'Semaşko'nun KÖNÜLÜ NƏ İSTƏR... - Xəstəxananı KİM İDARƏ EDİR?
DİA.AZ: - "Bu video “Semaşko” kimi tanıdığımız 1 saylı Kliniki Tibbi Mərkəzin əməliyyat otağından çəkilib. Məlumat mənbəm bilinməsin deyə, səsini özüm silmişəm..." DİA.AZ bildirir ki, bunu öz paylaşımında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Video burada:
Bura tıklayın baxmaq üçün... "Burda nə var, deyə soruşursunuz" sualı ilə fikrinə davam edən jurnalist daha sonra bildirir:
"Burda o var ki, əməliyyat getdiyi sırada həkimlər pəncərəni açıblar. Halbuki, müasir tibb qaydalarına görə, bu, ciddi qəbahətdir. Çünki əməliyyat olunan xəstənin pəncərədən içəriyə girən mikroba yaxalanma riski var.
Elədirsə, həkimlər niyə pəncərəni açıq tuturlar? Çünki bu isti yay günlərində Semaşkonun əməliyyat otağında belə kondisionerlər işləmir. Həkimlər xalatla, üzlərində maska, əllərində əlcəklə əməliyyat otağına girdiklərindən aşırı səviyyədə tərləyirlər. Məcburən hava alıb rahatlansınlar deyə pəncərəni açıq tuturlar.
1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovdur. 2005-ci ildə Rusiya Federasiyası Moskva şəhərində “Narkotikdən asılı cərrahi xəstələrdə anesteziyanın optimallaşdırılması” mövzusunda tibb elmləri üzrə namizədlik dissertasiyası müdafiə edib.
2006-cı ildə ABŞ-ın Con Hopkins Universitetində “Təcili Yardım Təbabəti” üzrə master treninq kursu keçib.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adı alıb.
2020-ci ildə Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Amma hələ də əməliyyat zamanı pəncərəni örtməyi öyrənə bilməyib.
Bu, hələ harasıdır? Könül Ələkbərovun xeyli sayda "quş"larını tapmışam. Tədricən paylaşacağam ki, Con Hopkins Universitetində tənbəllik edib öyrənmədiyini barı indi öyrənsin..."
DİA.AZ bildirir ki, H.Oğuz əlavə olaraq aşağıdakı iddianı da səsləndirib:
"İddialara görə, "Semaşko" kimi tanınan Bakının ən böyük xəstəxanası, indiki 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovun vəzifəsini əslində xəstəxananın bir tibb bacısı yerinə yetirir".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...