Eləsinə də... beləsinə də... QARƏT! - Təfəkkür dəyişməlidir...
DİA.AZ: - Bakı Baş Gömfük idarəsində hüquq-mühafizə orqanları bu vaxta qədər (hazırki binada) dəfələrlə əməliyat keçirib. BBGİ-nin onlarla məmurunun qoluna qandal vurulub. Amma görünən odur ki, faydasızdır. Bu binada çalışanları yox, onların təfəkkürünü, iş prinsipini dəyişməsən, xeyir gözləməyinə də dəyməz.
Bu dəfə biz BBGİ-nin məmurlarından yox, texnik işçilərindən olan gileyi təqdim edəcəyik. DİA.AZ bildirir ki, bu barədə öz facebook səhifəsində tanınmış jurnalist Xalid Kazımlı paylaşım edib.
Jurnalist yazır: "Dünən bir tanış sahibkar danışır ki, Şıx çimərliyi ilə üzbəüzdə yerləşən gömrük idarəsinin bufetində 1 manatlıq "Bonaqva" suyu 3 manat 50 qəpiyə satılır. Deyir, 5 manat veririk, 1 manat qaytarırlar və deyirər, 50 qəpiyimiz yoxdur, sonra verərik..."
Yəni görünəni odur ki, sözügedən binada QARƏTİN bütün növləri cırəyan edir...
Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...