Sahil Babayevlə bağlı bu həftə qərar veriləcək... - İDDİA
Tarix: 6-06-2022, 10:29 |
Çap et
DİA.AZ: - Keçən həftə Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vəzifəsindən istefa verdiyi xəbəri yayılsa da, təsdiqlənmədi.
DİA.AZ xatırladır ki, həmin məlumatlarda son günlərdə yaşanan gərginliyin nazirin öz ərizəsi ilə tutduğu vəzifədən getməsinə nədən olduğu qeyd olunurdu.
Yayılan xəbərlərdə, ölkədə daha çox gərginliyin artmaması üçün nazirin belə yola salınması yaşanan problemlərin ortadan qaldırıla biləcəyi fikirləri də səsləndirilmişdi.
DİA.AZ-a daxil olan son məlumatlarda isə bildirilir ki, bu həftə Sahil Babayevlə bağlı yekun qərr veriləcək.
Mənbə iddia edir ki, burada söhbət Sahil Babayevin vəzifədən alınmasından gedir və çox güman bu qərar bu həftə rəsmiləşəcək...
Bizi izləməkdə davam edin. Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...