Elton Məmmədovdan ŞOK AÇIQLAMALAR: Ramiz Mehdiyev Rusiyanın adamıdır... - "...AMEA-da pambıqla baş kəsir"
Tarix: 2-02-2022, 10:06 | Çap et
DİA.AZ: - Son günlər Prezident Administraskiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı ayrı-ayrı tanınmış elm adamlarının ölkə rəhbərliyinə çağırışda bulunması AMEA ətrafında cərəyan edən olayların kuliminasiya nöqtəsi kimi xarakterizə olunmaqdadır. Qeyd edək ki, 2019-cu ildən PA-dan çıxdaş edilən Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə gətirildi. Və deyə bilərik ki, bununla da Azərbaycan elminin kökündən birdəfəlik balta vurulmuş oldu.
DİA.AZ bildirir ki, PA-da işlədiyi müddət boyunca nümayiş etdirdiyi ənənəvi üsul-idarəni (qohumbazlıq, tayfabazlıq, korrupsiya və s.) eyni ilə AMEA-dakı fəaliyyətində əks etdirən Ramiz Mehdiyev qısa müddət ərzində ölkənin bir nömrəli təhsil ünvanında özünə MİNİ DÖVLƏT qurmaq həvəsinə düşdü ki, bu da təbii olaraq daxilən azad insan olan elm adamlarının etirazları ilə müşaiyət olundu.
Bir daha qeyd edək ki, son olaraq Prezident İlham Əliyevə müraciət edən ayrı-ayrı nüfuzlu elm adamları Ramiz Mehdiyevin AMEA rəhbərliyindən uzaqlaşdırılmasını istəyirlər. Bununla bağlı DİA.AZ-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov da eyni niyyətlə Prezidentə və ölkə ictimaiyyətinə çağırışda bulunduğunu dilə gətirdi.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayından AMEA-da Yüksək Texnologiyalar Parkında rəhbər vəzifəsini tutan Elton Məmmədov sonradan AMEA-nın işlər idarəsinə müdir təyin olunmuşdu. Lakin qısa müddət ərzzində Ramiz Mehdiyevlə toqquşan Elton Məmmədov sonunda keçmiş "boz kardinal"la hətta məhkəmədə belə görüşməli oldu. Bu gün isə Elton Məmmədov DİA.AZ-a Ramiz Mehdiyevlə bağlı olduqca ilginc faktları açıqlayıb.
- Elton müəllim, alimlərin ölkə rəhbərliyinə çağırışından xəbərdarsınız. Necə dəyərləndirirsiniz bu təşəbbüsləri, sizcə gecikmiş addım deyil ki?
- Əvvəla deyim ki, mən də bu çağırışlara qoşuluram və hesab edirəm ki, Ramiz Mehdiyevin AMEA rəhbərliyində qalması Azərbaycan elminə böyük bir təhlükədir. Bu gün geciksək də, yenə də gec deyil. Azərbaycan elmini xilas etməliyik. Biz cənab Prezidentə dəstək verməliyik. Biz cənab Prezidentə edilən çağırışlara dəstək verməliyik ki, Azərbaycan elmini Ramiz Mehdiyev adlı böyük bəladan xilas edək.
Bir insanın təkəbbürü ilə dövlət nə qədər oynamalıdır? Mən ona görə də Ramiz Mehdiyevin gedişi ilə bağlı səslənən çağrıışları dəstəkləyirəm.
Ramiz Mehdiyev AMEA-da sanki ikinci Prezident Aparatı yaradıb orda. Özünə ayrıca "dövlət" qurub. Bunun elmdən anlayışı yoxdur. Bu adam hazırda AMEA-dan siyasi platforma kimi istifadə edir və AMEA-nın arsenalından özünün siyasi ambisiyaları üçün yararlanmaqdadır. Bu gün AMEA-nən rəsmi saytı da Ramiz Mehdiyevin cılız siyasi maraqlarının müdafiəçisinə çevrilib.
- Elton müəllim, Bilirik ki, Siz AMEA-da yüksək vəzifələrdə təmsil olunmusunuz və sonuncu dəfə də işlər idarəsinin müdiri olmusunuz. Necə oldu ki Siz AMEA-da və həm də Ramiz Mehdiyevin dövründə vəzifələrdə təmsil olundunuz?
- Mən elmdə yeni adam deyiləm, bundan xəbərdarsınız. Texnika elmləri doktoruyam, professoram. 2006-cı ildən Texniki Universitetdə elmi və pedoqoji fəaliyyətlə məşğul olmuşam və hazırda da bu fəaliyyətim davam edir. 2019-cu ilin noyabrında Ramiz Mehdiyev məni AMEA-ya dəvət etdi. Mən o zaman artıq Tezniki Universitetdə prorektor idim strateji məsələlər üzrə...
Məni dəvət etdi. Məni Yüksək Texnologiyalar Parkına rəhbər kimi dəvət etdi. Mən də ona planlarımı açıqladım, yəni hansı işləri görəcəyimi və hansı sahədə nailiyyətlərin əldə oluna biləcəyini. Doğrudan da çox qısa müddət ərzində mən AMEA-da böyük nailiyyətlər əldə edə bildim.
Ramiz Mehdiyev məni AMEA-ya dəvət edərkən, xahiş etdi ki, gəlib ona dəstək verim. Mən də təbii ki ona yox, Azərbaycan elminə dəstək vermək üçün əlimdən gələni etməyə hazır idim və bu gün də hazıram. Ona görə də təklifini qəbul etdim və qısa müddət ərzində də kifayət qədər böyük işlər görə bildim.
- Bəs Sizin Ramiz Mehdieyvlə münsaibətləriniz nə zamandan korlandı?
- Korlanmaq nəyə deyirsiniz?
- Sualı belə qoyaq: Sizə qarşı niyə və nə zaman çevrildi?
- Ramiz Mehdiyev qeyd etiyim kimi AMEA-da bir ailə idarəetməsi formalaşdırmaqda idi. Kürəkəninin qardaşı Fikrət Əliyevi mənə müavin gətirdi. Yəni işlər idarəsinin müdir müavini vəzifəsinə. Hazırda da işlər idarəsinin müdir vəzifəsini icra edir. Mən buna, eyni zamanda da mətbuatda da səsləndirdiyim kimi "Şərq-Qərb" mətbəəsinin xəttilə təkcə bir tenderdə 10 milyondan artıq büdcə vəsaitinin mənimsənilməsinə və digər bu kimi hallara etirazımı bildirdim. Onun diqqətinə çatdırdım ki, artıq sizin bu fəaliyyətləriniz Hesalama Palatasının hesabatlarında əks olunub.
Orda, mənim rəhbərliyim altında ayrıca olaraq təchizat idarəsi yaratmaq istəyirdilər. Halbuki bütün bunlar qanuna zidd idi. Mən buna da etiraz etdim.
Eyni zamanda kürəkəninin qardaşı da artıq müəyyən işləri görməkdə idi və bütün bunlar da nəhayətdə Ramiz Mehdiyevlə toqquşmağımıza gətirib çıxardı.
Sizə bildirim ki, Ramiz Mehdiyev heç də dərin adam deyil və onun geriləmiş məfkurəsi var. O heç vaxt iti zəkaya sahib olmayıb. O ancaq özünə var dövlət yığmaqla məşğul olub və onun bütün şəxsi qabiliyyəti də məhz buna hesablanıb. Hər zaman Heydər Əliyevin kölgəsində olub və onun barəsində yanlış "dövlət adamı" təəssüratı yaranıb. Halbuki Ramiz Mehdiyev geri məfkurədə olan birisidir.
Ramiz Mehdiyev hətta mən işdən çıxanda da yalandan ölkə rəhbərliyinin adını hallandırdı ki, guya, dövlət başçısı belə istəyir. Halbuki mən AMEA-ya gələndə də demişdi ki, ölkə rəhbərliyi bunu istəyir. Yəni bu adam sonuna qədər hiyləgər adamdır və hər zaman hiylə ilə idarə edib, dedi-qodu ilə işini bitmiş hesab edib.
Fəaliyyətim dövründə mənim gördüyüm işləri halbuki tərifləyirdi, etiraf edirdi. Deyirdi ki, akademiya sistemində kimsə bu qədər böyük işlər görə bilməz. Yəni bu adam hər zaman olduğu kimi, AMEA-da pambıqla baş kəsir.
- Bir açıq sualımız da var. Ramiz Mehdiyevin adı buna qədər yetərincə Rusiya ilə qoşa çəkilib. Yəni mətbuatda, siyasi kuluarlarda Ramiz Mehdiyev "Kremlin adamı" kimi xarakterizə olunub. Və buna görə də hazırda ictimaiyyətdə ən populyar olan qənaətlərdən biri belədir ki, Ramiz Mehdiyev Rusiyanən çətiri altında olduğundan ona toxuna bilmirlər... Sizcə burada həqiqət payı nə qədərdir?
- Mən ilk başdan qeyd edim ki, bizim cənab Prezidentimiz kifayət qədər müstəqil siyasət yürüdür və bunu həm Azərbaycanın daxili, həm də xarici siyasətlərində də görmək mümkündür. Eyni zamanda 44 günlük Vətən Müharibəsi dövründə də cənab Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, hansısa kənar gücün təsiri alında olmadığını dəfələrlə nümayiş etdirdi.
Ona görə də hesab edirəm ki, Ramiz Mehdiyevin kimlər tərəfindənsə himayə olunması faktı onun AMEA rəhbərliyində saxlanılması üçün əsas ola bilməz. Yəni kimsə təsir edə bilməz bu məsələyə.
Və inanmıram ki, cənab Prezident hansısa gücün təsiri ilə Azərbaycan elmini bir nəfərə qurban versin...
- Daha bir sual: Ramiz Mehdiyevin Rusiya ilə əlaqələrinin olması, daha dəqiqi, onun RUSİYANIN ADAMI olması faktı Sizcə nə qədər doöğrudur?
- Mənbildiyim budur ki, hələ özünün də etiraflarına görə, Ramiz Mehdiyevin Rusiya ilə əlaqələri o zaman Mərkəzi Komitəinin katibi olmuş Romanovun vaxtlarından başlayır. Hələ o zamandan Ramiz Mehdiyev Rusiya ilə yaxın idi və Romanovla şəxsi dostluq əlaqələri var idi. Onun Rusiya bağı kökləri ordan gəlir. Təbii ki, sonradan xidməti vəzifəsi ilə də əlaqədar Rusiyaya davamlı səfərləri olub və bu səfərlər boyunca Rusiya ilə daha da yaxınlaşıb. Hər halda Putinin onun boynundan medal asması da təsadüfi sayıla bilməz.
Söhbətləşdi: Məhəmməd Ərsoy DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
|