Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                     Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub .....                     Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları .....                     Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək .....                     "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..." .....                     “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb” .....                     Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb .....                 

İki dövlət qurumu bir femerin dərdinə dərman tapa bilmir - GİLEY
Tarix: 27-02-2020, 09:17 | Çap et
İki dövlət qurumu bir femerin dərdinə dərman tapa bilmir
Abşeron rayonu Xanqulu otlaq sahəsində fermer təsərrüfatı ilə məşğul olan Seyran Kərimov heyvanlar arasında naməlum xəstəliyin yayıldığını iddia edir.

Sputnik Azərbaycan-a müraciət edən fermer açıqlamasında bildirib ki, onun təsərrüfatında bu problem 2019-cu ilin noyabrında başlayıb. Heyvanları kütləvi şəkildə öldüyünə görə fermer Kənd Təsərrüfatı Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə və aidiyyəti qurumlara müraciət edib.

"Atam 1959-cu ildən bu işlə məşğul olub. Biz hər il dövlətə 50-60 ton ət veririk. Noyabrda təsərrüfatda xəstəlik yarandı. Mən cəsədlərdən birini götürüb Quba Regional Baytarlıq İdarəsinə apardım. Bir neçə gün sonra bizə bildirildi ki, heyvanlarda pasterellyoz xəstəliyi aşkar edilib. Bundan sonra mən Abşeron Baytarlıq İdarəsinə müraciət etdim. İdarə yoxlanılması üçün cəsədlərdən Qida Təhlükəsizliyi Agentliyinə verdi. On gündən sonra cavab gəldi ki, heyvanlarda pasterellyoz xəstəliyi var. Hər diaqnozdan sonra təyin edilən dərmanları alaraq heyvanlara verirdik".

İki dövlət qurumu bir femerin dərdinə dərman tapa bilmir

S.Kərimov qeyd edir ki, ancaq xəstəlik kəskinləşir, ara vermirdi.

Sonra fermer yenidən Qida Təhlükəsizliyi Agentliyinə müraciət edir. Və bu dəfə heyvanlara bradzot xəstəliyi diaqnozu qoyulur:

"Hər gün heyvanlarım qırılır. Dəfələrlə AQTA-ya müraciət etmişəm. Sonuncu dəfə qeyd etdilər ki, heyvanların qanında zəhərlənmə aşkar edilib. Mənim hər gün heyvanlarım ölür, amma Azərbaycan baytarları onlara diaqnoz qoya bilmirlər. Noyabrın 15-dən bu günə qədər 751 heyvanım ölüb. Bu günə qədər dərmanlara 7-8 min manat pul xərcləmişəm. Mənim təsərrüfatıma gələn qurumlar heyvanlarımın ölməsini aktlaşdırmırlar. Bu günə kimi bir neçə akt əldə edə bilmişəm. O da heyvanların az öldüyü günlərdə olub. Başqa günlərdə mən akt ala bilməmişəm".
Fermer iddia edir ki, ötən il digər yataqlarda da belə hadisələr baş verib, amma işıqlandırılmayıb.

Sputnik Azərbaycan məsələ ilə bağlı Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova ilə danışıb.

S.Rüstəmova qeyd edib ki, institutun alimləri ərazidə olub, oradan material gətiriblər və heç bir xəstəlik aşkar edilməyib: "İkinci dəfə fevralın 13-də cəsəd göndəriblər, boynu kəsik olub. Heyvan tam qansızlaşıb. Buna baxmayaraq, yarma aparılıb. Heyvanın daxili orqanlarında heç bir patoloji dəyişikliyə, heç bir infeksiyaya rast gəlməmişik. Biz fermerə sual verəndə ki "heyvanın başını niyə kəsmisən?", o cavab verib ki, "murdar olmaması üçün". Biz yenidən cəsəd göndərməsini tələb etdik. O bizə 1 saat sonra bir ana və iki birgünlük quzu cəsədi göndərdi. Bu, infeksiyadırsa, birgünlük quzuda ola bilməz. Eyni qaydada birgünlük quzunu da yardılar, içi təmiz çıxdı. Quzunun qarnında yalnız ana südü var idi. Ana qoyunun boğazında deşilmiş izlər müşahidə edilirdi".

Siyalə Rüstəmovanın sözlərinə görə, fermer iddia edir ki, guya heyvanın boğazında damar partlayır və bu qan o qədər güclüdür ki, vurub dərini partladır.

"Baytarlıq elmində belə bir xəstəlik yoxdur. Bəli, dekabrın əvvəlində həmin təsərrüfatda xəstəlik olub. Xəstəliyin diaqnozu yanvarın 7-də verilib. Lakin o vaxta qədər həkimlər yarma işi aparıb və müəyyən ediblər ki, təsərrüfatda bradzot xəstəliyi var. Rayonun baş həkiminin tərtib etdiyi sənədə əsasən, 13 baş heyvan tələf olub. Həkimlər xəstəliyə görə təsərrüfatda peyvəndləmə işləri aparırlar. Və 10 gün ərzində, yəni maksimal immunitet yaranana qədər, 1-2 heyvan tələf olub. 10 gündən sonra xəstəlik tamamilə dayanır və ölüm hadisələri baş vermir. Bir müddətdən sonra bu insan yenə bizə müraciət edir. Həkimlərimiz gedib onun təsərrüfatına baxırlar. Gedib görürlər ki, 30-40 dəri yığılıb üst-üstə, boğaz hissəsində kəsiklər var. Bizim gördüyümüz bu olub, bu insan isə deyir ki, 750 baş heyvanı ölüb və baytar həkimlər bunun çarəsini tapa bilmir, diaqnozunu qoya bilmirlər. Biz bunu görən kimi diaqnoz qoyduq ki, bu, kənardan müdaxilədir".

S.Rüstəmova vurğulayıb ki, fevralın əvvəlində fermer yenidən zəng vurub.

"Mən və iki müavin təsərrüfat sahəsinə getdik. Gördük ki, heyvanlara soyqırım ediblər. Yerdə 12 cəsəd var idi. Bir-iki aylıq quzunun cəmdəyi asılqandan asılmış, yerdə də çox sayda dəri var idi. Hamısında eyni əlamət var. Boğaz altında 3-5 santimetr kəsiklər var idi. O bizə dedi ki, tövlədə 4 qoyun da bu vəziyyətdədir. Tövləyə girib gördük ki, 4 yaralı heyvan var. Qanları damcı-damcı axırdı. Amma buna baxmayaraq normal yem yeyirdilər. Mən ondan xahiş etdim ki, "gəl bu xəstə heyvanları instituta aparaq".

Fermer iddia edirdi ki, quzular süd əmən kimi eyni formada boğazları partlayır. Mən təklif etdim ki, heyvanları aparıb qanından, südündən analiz götürək. Amma fermer icazə vermədi. Dedi ki, onsuz da öləcək. Mən də dedim ki, ölürlərsə, institutda ölsünlər. Fermer akt tərtib etməyi tələb etdi. Mən razılaşdım.

Tövləyə girəndə gördük ki, qoyunların dördü də boğazları kəsilmiş şəkildə xırıldayır. Boğazlarından qan fışqırır. Hər yer qan içində idi. Heyvanlar çapalıyırdı. Sağ heyvanı və cəsədlərdən birini instituta gətirdik. Gecə ilə boğazını tikdik, nə lazımdır, müdaxilə etdik. Və bu gün də həmin heyvanlar institutda sağ-salamat yaşayır. Biz bu heyvanı saxlayırıq ki, fermerə sübut edək ki, xəstəlik yoxdur. Digər heyvanı da yardıq, yoxlamalar apardıq, suspenziyalarla laborator heyvanı yoluxdurduq. Əgər orada infeksiya olsaydı, 48 saat ərzində o heyvanlar ölməli idi. Bu heyvanlar isə salamatdır".
S.Rüstəmova vurğulayıb ki, hazırda fermer ayın 13-də baş verən hadisələrin aktını istəyir. Qurum isə həmin fakta görə akt verməkdən imtina edir. Səbəb isə çox sadədir: "Çünki oraya gedəndə kənar müdaxilə görmüşük. Heyvanlarda heç bir xəstəlik yoxdur, onların ətindən də istifadə etmək olar".

S.Rüstəmova qeyd edib ki, fermerdən öldüyünü iddia etdiyi heyvanların cəsədlərini soruşduqda o bildirib ki, itlər yeyib.

"Yeddi yüz əlli heyvanın cəsədini itlər necə yeyib bitirə bilər axı? Hər bir təsərrüfatın problemi ola bilər, amma o öz problemini ətrafa yaymamalıdır. Bu şəxs bütün respublikaya deyir ki, "xəstəlik müəyyən edilmir". Bəli, əvvəllər bəzi heyvanlarda xəstəliklər müşahidə edilib. Qida Təhlükəsizliyi Agentliyi diaqnozu müəyyən edib. Hazırda o təsərrüfatda heç bir xəstəlik yoxdur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru