Bakıda şirkət bir mənzili 5 nəfərə satıb... - Prezidentə müraciət olundu
Tarix: 11-02-2022, 09:14 | Çap et
Azərbaycanda hər növ mənzil dələduzluğuna rast gəlinib - GEN MMC, Mur-Ay MTK və onlarla rəhbəri fırıldaqçı olan tikinti firmasının adlarını çəkmək olar. Bu şirkətlərin sahibləri bir mənzili iki adama satdığı üçün hazırda dörd divarlıq hücrədə cəzasını çəkir, aldadılan sakinlərdən isə çoxunun pulu batıb, kimlərsə də baha qiymətə binaları təzədən almalı olublar. Amma "Sahil-S İnşaat” MTK və onun rəhbəri Taleh Allahverdiyev nə keçmişdə edilən dələduzluğa görə həbsdə olan fırıldaqçıların taleyindən ibrət dərsi çıxarıb, nə də onlara oxşayır, daha betəridir... Söhbət ondan gedir ki, Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi binadan mənzillərin hər birini iki yox, dörd-beş adama satan T. Allahverdiyev heç bir orqandan çəkinmədən bu kələkbazlığı, saxtakarlığı davam etdirir.
DİA.AZ xəbər verir ki, bu barədə Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, müraciət edirlər. Aldadılan vətəndaşlar müraciətində qeyd edirlər ki, "Sahil-S İnşaat” MTK rəhbəri T. Allahverdiyev dövlətin ali şəxslərindən, ölkənin qanunlarından çəkinməyərək hamıya meydan oxuyur. Əgər belə olmasaydı, bir mənzili 4-5 adama satdığına görə barəsində cinayət işi başlanar, həbs qətimkan tədbiri seçilərdi. Vətəndaşlar müraciətdə bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı abaş Mübarizə İdarəsi tərəfindən çağırılmış şirkət rəhbəri, daha sonra sərbəst buraxılıb və barəsində heç bir tədbir görülməyib. Bu da MTK sahibini arxayınlaşdırıb və ruhlandırıb. Odur ki, T. Allahverdiyev bildiyini edir, dələduzluq əməli ilə bağlı məsuliyyətə cəlb olunmur. Hazırda yüzlərlə sakin aldadılıb, pulları alınıb, amma bir mənzil 5 adama satılıb, heç birinə evlərin açarı verilməyib, bütün payçılarla oxşar müqavilələr imzalanıb. Prezidentə və Baş Prokurora müraciət edərək dövlətdən kömək istəyən aldadılmış sakinlər deyirlər ki, şirkət rəhbərinə cinayət işi açılmırsa, deməli, ya onu müdafiə edənlər var, ya da prokurorluq işi obyektiv araşdırmır. Müraciət müəllifləri K. Əliyevə inandıqlarını qeyd edir və istintaqın günü bu gün hərəkətə keçməsini gözləyir: "Cənab Prezident və hörmətli Baş Prokuror, Taleh Allahverdiyev adlı fırıldaqçı başımıza oyun açıb, bir mənzili 4-5 adama satıb, pullarımızı mənimsəyib, aldıqlarını qaytarmır. Xeyli müddətdir ki, üzləşdiyimiz bu qanunsuzluq, dərəbəylik haqda dövlət orqanlarını məlumatlandırırıq, ictimailəşdiririk, lakin nəticəsi yoxdur. Cənab Prezident yerli telekanallara müsahibəsində demişdi ki, bir çox özbaşınalıqlar, neqativ hallar barədə mətbuatdan xəbər tutur. Ona görə biz də mətbuat vasitəsi ilə bir daha dövlət rəhbərliyinə, baş prokurora üz tuturuq, yardım istəyirik. Bu şirkət rəhbəri həbs edilməlidir, bizim pullar qaytarılmalıdır. Ortalıqda böyük cinayət, mənimsəmə, dələduzluq faktı var. Amma səlahiyyətli orqanlar susurlar. Halbuki bu günədək bir çox belə fırıldaqçı şirkətlər cəzalandırılıb, sahibləri həbs olunub, bizə gəldikdə isə bu addım atılmır. Bu şirkətə pul ödəyən hər kəs sevinmişdi ki, kirayələrdən xilas olur, bir isti yuvaya sahiblənir, amma Taleh Allahverdiyev bu qədər insanın haqqını yeyib, aradan çıxıb, qəbuluna düşə bilmirik. Cənab Kamran Əliyevdən böyük gözləntimiz var ki, bu məsələyə reaksiya verib araşdırılmasını tapşıracaq. Əfsus ki, şirkətin sahibi nə tikintini başa çatdırır, nə evləri əsl sahiblərinə qaytarır, nə də eyni mənzili satdığı adamların pulunu verir. Bu adama qarşı dövlət orqanlarının susqun qalması başadüşülən deyil". Müraciətdə əlavə edilir ki, şirkətin vergidən yayınması, müqavilənin bağlanmasından sonra sazişləri pozub mənzillərin kvadratının qiymətini qaldırması haqda dəfələrlə məlumat verilib: "Amma bizə məlum olur ki, 2018-ci ildən bəri tikintini başa çatdırmayan şirkətin dərdi bu deyilmiş, demə, eyni mənzilləri bir neçə adama satıbmışlar. Biz istintaq aparılmasını və təcili cinayət işi açılmasını istəyirik. Necə ki digərləri həbs edilib, bu şəxs də eyni cəzanı almalıdır. Ümid edirik ki, dövlət və prokurorluq səsimizə səs verəcək. Ümumiyyətlə, Baş Prokurorluq aydınlıq gətirməlidir ki, nə üçün sözügedən şirkətlə bağlı araşdırma aparılmır, nə üçün sahibi dindirilərək sərbəst buraxılıb?! Görünür, onu qoruyan himayədarları var və prokurorluq orqanları addım atmaq istəmir. Lakin ortada cinayət əməli var, dələduzluğa yol verilib, Prezident baş prokurora böyük etimad göstərib, o da ictimailəşən məsələ barəsində göstəriş verməlidir. Biz pandemiya səbəbindən toplaşmırıq, qanunlara riayət edir, artan yoluxmaya əsasən yığışmırıq, amma bu gedişat bizi məcbur edir ki, tədbir görülməsə, haqqımızı tələb edək. Bununla belə, Taleh Allahverdiyevin fırıldaq əməlini qısa zamanda təftiş edib üzə çıxarmaq mümkündür. Bizim tək istəyimiz qanuni çərçivədə iş aparılsın, günankarlar cəzalansın, bizim pullarımız qaytarılsın, mənzillərin verilməsi ədalətli həllini tapsın. Necə olur ki, bir mənzil 5 adama satılır, ölkədə bu miqyasda dələduzluq var, amma prokurorluq göz yumur? Maraq nədir? Bəs, biz hara, hansı ölkəyə şikayət edək? Ayrı vaxt birinin dükanından 1 manat oğurlananda dərhal tuturlar, bizim isə mənzillər üçün verdiyimiz böyük pullar gedib, hərəkət yoxdur. Bu cəzasızlıq mühiti belə şirkət rəhbərlərini arxayın salır. Ona görə çox xahiş edirik ki, bizim dərdimizə çarə qılın, ümidimizi qırmayın".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
|