DAHA BİR TENDER MADARI: “Stone Construction”... - Adları hər işdə keçir...
Tarix: 17-12-2021, 09:23 | Çap et
Nə qədər deyilsə, yazılsa, tənqid olunsa da Azərbaycanda dövlət qurumlarının tender və dövlət satınalmaları “siyasəti” dəyişmir. Sanki dövlət büdcəsi və ümumilikdə ölkə iqtisadiyyatı, biznes mühiti üçün həyati əhəmiyyət kəsb edən bu sahə lənətlənib. Hətta ölkə başçısı səviyyəsində belə dəfələrlə tender və satınalmalarda yol verilən nöqsanlar, çatışmazlıqlar tənqid olunsa da, bunun heç bir nəticəsi yoxdur.
Yenə nazirlik və digər dövlət qurumları özlərinə yaxın, yaxud da uzun illər boyu “tender əjdahaları”na çevrilmiş, bu sahədə inhisarçılığa yiyələnmiş şirkətlərlə “işləyirlər”. Nəticədə dövlətin milyonları, on milyonları, hətta yüz milyonları müxtəlif əyri-üyrü yollardan keçib, kimlərinsə ciblərinə axır...
Son illər “tender meydanlarında at oynadan” şirkətlərdən biri də “Stone Construction” QSC-dir. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Hacızadə Elman Xalid oğludur.
QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pros., ev 29-da yerləşir. Ancaq real biznes aləmində nə adıçəkilən şəxsi tanıyan var, nə də sözügedən ünvanda hansısa böyük bir şirkət yerləşir. Bu isə “tender əjdahaları” üçün xarakterik haldır – bir mənzilə bir neçə şirkət qeydiyyata salınır, axtaranda isə adətən heç birini tapmaq olmur...
Həmin ünvana baş çəkdik. Qara Qarayev metrosunun üstündə yerləşən bu 9 mərtəbəli binanın birinci mərtəbəsində “Kapital Bank”-ın filialı, eləcə də müxtəlif adi geyim və telefon mağazaları yerləşir. Üst mərtəbələr isə yaşayış mənzilləridir. Burada “Stone Construction”-a aid hər hansı lövhəyə, elana, reklama və s. rast gəlinmir. Hansı ki, şirkətin ildə “fırlatdığı” 10 milyonlarla manat, bəlkə də daha böyük dövriyyəni nəzərə alsaq, burada “Stone Construction”-un bəlkə də elə bütöv 9 mərtəbəli bina boyda ofisi olmalı idi. Niyə? Çünki sözügedən şirkətin kağız üzərində görmədiyi iş, göstərmədiyi xidmət, satmadığı məhsul yoxdur...
Rəsmi sənədlərdən belə aydın olur ki, şirkətin əsas müştəriləri icra hakimiyyəti orqanları və nazirliklərdir. Onların da sırasında Mədəniyyət Nazirliyi və Təhsil Nsazirliyi ən öndə gedir.
Məsələn, cari ilin oktyabrında keçirilən tenderin nəticəsinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinə görə “Stone Construction” QSC-yə 4 milyon 517 min 630 manat ödəyəcək. İlk baxışdan burada rəqəmin böyüklüyündən və açıq-aşkar şişirtməyə yol verildiyinə dair şübhə yaratmasından başqa qeyri-adi heç nə yoxdur.
Doğrudan da müqavilədən aydın olur ki, "Stone Construction” QSC Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə 161 896 manat dəyərində 19 600 ton su satacaq. Mətbuatda dərc edilən hesablamalardan aydın olunur ki, qurum 1 kub metr içməli su üçün 8.26 AZN (1 ton su = 1,0183 kub metr) ödəməlidir. Hazırda Azərbaycanda əhali üçün 1 kub metr suyun qiyməti 70 qəpik, qeyri-əhali üçün isə 1 manatdır. Beləliklə, "Stone Construction” QSC 1 manatlıq suyu 8 manata satır. Hətta bu qablaşdırılmış su olsa belə, yenə də qiymət dəfələrlə bahadır.
Ancaq məsələ bununla da bitmir. Məsələ ondadır ki, sözügedən şirkət o dərəcədə “universal imkanlara” malikdir ki, eyni zamanda həm çirkab suları daşıya, həm də xor kollektivləri üçn üst geyimi, rəqs paltarları təşkil edə bilir.
Bəli. Dövlət satınalmalarına dair rəsmi portala istinadla “Stone Construction”-un son dövrlərdə “qazandığı” tenderlərdən bir neçəsini misal gətiririk: “Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satınalınması”, “Xor və rəqs dərnəkləri üçün paltarların və xalçaların satınalınması”, “Çirkab suyun daşınması işlərinin satınalınması”, “Dəftərxana və təsərrüfat mallarının satınalınması(təkcə Mədəniyyət Nazirliyinə bir dəfəyə 891 min manatlıq), “Əsaslı təmir işləri, bərk inventarlar, digər maşın və avadanlıqların satınalınması(təkcə Axundov Kitabxanasına 1 milyon manata yaxın)”, “İdman geyim və ləvazimatlarının satınalınması”, “Kartric və tonerlərin satınalınması”, “Rəqs geyimlərinin və pərdə materialının satınalınması”, “Odun yanacağının satınalınması”, "14 ədəd Kamaz" təkəri, 80 ədəd "Ford" təkəri, 14 ədəd "Volvo" təkəri, 17 ədəd akumulyatorun satınalınması” və s.
Uzandıqca uzanan siyahıdan belə çıxır ki, az qala yuxarıda adı sadalanan dövlət qurumlarının elə bir tenderi yoxdur ki, orada “Stone Consrtaction”-un “barmağı” və payı olmasın. Özü də odun yanacağından rəqs geyiminə qədər hər şey satır, cari təmirdən dövlət müəssisələrinə subsidiyaların verilməsinə qədər tamamilə fərqli profillər və istiqamətlər üzrə bütün xidmətləri göstərir. Axı, bu, ən azından fiziki cəhətdən mümkün deyil. Bəlkə də dünyada bütün bu işləri eyni zamanda görə biləcək şirkət yoxdur, çünki bunlar hamısı tamamilə fərqli sahələrə aiddir. Ancaq nə möcüzədirsə Azərbaycanda bütün bu fərqli işləri görə bilən şirkətlər var və onların sırası yalnız “Stone Consrtaction”-la məhdudlaşmır.
Deməli, belə nəticəyə gəlmək olar ki, bu cür şirkətlər sadəcə, vasitəçi rolu oynayırlar və tenderlərin də çoxu kağız üzərində reallaşır. Ya da görülən işlərdən vasitəçiliyə görə faiz götürürlər. Bu variantların hansından istifadə olunmasına baxmayaraq, ortada dövlət vəsaitlərinin bu və ya digər yollarla mənimsənilməsinə, saxtakarlığa yol verilməsinə dair ciddi şübhələr yaarnır.
Ancaq nə işdirsə, nə hüquq-mühafizə və prokuroprluq orqanları, nə də bu sahəyə nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, böyük ehtimalla, arxasında iri məmurların dayandığı belə şirkətləri ifşa etməsinə, nöqsan və saxtakarlıqları üzə çıxarmasına dair rəsmi məlumatlara rast gəlinmir... //azpolitika.info//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|