İsmayıllı sakini Natəvan Məmmədova bütün KİV vasitələrini onun problemini ictimailəşdirməyə çağırır. Şikayətçi bildirir ki,1977 ci il təvəllüdlüdür və on üç il (13) əvvəl İsmayıllı rayonu Kürdmaşı kənd sakini Mikayılov Zahid Mikayıl oğlu ilə nigahdan kənar evlilikdən bir qızı dünyaya gəlib və hazırda övladı yeddi (7) yaşındadır. Bir neçə il əvvəl həyat yoldaşım mənə şər ataraq bildirdi ki, uşaq ona məxsus deyil.Bu məsələ ilə bağlı mən məhkəmə qaydasında DNT analizi təyin etdirdim.Analiz uşağın Mikayılov Zahid Mikayıl oğluna məxsus olduğunu təsdiq etdi.Həyat yoldaşım açıqca bizdən imtina etdi.Məhkəmə aylıq 120 manat aliment ödənilməsi barədə qərar çıxardı.Bundan sonra qara günlərimiz başladı.Əvvəl bir neçə ay alimenti aldım, ancaq sonradan Zahid Mikayılov alimenti ödəməkdən imtina etdi.Onun bu hərəkətindən prezident administrasiyasına və bütün dövlət qurumlarına müraciət edərək kömək istəmişəm,onun cəzalandırılmasını tələb etmişəm.Ancaq sonda ədliyyə nazirliyi İsmayıllı icra və probasiya idarəsinin böyük icra məmuru Rahim Mustafayevin onu müdafiə etdiyinin şahidi olmuşam. //azinfo.tv//