Prezident İlham Əliyev dəfələrələ xəbərdarlıq etməsinə baxmayaraq hələ də bölgələrdə bəzi dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri sahibkarlıq subyetlərinə yem kim kimi baxırlar.Belə bir hadisə Gədəbəy rayonunda baş verib. Bu haqda Dünyanınsəsi.Az saytına Gədəbəy rayonun Slavyanka kəndi ərazisndə sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsgəndərov Vüsal Zakir oğlu tərəfindən göndərilən video-şikayətdə bildirlir. Şikayətçi qeyd edir ki, Gədəbəy rayonun İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Ələkbərov Vidadi Qəmbər oğlu ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərindən 300-500 manat civarında pul tələb edir.Adında qoyub ki,yığılan bu pul vəsaitləri guya kənddə körpü tikintisinə lazımdır. Halbuki Slavyanka kəndində mərhum Gülməmmədov Tofiq Məhəmməd oğlu şəxsi vəsaiti hesabına ümumi istifadə üçün metal konustruksiyadan körpü saldırmışdır.Ərazidə yaşayan bütün sakinlər də bu körpüdən rahatlıqla istifadə edirmiş.Sözügedən körpü kənd sakinlərinin bildirdiyinə görə kənd icra nümayəndəsi Vidadi Ələkbərov tərəfindən kəsilərək metal qəbuletmə məntəqəsinə satılıb.Yerli sakinlərdə ondan tələb edirlər ki,satılan körpünün pulları hara gedib? O isə bildiri ki, kəndin kəndxudası mənəmsə. mən bilərəm.Siz kimsiniz məndən haq-hesab çəkirsiniz? Kənd sakinləri icra nümayəndəsinə bildiriblər ki, sizdən lazımı dövlət qurumlarına şikayət edəcəyik.O isə bildirib ki, kimə və hara əliniz uzundursa şikayət edin. Slavyanka kəndindəki körpünü şəxsi vəsaitləri hesabına saldıran Gülməmmədov Tofiqin həyat yoldaşı məsələ ilə hətta bağlı Daxili işlər Nazirliyinin 102 xidmətinə də şikyaət edib. Gədəbəyə yeni icra başçısı təyinatına qədər Vidadi Ələkbərov rayonun memarı olub.Hər kəs onun keçmiş fəaliyyəti dövüründən narazılıq edir.Bildirilər ki, rayon ərazisində kimsə özünün həyətində belə “it” damı tikdirə bilməzdi.Çünki hərhansı bir tikinti işi üçün vətəndaşlar mütləq onun bığının altınan keçməyə məcbur imiş. Şikayətçi Vüsal İsgəndərov isə media vasitəsi ilə Baş prokuror Kamran Əliyev cənablarından xahiş edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahibkarlardan pul tələbi etmiş eləcə də dəyəri 30 min manat olan körpünü sataraq mənimsəyən icra nümayəndəsi barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş versin. Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Gədəbəyli sahibkarın video-şikayətini təqdim edirik: