"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

"Elə bilirsən Azərbaycanda təmiz işləyən yer var?" - İTTİHAM
Tarix: 2-11-2021, 08:53 | Çap et
"Elə bilirsən Azərbaycanda təmiz işləyən yer var?"
“Elə bilirsən Azərbaycanda təmiz işləyən yer var? Hər yerdə nöqsan olur. Təhsil, səhiyyə bundan da pis gündədir”.

Masallı rayon sakini Kərəm Ağayev deyir ki, bu, işdən qovulmamışdan əvvəl eşitdiyi son sözlər olub.

O, bu ilin sentyabrında 3 ildir baş mühəndis vəzifəsində çalışdığı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindəki işindən azad edilib.

Kərəm Ağayev işini düzgün gördüyü üçün qovulduğunu söyləyir: “Vaxtilə işlədiyim Mərkəzdə direktor Adəm İsmiyev və onun əlaltıları qanunsuz işlərlə məşğul olub, meşə torpaqlarını satır, dövlət büdcəsindən meşənin bərpası üçün ayrılan pulları mənimsəyirdilər. Satılacaq ərazilər isə köhnə tiklili və yaxud da qeyri-meşə fondunun ərazisi kimi göstərilirdi. Bu işləri görməkdən imtina edəndə təzyiq göstərilirdi”.

K.Ağayevin sözlərinə görə, iş yoldaşlarının çoxusundan fərqli olaraq, o, çalışdığı sahə üzrə yeganə ali təhsilli işçi olub və başa verənlərə etiraz etdiyi üçün indi işsiz qalıb.

“İyulun 29-da müdir payıza hazırlıq məqsədilə 1,9 ha əkinin sxem və kordinatlarını 2-3 saat ərzində hazırlayıb, nazirliyə göndərməli olduğumuzu söylədi. Bu zaman 1,9 ha ərazini işləmək üçün 2-3 saatın bəs etmədiyini, üstəlik o ərazilərə gedib, yerindəcə bu işin görülməli olduğunu bildirdim. Bəlkə o torpaqlar heç əkinə yararlı deyil? Torpaq qanunla baxış keçirildikdən sonra kadastr olunmalıdır. Onda müdriyyət benzinin bitməsini, vaxtın azlığını bəhanə gətirdi, onun dediyini etməyəcəyimi bildirdikdə isə araya narazılıq düşdü”.

O, bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qaynar xəttinə zəng vuraraq olanları danışdığını, müdriyyətdən şikayət etdiyini bildirir.

Bir həftəyə iki töhmət

“Sən demə, müdriyyət şikayət etdiyimi öyrəndikdən sonra xəbərim olmadan iclas keçirib. Avqustun 31-də nizam-intizam qaydalarını pozduğuma görə mənə töhmət yazıldığını öyrəndim. Artıq işdən qovulacağımı hiss edirdim. Buna görə də işdən çıxarılmamışdan qabaq - sentyabrın 4-də onları ifşa etmək üçün Baş Prokuroluğa, bu işlərlə mübarizə aparan “Ecofront” təşkilatına xəbər edib, məsələnin ictimailəşdirilməsini xahiş etdim”.

Kərəm Ağayev sosial mediada Masallıda baş verənlər işıqlandırıldıqdan sonra ikinci töhməti aldığını, daha sonra isə işindən rəsmi şəkildə azad edildiyini deyir.

“Töhmətdən sonra insana özünü düzəltməsi üçün vaxt verirlər. İşdən qovarkən bildirdilər ki, idarənin sirrini yaydığım üçün artıq orada qala bilmərəm. Adını da qoydular ki, guya işə vaxtı-vaxtında gəlmirəm, nizam-intizamı pozuram. Halbuki tabeldə işdə olduğumu sübut edən imzalar var, üstəlik məndən izahat alınmayıb. Əmək haqqım isə son günə qədər yazılıb. Necə olur ki işə gəlmirəm, amma əmək haqqı yazılır?”

İkinci qrup müddətsiz əlil olan Kərəm deyir ki, himayəsində azyaşlı övladı var.

“Halbuki Əmək Məcəlləsində işdən çıxarılanda ailə vəziyyəti, əllilik dərəcəsi nəzərə alınmalıdır”.

“Vətəndaşın son haqq-hesabı hesablanaraq onun kartına köçürülüb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Toplum TV”-yə şikayətin araşdırıldığı, vətəndaşın şöbəyə dəvət olunaraq izahatı alındığı bildirilib. Həmçinin müraciətlə bağlı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə Kərəm Ağayevin sənədlərinin təqdim olunması ilə bağlı məktub göndərildiyi qeyd olunub.

“Ümumilikdə, araşdırma zamanı müəyyən olunub ki, K.Ağayev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbərliyinin əmr və tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Bu səbəbdən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi Həmkarlar İttifaqı Komitəsinə müraciət edib və nəticədə K.Ağayevə töhmət verilib. Lakin işçi töhmətdən nəticə çıxarmayıb və əmək funksiyasını yerinə yetirməməkdə davam edib.

Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda, o cümlədən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduqda onunla olan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu əsasla da K.Ağayev işindən azad edilib. Araşdırmadan narazı qaldığı təqdirdə vətəndaşın məhkəməyə müraciət etmək hüququndan istifadə edə biləcəyi də onun diqqətinə çatdırılıb" – DƏMX-dən deyilib.

“Nazirliyə müraciət edin, onlar cavab versin”

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev də Kərəm Ağayevin nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğu üçün işindən azad olunduğunu bildirib.

A.Asmiyev həmçinin Kərəm Ağayevin işdə olub-olmadığını sübut edən tabelin nüsxəsini verməkdən imtina edib.

Hansı hüquqları pozulub?

Hüquqşünas Fariz Namazlı deyir ki, işçi işdən çıxarıldıqda hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 1 ay ərzində məhkəməyə müraciət edərək işə bərpasını tələb etməlidir. Bu müddət keçdikdə məhkəmənin həmin şəxsin müratciətini rədd etməsi mümkündür.

“Meşə torpaqlarını satır, dövlət büdcəsindən meşənin bərpası üçün ayrılan pulları mənimsəyirlər” - Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı iddia

“Digər tərəfdən, işçi barəsində bir neçə intizam tədbiri kimi töhmət verilə bilər, lakin bu halda işçidən yazılı izahat alınmalıdır. İşçi izahat verməkdən imtina edərsə, bu sənədləşdirilməli və aktlaşdırılmalıdır. Hər bir halda idarənin işçi barəsində tətbiq etdiyi intizam tədbirlərinin qanuni olub-olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. İşçi əgər qaydanı pozmayıbsa, yazdığı izahatda hər hansı qayda pozuntusuna yol vermədiyini izahatda göstərməlidir”.

Masallı Regional Meşə Təsərrüfatından şikayət edən isə təkcə Kərəm deyil.

Bu qurum Masallı ilə yanaşı Yardımlı və Cəlilabad rayonlarına da nəzarət edir.

Cəlilabad rayon kənd sakini Mirqasım Sadıqov deyir ki, Fətullahqışlaq kəndinin 13 saylı dolayının ərazisində bu ilin martında ağcaqayın ağacları əkilib. Ancaq əkindən keçən 7 ay ərzində ağaclar böyümək əvəzinə quruyub. Onun sözlərinə görə, ağaclar becərilmədiyinə görə quruyub:

“Bura əkin sahəsindən daha çox fermaya oxşayır. At peyni, mal-qaranın yatağına çevrilib, əkilənlərin hamısı quruyub. Əkin yerinə təzə mal peyni necə düşə bilər? Bunlar ancaq meşə qırmaqla məşğuldur”.

“Meşə torpaqlarını satır, dövlət büdcəsindən meşənin bərpası üçün ayrılan pulları mənimsəyirlər” - Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı iddia

Ekoloji məsələləri işıqlandıran “Ecofront” səhifəsi də 2 ay bundan əvvəl Masallı və Cəlilabadda yerləşən meşələrdə 5 günlük monitorinq aparmış, qanunsuz faktlar aşkarlandığını elan etmişdi.

Cənub zonasında zaman-zaman ağacların qırılması, əkin yerlərində fermaların salınması ilə bağlı müxtəlif şikayətlər səslənsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıldığını deməklə kifayətlənir.

Eləcə də, Kərəm Ağayevlə bağlı göndərdiyimiz sorğuya da nazirlik eyni cavabı verib.

Hazırda işsiz qalan Kərəm isə mübarizəsini davam etdirir, yenidən işə bərpa olacağı günü gözləyir.
//azinfo.tv//











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru