Rövşən Bağırovun Lerikdəki fəaliyyəti TƏFTİŞ EDİLİR... - İDDİA
Tarix: 17-08-2021, 08:58 |
Çap et
Lerik rayonunun İcra hakimiyyətinin fəaliyyəti yoxlanılır.
Qlobal.az-ın əldə etdiyi məlumata görə İcra Hakimiyyətinin son 3 illik fəaliyyətini araşdıran komissiya çox ciddi korrupsiya faktları aşkara çıxarıb.
Əsas qanun pozuntularının subsidiya, dotasiya və infrastruktur sahələrində olduğu deyilir.
Qeyd edək ki, Lerik rayon İcra Hakimiyyətinə 2007-ci ildən 2021-ci ilədək Rövşən Bağırov rəhbərlik edib.
R.Bağırov 2021-ci ilin aprel ayında Ağsu rayon İcra Hakimiyyətinə başçı təyin edilib.