Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə ÇÖKÜBLƏR... - İLGİNC FAKTLAR
Tarix: 22-10-2021, 09:28 | Çap et
6 il əvvəl Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstə ifşa olunandan sonra xüsusən iş adamları dərindən nəfəs aldılar. Bu, səbəbsiz deyildi. Eldar Mahmudov ona göstərilən etimaddan sui-istifadə edib iş adamlarına qan uddururdu. Böyük rezonans doğuran bu ifşa prosesindən və ölkə rəhbərliyinin ortaya qoyduğu prinsipial mövqedən sonra bir daha oxşar cinayətlərin təkrarlanmayacağı ehtimal olunurdu. MTN-də yuva salan dəstənin ifşası Eldar Mahmudovun yolunu getmək istəyənlərə də bir dərs olmalı idi. Təəssüf ki, belə olmadı...
Baş redaktorun başına gətirilənlər
Tanınmış baş redaktor Emin Eminbəylinin üzləşdiyi cinayətə bərabər qanunsuzluqlara Müdafiə Nazirliyinin sabiq baş Qərargah rəisi Nəcməddin Sadıkovun və onun qudası Elçin Muradovun adı qarışıb.
Emin Eminbəyli 2001-ci ildə jurnalistikadan uzaqlaşandan sonra iş qurub, kiçik biznes fəaliyyətinə başlamağı qərara alıb. Bir neçə yaxını ilə Almaniyada “EPT-Almaniya” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb. Həmin ili Almaniyada keçirilən hərracda sutkada 50 ton kağız tullantılarından xrom-erzas karton istehsal edən zavod alıb. Şərikləri arasında alman, türk və bolqar iş adamları da olub. Müzakirələrdən sonra qərara alırlar ki, zavodu söküb Azərbaycana gətirsinlər. Bunun üçün onlara həm maliyyə dəstəyi, həm də hakimiyyətlə münasibətləri tənzimləyə bilən adam lazım idi. Hakimiyyətə yaxınlığı və real maliyyə imkanı olan bir neçə iş adamı ilə görüşürlər. Onları karton istehsalının rentabelli olmasını təsdiqləyən hesablamalarla tanış edirlər. Emin Eminbəyli hələ birinci Qarabağ savaşından yaxın münasibətdə olduğu Nəcməddin Sadıkovla da görüşür. Bu o vaxtlar idi ki, müdafiə naziri Səfər Əbiyevlə münasibətləri gərgin olan Nəcməddin Sadıkovun Baş Qərargah rəisi vəzifəsində çıxarılması məsələsi gündəmdə idi. Nəcməddin Sadıkov ona edilən təkliflə razılaşır.
Bir şərtlə ki, rəsmiyyətdə onun adı çəkilməsin, başqasının adı olsun. Şəriklər üçün bu, prinsipial əhəmiyyət daşımır. Uzun müzakirələrdən sonra karton zavodu tərəflər arasında dörd milyon ABŞ dolları ilə dəyərləndirilir və iki tərəf arasında 50-50 bölüşdürülür. Görüşdə Sadıkovun qaynı Gərayxan Gərayxanov da iştirak edir. Və bütün məsələlərdə onun təmsilçisi olacağı tərəflər arasında razılaşdırılır. Nəcməddin Sadıkov bu iş üçün 2 milyon ABŞ dolları sərmayə yatırmalı idi. Zavodun sökülüb gətirilməsi, himayədarlıq edilməsi də onun üzərinə düşürdü. Bu da qeyd edilməlidir ki, razılaşma imzalanana qədər qarşı tərəf Almaniyaya mütəxəssis göndərib zavodun texniki parametrləri, vəziyyəti, qiyməti ilə maraqlanmışdı. İtaliyadan olan həmin mütəxəssis zavodla bağlı geniş bir rəy yazıb sifarişçiyə təqdim etmişdi. İtalyan mütəxəssis zavodun texniki vəziyyəti ilə bağlı müsbət rəy vermiş və bildirmişdi ki, zavodun real dəyəri 7 milyon ABŞ dolları civarındadır. Bu qədər vəsaitin ayrılması iqtisadi baxımdan sərfəlidir, dünya bazarındakı karton məmulatına artan tələbata görə sərmayə riski yox dərəcəsindədir.
Məhz bu rəydən sonra şəriklik təklifi Nəcməddin Sadıkovun qaynının adına nəzərdə tutulan kimi rəsmiləşir. İlkin olaraq texniki məsələləri həll etmək üçün 300 min ABŞ dolları vəsait xərclənir. Bu vəsaitlə zavodu sökmək üçün 15 nəfərdən ibarət mütəxəssis və fəhlə Azərbaycandan Almaniyaya ezam edilir. Drezden şəhərinin yaxınlığında yerləşən zavod 6 ay müddətinə sökülüb, 44 ədəd yük konteyneri ilə Azərbaycana göndərilir. Abşeron rayonu ərazisində “Binəqədi Dəmir Beton ASC”nin bir hissəsini alıb zavodu oradakı korpuslardan birində quraşdırmaq üçün zəruri addımlar atılır.
Nəcməddin Sadıkov alınan istehsalat korpusunun bir hissəsinin qaynının və oğlunun adına keçirilməsini istəyir. Etiraz edilmir. Bir şərtlə ki, zavod quraşdırılıb qurtarana qədər o, tərəflərin razılığı olmadan heç kimə satıla bilməz. Təklif protokollaşdırılır və tərəflər onu imzaları ilə təsdiqləyir.
Gözlənilməz təklif
Zavod sökülərək ölkəyə gətiriləndən sonra Nəcməddin Sadıkov zavodun gəlirinin 80 faizinin “yuxarı”lara verilməsini “yuxarı”ların şərti kimi şəriklərə bildirir. Əks təqdirdə, zavodun işləməsi mümkünsüzdür. Şəriklər bu təklifi öz aralarında müzakirə edir və təbii ki, təkliflə razılaşmırlar. Avadanlıq bir ildən artıq elə konteynerlərin içərisində qalır. Ondan sonra Nəcməddin Sadıkov zavodu Dərbəndə aparıb orada quraşdırmaq təklifini verir. Çıxış yolu olmayan şəriklərin razılaşmaqdan başqa əlacları qalmır. Tərəflər Dərbənddə “EPT- Dərbənd” birgə müəssisəsi yaradıb zavodu bu dəfə Dərbəndə daşıyır və Türkiyədən mütəxəssislər dəvət edib “Dərbənd Cilalayıcı Dəzgahlar Zavodu”nun bir korpusunda karton zavodunu quraşdırmağa başlayırlar.
İldırım çaxdı, buludlar çəkildi, günəş hər tərəfi işıqlandırdı
Zavod Dərbənddə quraşdırılıb, işlərin tamamlandığı vaxt Nəcməddin Sadıkovun həyatında dəyişikliklər oldu. Elçin Muradovla qohumlq onu Səfər Əbiyev təhlükəsindən qurtardı. Daha onun karton zavoduna ehtiyacı qalmadı. Müdafiə Nazirliyinin bir sahəsi onun ixtiyarına verildi. Bu, yüksəkliyə uçuşun hələ başlanğıcı idi.
O, üzərinə götürdüyü öhdəlikləri bir anın içərisində unudur. Şərikləri ilə təmaslarını kəsir. Necə deyərlər, ayaqları yerdən üzülür. Yüksələ bildikcə səmalara yüksəlməyə başlayır. Amma bu arada imkan tapıb zavodun iki korpusunu oğlu və qaynının adına özəlləşdirməyi də unutmur. Şəriklərini yenə də aldada bilir. Bu dəfə general poqonuna and içir. Amma yenə sözünün üstündə durmur.
Karton istehsalından gələn gəlir nazirlikdə möhkəmlənmiş mövqeyinin dividentinin yanında onun üçün heç nəyə çevrilir. Başı daha ciddi işlərə qarışır. Hərbi hissələrin ərazisində mülklər tikməyə və s.
Şəriklər 19 ildir ki, Nəcməddin Sadıkovun verdiyi “general sözü”nün ziyanını çəkməklə məşğuldurlar. “Qara gün” üçün nəzərdə tutulan zavod indiyədək Dərbənddə ağzı günə qalır.
Elçin Muradov Eldar Mahmudov rolunda
Dərbənddən əli üzülən Emin Eminbəyli respublikada Eldar Mahmudov təhlükəsi sovuşandan sonra yenidən bir iş görmək qərarına gəlir. Nəcməddin Sadıkovun oğlu və qaynının (notarial şəkildə) razılığı ilə həmin korpusu abadlaşdırır. Dam örtüyünü təzələyir, işıq, qaz, su xətti çəkdirir. Yeri betonlayır. İnzibati idarə binası tikdirir. Bir sözlə, xeyli xərcdən sonra korpusu normal vəziyyətə salır. Bir neçə şəriki ilə birlikdə ağac yonqarlar pilitəsi (DSP) istehsal edən mini zavod quraşdırmağa başlayır. İrandan mütəxəssislər dəvət edir. Zavodu işə salmaq üçün olan-qalan əmlaklarını satmalı olur. İşlər başa çatmağa yaxın məlum olur ki, həmin istehsalat korpusunu Nəcməddin Sadıkov qudası Elçin Muradovun adına keçirib...
Emin Eminbəyli Elçin Muradovla görüşür və bütün olanları ona danışır. Elçin Muradov sanki bütün olanlardan xəbərsiz kimi təəssüfləndiyini bildirir. Bundan sonra Elçin Muradov Nəcməddin Sadıkovun qaynını çağırtdırır və Emin Eminbəylinin dediklərinin həqiqət olduğunu dəqiqləşdirəndən sonra bu işdə onların haqsız olduqlarını söyləyir. Bundan sonra Emin Eminbəyliyə öz işini davam etdirməyi, heç kimin onun işinə müdaxilə edə bilməyəcəyinə söz verir.
Bundan sonra Emin Eminbəyli zavodu işə salmaq üçün bu sahədə səriştəli olan bir firma ilə uzunmüddətli müqavilə bağlayır. Yüksək keyfiyyətli məhsul istehsal etmək üçün iranlı mütəxəssislər zavodun müxtəlif sahələrini müasir tələblərə uyğunlaşdırmaq təklifini verirlər. Bu təkliflər reallaşdırılmağa başlanır. İşlər yekunlaşan vaxtı...
Təkrar göy guruldayır və...
Bu dəfə meydana Elçin Muradovun özü atılır. Qudası Nəcməddin Sadıkovun 20 il əvvəl açdığı oyunu bu dəfə özü təkrarlamaq istəyir. Daha bilmir ki, artıq iş adamlarının arxasında Azərbaycan Prezidentinin özü dayanıb. Və dəfələrlə bunu iş adamlarına elan edib.
Bu çıxışları izləsəydi, bu qəbildən olan vərdişindən və xasiyyətindən əl çəkərdi. Ən azından yaxşı nəticə verməyəcək səhvini təkrarlamazdı. Və bir də Elçin Muradov Eldar Mahmudovun yerişini yeriyə bilməsə də, heç olmasa ayaqqabısını geyməyə cəhd etməzdi.
Daha ölkədə “kim nə istəyir edə bilər” dövrü arxada qalıb. Nəcməddin Sadıkovun hərbidə “at oynatdığı” zamanlar da tarixə çevrilib. İndən sonra onun etdiklərinin istintaqı zamanı əməllərinin cavabının verilməsi vaxtı gəlir.
44 günə arxalı düşmənin arxasını yerə vuran Azərbaycan Prezidenti bu gün iş adamlarının arxasındadır. Elçin Muradov, Nəcməddin Sadıkovun düşdüyü vəziyyətdən nəticə çıxarmırsa, ən azı Prezidentin qətiyyətindən nəticə çıxarmalıdır. Yoxsa axırı qudası kimi olacaq. Bəlkə ondan da pis... “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|