbəbli əlaqənin olub-olmaması müəyyənləşdirilib».

İnstitutun nümayəndəsi və vəkili Rauf Abdullayev isə məhkəmədə deyib ki, məktubdakı suallardan bəziləri ümumi xarakter daşıyır, birmənalı cavabı yoxdur. Qalanları da konkret sahədə xüsusi elmi tədqiqatların aparılmasını tələb edir: «Bu tip sualların cavablandırılması üçün məhkəmə-tibbi ekspertizası var. Məsələ ilə əlaqədar araşdırmalar artıq aparılıb, Səhiyyə Nazirliyi məlumatları Filman Həsənova təqdim edib. Onun qoyduğu suallara Səhiyyə Nazirliyinin Ekspert Komissiyası və ya Məhkəmə Tibbi Ekspertizasının cavab vermək səlahiyyəti var. Bunu institutdan tələb edə bilməz».

Ali Məhkəmə aşağı instansiyaların qərarını ləğv edib, ötən il dekabrın 26-da bu işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Ancaq hələ ki, apellyasiya məhkəməsində baxılmayıb.

Bununla paralel ata oğlunun ölümünə görə həkimlərin məsuliyyətə cəlb edilməsi üçün də aylardır prokurorluq və məhkəmə arasındadır. Sabunçu rayon Prokurorluğu cinayət işi başlanmasını rədd edib. F.Həsənovun şikayətindən sonra məhkəmə də prokurorluğun qərarını ləğv edib, işin təkrar araşdırılmasına qərar verilib. Amma Sabunçu rayon Məhkəməsi yenə eyniməzmunlu qərar çıxarıb.

Ata yenə şikayət edib. Bu dəfə Bakı şəhər prokurorunun müavini Sabunçu rayon Prokurorluğunun qərarını ləğv edib. Bu iş Sabunçudan alınıb, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə verilib. Bu idarədə də cinayət işinin başlanması yenidən rədd edilib. F.Həsənov yenə məhkəməyə üz tutub. Dekabrda Səbail rayon Məhkəməsi Bakı şəhər Prokurorluğunun rədd qərarını ləğv edib. Bundan sonrasından isə hələ ki, xəbər yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru