İnam Kərimov da bacarmadı... - "Aqrar ölkə" statusumuz təhlükədə
Tarix: 30-03-2020, 09:50 | Çap et
Son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra müsbət addımlar atılır. Aqrar texnikanın dövlət güzəşti ilə istehsalçılara çatdırılması, dövlətin aqrar istehsalçılara ayırdığı subsidiyaların verilməsi mexanizmində edilən dəyişikliklər bu baxımdan mühüm yenilik kimi qiymətləndirilə bilər.
Xüsusilə bu ilin yanvarından subsidiyaların elektron sistem vasitəsilə təyin olunması, hər hansı təmas olmadan istehsalçıların kartına köçürülməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən geniş təbliğ olunur. Yerli icra orqanlarının subsidiyalara əl qoymasının qarşısını almaq baxımından bu mexanizm təsirli vasitə olsa da, bir sıra istiqamətdə aqrar istehsalçılara problemlər yaratmağa başlayıb. Rayonlarda bir sıra xırda fermerlər kartlarını alsalar da, onu aktivləşdirə bilmirlər. “Kapitalbank”ın yerli şöbələri aktivləşmə üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemindən göstəriş olmadığını deyirlər. Fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə müraciət etmələri məsləhət görülür. Lakin həmin sistemdə yaradılmış elektron kabinetlərdə belə müraciətlər üçün yaradılan bölmə normal işləmir. Yaxud bir sıra fermerlər əkinlərini çoxdan bəyan etsələr də, hələ də kartlarını alıb subsidiyanı əldə edə bilmirlər. Daha bir böyük problem bələdiyyə torpaqlarını icarəyə götürüb taxıl əkən fermerlərlə bağlı yaranıb. Belə ki, EKTİS-lə subsidiya almaq üçün torpağa çıxarış tələb olunur. Bunu həmin əkinçilər təqdim edə bilmirlər. Çünki bələdiyyə ilə bağlanan müqavilə uzunmüddətli olmalıdır ki, ona çıxarış almaq mümkün olsun. Bu halda isə icarədarlar böyük məbləğdə əlavə xərc çəkməlidilər. Onu da qeyd edək ki, fermerlər əkinə görə aldıqları subsidiyanın hamısını kartdan çıxarıb nağd xərcləyə bilməyəcəklər. Onlar subsidiya məbləğinin 25 faizindən nağdlaşdıraraq, 75 faizindən isə bununla bağlı qaydalarda müəyyənləşdirilən formada istehsalın təşkili məqsədilə qeyri-nağd qaydada istifadə edə biləcəklər. Amma yerlərdən aldığımız məlumata görə, rayonlarda gübrə, biohumus və digər təsərrüfat üçün lazım olan məhsul və vasitələri kart vasitəsilə almaq imkanı çox məhduddur. Buna görə də fermerlər bu sahədə müəyyən tədbirlərin həyata keçirilməsini istəyirlər. Maraqlıdır ki, bir müddət əvvəl bəzi TV və elektron mətbuatda müxtəlif rayonlardan EKTİS-in fəaliyyəti ilə bağlı fermerlərin narazılıqlarını əks etdirən materiallar yer almışdı. Lakin bir həftə keçməmiş yazıların, süjetlərin hamısı silindi. Belə görünür ki, nədə olmasa da, KTN əməkdaşları narazılıqların ictimailəşməsinin qarşısının alınmasında çox aktiv işləyirlər. EKTİS yaradılanda qarşıya qoyulan əsas məqsədlərdən biri dövlət subsidiyalaşmasında şəffaflığın yaradılması olub. Subsidiyaların istehsalçılara çatması baxımından bu şəffaflığın xeyli təmin olunduğunu söyləməklə yanaşı, qeyd edək ki, əkin sahələrinin reyestrinin şəffaflaşması baxımından buna nail olunmayıb. Belə ki, yeni subsidiyalaşma mexanizminin tətbiqinə başlanarkən bildirildi ki, elektron sistemə bəyan edilən əkin sahələrinin düzgün olub-olmadığı müxtəlif yollarla monitorinq olunacaq, səhv məlumatlara görə cəzalar tətbiq olunacaq. Payızlıq əkinlər və çoxillik əkmələrin bəyan olunması prosesi artıq başa çatıb. Lakin hələ də aparılan monitorinqlərin nəticələri ilə bağlı nazirlikdən hər hansı açıqlama verilməyib. Halbuki subsidiyalaşmanın əvvəlki mexanizminin mühüm çatışmayan tərəfi kimi əkin sahələrinin süni şişirdilməsi qeyd olunurdu. Yerlərdə xüsusilə yerli icra hakimiyyətlərinin əkin sahələrini olduğundan çox yazmaqda maraqlı olduqları hamıya məlumdur. İndiki halda yeni sistemin effektivliyinin qiymətləndirilməsi üçün aparılan monitorinqlərin nəticələri məlum olmalıdır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu ilə dair fəaliyyət istiqamətləri üzrə hesabatından aydın olur ki, 2019-cu ildə ölkədə 636.2 min hektar sahədə payızlıq buğda əkilib. Bu, 2018-ci ildə əkilmiş 667.9 min hektardan 4.8 faiz az deməkdir. Maraqlıdır, bu azalma monitorinqlər zamanı üzə çıxan şişirtmələrin qarşısının alınması nəticəsindəmi yaranıb? Buğda kimi strateji məhsulun əkin sahəsinin belə azalmasının başqa izahını təsəvvür etmək mümkün deyil. Nazirliyin hesabatında diqqətimizi çəkən başqa bir məsələ istehsal olunan məhsulun keyfiyyət göstəriciləri ilə bağlı hər hansı məlumatın olmamasıdır. Məsələn, istehsal olunan buğdanın hansı hissəsi əla növ, hansı hissəsi birinci, hansı hissəsi ikinci növ olub? Yaxud sahəsi azalsa da, rekord həcmdə yığılmış pambığın keyfiyyət göstəriciləri necə dəyişib? Bildirilir ki, pambıq istehsalında məhsuldarlıq yüksəlib. Bu halda keyfiyyətin də adekvat olaraq yüksəlməsi lazım. Lakin KTN-in hesabatında keyfiyyət dəyişmələri barədə hər hansı məlumat əldə etmək, təəssüf ki, mümkün deyil. Aqrar Tədarük və Təchizat ASC-nin Bakı şəhərində təşkil etdiyi “Kənddən şəhərə” yarmarkaları barədə hesabatda statistik məlumatlar yer alıb. Amma bu yarmarkaların təşkilindən əldə olunan gəlir, onların fəaliyyəti nəticəsində satışa çıxarılan məhsulların qiymətində nə qədər endirimə nail olunduğu bilinmir. Halbuki bu yarmarkaların fəaliyyətinin qiymətləndirilməsi üçün bu müvafiq analizlər aparılaraq ictimaiyyətə, dövlətə açıqlanmalıdır. Hesabatda nazirliyin maliyyə fəaliyyətinə dair hər hansı məlumat da əksini tapmayıb. Halbuki mühüm bir sahədə tənzimləyici funksiyasını yerinə yetirən nazirliyin və onun strukturlarının illik maliyyə fəaliyyətinə dair məlumatın açıqlanması gözləniləndir: aqrar texnikanın, damazlıq heyvanların, gübrələrin güzəştli satışı, əkinə və məhsula görə subsidiyanın verilməsi mexanizmlərində şəffaflıq yaratmaq istəyən tənzimləyici ilk növbədə öz fəaliyyətində də şəffaflıq tələblərinə cavab verməlidir.
AFN-in İqtisadiyyat şöbəsi
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
|