"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

Ağcabədidə icra başçısı İSTƏDİYİNİ EDİR? - NARAZILIQ!
Tarix: 17-11-2021, 09:05 | Çap et
Ağcabədidə icra başçısı İSTƏDİYİNİ EDİR?
Rafil Hüseynovun Bərdədə RİH başçısının müavini, sonra Masallıda RİH-nin başçısı işləyərkən törətdiyi əməllər barədə ölkə mediasında kifayət qədər materiallar dərc olunub.
Təkcə bir faktı qeyd edək ki, Rafil Hüseynovun Masallıda köhnə qəbristanlığı traktora verib yerində özünə obyekt tikdirməsi yerli camaat arasında ciddi narazılıq yaratmışdı. Camaat düşünürdü ki, işğal olunmuş ərazilərdə qəbirləri dağıdan erməni vandallarla belələrinin nə fərqi var ?
Bütün bunlara görə, Rafil Hüseynov Masallının icra başçısı vəzifəsindən azad olunanda Masallı camaatı 3 gün, 3 gecə toy-bayram eləmişdi.
Rafil Hüseynovun Ağcabədidə fermerlərin, iş adamlarının, idarə müdirlərinin başına açdığı zülmlər barədə, şəhid ailəsini döyməsi, polislə hədələməsi barədə də mətbuatda kifayət qədər yazılıb.
Ancaq Rafil Hüseynovun heç kimin ağlına gəlməyən yeni biznesi, imtahan biznesi barədə ilk dəfə ölkə mediasında Gundəlik-Bakı həyəcan təbili çaldı və dövlət qurumlarını xəbərdar elədi.
Təsəvvür edirsiniz, bu adam hər cürə oyundan, maxinasiyalardan çıxandan sonra girişib Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin səlahiyyətlərini mənimsəməyə.
Yəni icra başçısı bütün əndazələri aşaraq, rayonda fəaliyyət göstərən uşaq bağçalarının müdirlərini, əməkdaşlarını “TEST imtahanı”ndan keçirir, suallar tərtib edir, sorğu-sual edir və ... sonda onlara deyir ki, ərizənizi yazın işdən çıxın, yoxsa sizi əmrlə işdən qovacam.
Görəsən, bu adam özünü harada hesab edir ?
Sən kimsən ki, əmr verib bağça müdirlərini işdən qovasan ?
Bu mövzuda Gündəlik-Bakıda dərc olunan silsilə yazılardan, şikayət ərizələrindən, AUDİO-müsahibələrdən sonra icra başçısı Rafil Hüseynovun canına üçütmə düşdü. Və bu məsələ dövlət qurumlarının diqqətini cəlb etdi.
Allah qoymasa, Rafil Hüseynovun məqsədi var imiş ki, HƏTTA məktəb direktorlarını, müəllimləri də öz “TEST”indən keçirsin.
İcra başçısı, az qala müəllimlərə TƏLİM-TƏRBİYƏ dərsi keçmək istəyirmiş.
Bu adama başa salan yoxdur ki, sən tərbiyə verməyi bacarsaydın öz oğluna tərbiyə verərdin. Sən kimsən ki, 20-30 il iş stajı olan təlim-tərbiyə işçilərinə mənəviyyat dərsi keçmək istəyirsən ?
Sənin özünün hər bir şeyin olsaydı, qəbristanlığı niyə dağıdırdın ?
Niyə böyük bir rayonun sakinlərini dövlətdən narazı salırdın ?
Bəlkə də çoxları inanmaz, amma Rafil Hüseynov rayon ərazisindəki onlarla məktəbin və uşaq bağçalarının kollektivini imtahan etmək, testdən keçirmək üçün 55 saylı rəsmi sərəncam imzalayıb, məktəb və məktəbə qədər təhsil ocaqlarının yüzlərlə işçisini testdən keçirmək üçün 360 sualdan ibarət imtahan-test sistemi tətbiq edib. Və tələb edir ki, bu suallara cavab verməyənlər könüllü olaraq işdən çıxmaqla bağlı ərizə yazsınlar. Əks təqdirdə onları məcburi qaydada işdən azad edəcəyəm.
Əslində Rafil Hüseynovun 55 saylı sərəncamı ciddi istintaq və məhkəmə predmetidir. Görəsən Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarını o qədərmi saymır, özündən sərəncam imzalayır. Görəsən o göstəriş və tapşırıqları kimdən alır.
Şikayətçi Ağcabədi sakini Günel Yusif qızı Mehdiyeva səsli müraciətində bildirirdi ki, o, rayonun Hacıbədəlli kəndində yaşayır, 15 ildir Səməd Vurğun adına uşaq bağçasında işləyir, ailə başçısı olmayan qadındır, 208 manat maaş alır və s.
İcra başçısı Rafil Hüseynov Günel Mehdiyevani qanunsuz işdən çıxardaraq, onsuz da BAŞSIZ olan ailəni bir daha BAŞSIZ qoyur.
Bu adamın qanunları tapdalamağını başa düşdük. Bu adamda zərrəcə insaf, mürvət də yoxdurmu..?
Şikayətçilər deyir ki, Rafil Hüseynov 2019-cu ildə Ağcabədiyə icra başçısı təyin olunandan sonra bizim qara günlərimiz başladı.
Digər şikayətçi haqlı olaraq soruşur ki, axı biz niyə işdən çıxmalıyıq, hansı səbəbə görə, işimizi itirməliyik, işdən çıxsam, mən nə ilə dolanmalı, hansı pulla yaşamalıyam ?
Belə şikayətçilərdən biri də rayonun Hüsülü kəndindəki körpələr evi-uşaq bağçasının sabiq müdirəsi Əliyeva Gövhər Dərgah qızıdır.
Öz AUDİO müraciətində Gövhər Əliyeva qeyd edir ki, icra başçısı mənə deyir ki, ali təhsilin olmadığı üçün ərizəni yaz könüllü işdən çıx, yoxsa səni prokuraturaya verəcəm…
Sabiq başğa müdirəsi deyir ki, mənim 31 illik iş təcrübəm mənim ali təhsilimdir, mən 2 azyaşlı övladıma baxıram, bəs o uşaqlar necə yaşamalıdır, acından ölməlidirlər ?
Məlumat üçün qeyd edək ki, Gövhər Əliyeva bir müddət əvvəl Gündəlik-Bakıya müsahibə verərək, icra başçısının qanunsuz əməllərindən bəhs etmişdir. Gövhər Əliyeva eyni məzmunlu şikayət teleqramını 2 fevral 2021-ci il tarixdə ölkə başçısına ünvanlamışdır.
Amma 10 aydır ki, onun səsinə səs verən yox idi.
Ancaq Gündəlik-Bakıda dərc olunan silsilə yazılardan sonra Rafil Hüseynov hərəkətə keçib.
Gövhər Əliyeva ailəsi və öz adından Gündəlik-Bakıya minnətdarlığını bildirərək, qeyd edir ki, Rafil Hüseynov deyir ki, vətəndaşları qəbul etmək və onlara cavab vermək bizim vəzifə borcumuzdur.
Görəsən, 10 aydır bu vəzifə borcunu Rafil Hüseynov niyə başa düşmürdü ?
10 ay vətəndaşı bu qədər incitməyə, ona əsəb və stress yaşatmağa dəyərdimi ?
Gövhər Əliyeva icra başçısından soruşur ki, Vüqar Ağayev adına Şənlik uşaq bağçasının müdiri orta məktəb bitirib, niyə onu işdən çıxarmadınız, şirinliyiniz çatdı ona görəmi ? Belə hallar onlarladır.
Gövgər Əliyevanın dediklərindən bəlli olur ki, hətta ali təhsillilər də Rafil Hüseynovun testindən keçməyib, amma işlərində qalıblar.
Gövhər Əliyeva, sonda Rafil Hüseyova deyir ki, sənin Allahın yoxdur, sən 2 körpənin ac qalmasına necə yol verdin ?
//gundelik-baku.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru