Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb - İcra məmuru tərəfkeşlik edir
Tarix: 3-09-2024, 08:33 | Çap et
Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayev ƏƏSMN və DSMF-nin rəhbərliyinin əmək normalarının pozulmasına göz yumur Redaksiyamıza Xaçmaz şəhəri Rəşid Behbudov küçəsi, dalan 1, ev 18 ünvanda yaşayan Cəbiyeva Validə Eldar qızının müraciəti daxil olub. Müəllif Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 06.07.2022-ci il tarixli 2-1(105)-290/2022 saylı Qərarının icra olunmamasından şikayətçidir. Belə məlum olur ki, Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəf tutaraq, süni maneələrlə Məhkəmə Qərarının icrasını əngəlləyir. Biz Yenixeber.org olaraq səslənən iddialarla bağlı cənab Babayevi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
Hörmətli Baş redaktor! Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevin Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsindən qanunsuz işdən azad olmağım barədə 20040011806 nömrəli, 27.07.2020-ci il tarixli əmrin mənə aid olan hissəsinin ləğv edilməsi və işə bərpa ilə əlaqədar iddiam Sumqayıt İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarı ilə təmin olunmayıb. Həmin iddiamla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 24.08.2021-ci il tarixdə, 2-1(105)-401 /2021 nömrəli Qərarı ilə Apellyasiya şikayətim təmin olunmayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “işə bərpa olunmağım və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə” iddiama qarşı qəbul edilmiş 2-1(105)-401/2021 №-li Qərarından 29.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti vermişəm. Həmin kassasiya şikayətim qismən təmin olunaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.01.2022-ci il tarixli, 2-1(102)-73/2022 nömrəli Qərarı ilə iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına qaytarılıb və həmin məhkəmənin 06.07.2022-ci il tarixdə, 2-1(105)-290/2022 nömrəli Qərarı ilə iddiam təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin Qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.12.2022-ci il tarixli 2-l(102)-2026/2022 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin olunmayıb, mənim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlə təmin olunmağım və işsiz qaldığım müddətin pulumun ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-290/2022 nömrəli Qərarı öz qüvvəsində qalıb. Lakin həm Sumqayıt Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin İnzibati Kollegiyasının mənim müvafiq işlə təmin olunma və işsiz qaldığım müddətin pulunun ödənilməsi barədə Qərarların icrası nədənsə, mənim iddia tələbimi 5 aprel 2021 -ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarı ilə təmin etməyən, mənim haqsız yerə illərlə işsiz qalmağıma və bu səbəbdən əzab-əziyyət çəkməyimə səbəbkar olmuş məhkəməyə – Sumqayıt İnzibati Məhkəməsinin hakiminə göndərilmişdir. Hakim uzun müddət qərarın icrasını yubadıb. Azərbaycan Respublikası “İcra haqqında” qanunun 7.2. maddəsində göstərilib: “Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. ”Həmin qanunun 13.1.1 maddəsində göstərilib: “bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri – bir ay ərzində;”- icra vərəqəsi göndərilməlidir. Göstərilən qanunun bu tələblərini pozan hakim haqqında saysız-hesabsız şikayətlərimə əhəmiyyət verilmədi və heç bir cəza tədbiri görülmədi. Hakim mənimlə əlaqədar orqanlara dəfələrlə yazdığım şikayət məktublarından sonra (Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə, Konstitusiya-hüquq Şurasına, Apellyasiya Məhkəməsinə, İnzibati Məhkəməyə və digər əlaqədar yuxarı təşkilatlara) nəhayət, 1 il 3 aydan sonra 23.12.2023-cü il tarixdə məhkəmə Qərarı Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərib. Məlumat verirəm ki, qərar icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən qəbul edilib. Azərbaycan Respublikası İcra və Probasiya haqqında Qanunun 8.3.-cü maddəsində göstərilib:“İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.”İcra məmuru Qanunun bu tələbini pozmuş, bu günədək icraata başlamaq haqqında qərarın surətini mənə göndərməmişdir. Mən Sumqayıt İnzibati Məhkəməsinin 28.11.2023-cü il tarixli məktubuna əsasən icra sənədinin Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərdildiyindən məlumatım olub. Bundan sonra şəxsən özüm İcra və Probasiya şöbəsinə getmişəm və icra məmuru B.Babayevin qəbulunda olmuşam.O zaman da B.Babayev icraata başlamaq haqqında qərarın surətini mənə vermədi. 25.06.2024-cüiltarixdə B.Babayevin 070 288-06-03 nömrəli mobil telefonuna zəng edərək icraata başlamaq haqqında qərarın surətini istəsəm də, yenə də B.Babayev sənədi göndərməkdən imtina etdi. Məhkəmə qərarının B.Babayevin qəbul etməsindən 8 ay keçməsinə baxmayaraq Bəxtiyar Babayev heç bir hüquqi tədbir görməyib.“İnzibati mübahisələrə dair işlər üzrə qərarlarının icrasını təmin edilməsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumunun 19.11.2021-ci il tarixli qərarının 25, 26, 27, 28 və 29-cu bəndlərinin tələblərinə uyğun qanuni prosedurları icra etmir. Dəfələrlə Bəxtiyar Babayevə bildirmişəm ki, (3 dəfə rəsmi məktub göndərmişəm, 1 dəfə də qəbulunda olmuşam, bir neçə telefon zəngləri etmişəm) ƏƏSMN və DSMF – mövcud əmək normalarına uymayan vəzifə – arxivçi vəzifəsini mənə təklif edir. Bəxtiyar Babayevə bildirmişəm ki, DSMF-nin Quba Regional Mərkəzi və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş ştat cədvəlində belə vəzifə yoxdur. Belə ki ƏƏSMN və DSMF rəhbərlikləri qanuni vəzifə səlahiyyətlərini aşmış, qanuna zidd olaraq şəxsi mülahizələrinə əsaslanmış, qanunlara düzəliş edərək adqoydu etdikləri vəzifələri – bir vaxtadək kargüzar, sonradan isə arxivçi vəzifələrini təklif etmişdir. Lakin Bəxtiyar Babayev bu qeydimə əhəmiyyət vermir, DSMF-nin mənə təklif etdiyi arxivçi vəzifəsini qəbul etməyi təhrik və təşviq edir. Bildirir ki, DSMF bu qanunsuzluğu – ştat cədvəlində olmayan vəzifəni sizə təklif edə bilməz. Halbuki, mən bu faktı təsdiq edən sənədlərin surətlərini B.Babayevə göndərmişəm. Hətta 14.08.2020-ci il tarixdə “ştatdankənar işçi” adı ilə ƏƏSMN-in mənimlə bağlamaq istədikləri 2CA91JN000200 №-li əmək müqaviləsinin surətini də göndərmişəm. Lakin B.Babayev tərəf saxlayır. ƏƏSMN və DSMF-nin rəhbərliyinin əmək normalarının pozulmasına göz yumur. Cənab B.Babayev ƏƏSMN və ya DSMF-dən Nazirlər Kabinetinin təsdiq etdiyi ştat cədvəlini tələb etsə, ƏƏSMN və DSMF tərəfindən mənə təklif olunan həmin vəzifə adlarının mövcud olmadığını görərdi. Lakin B.Babayev ƏƏSMN-in şifahi sözlərini Tabu olaraq qəbul edir. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının 1077 saylı, 31.08.2020-ci il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının 7.2.2-ci bəndində göstərilib:“ Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etsin.”Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63.1-ci maddəsində göstərilib; “Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.”. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi bu normativ aktlarda göstırilən tələblərə əməl etmirlər. Rəhbərlik öz şəxsi fikirlərini qanun əvəzi əsas götürür. Cənab B.Babayev bu faktları araşdırmadan təkid və təşviq edir ki, mən təklif olunan arxivçi vəzifəsini qəbul edim. Mənştat cədvəlimdə mövcud olmayan vəzifəninecə qəbul edim?! Bir faktı da bildirmək istəyirəm ki,ƏƏSMN-nin rəhbərliyi mənimlə bağlanacaq əmək müqaviləsinin müddətini mənim imzalayacağım tarixdən olmasını istəyir. Belə olan halda bəs mənim illərlə işsiz qaldığım müddətin pulunu kim ödəyəcək?! Cənab B.Babayev təkidlə mənim ƏƏSMN-nin rəhbərliyi ilə inadlaşmamağı bildirir. Mən inad etmirəm! Məhkəmə qərarının qanuni yolla həllini istəyirəm. Bu isə mənim Konstitusion və Vətəndaşlıq haqqımdır! Çox qəribədir! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir istiqamət profili də əlillərin hüquqlarını qorumaq, onlara güzəştləri təmin etmək, iş şəraitini yaxşılaşdırmaqdır. Mən 2-ci qrup əliləm. Lakin mən niyə bunun əksini görürəm?! ƏƏSMN-nin mənimlə qərəzli münasibətinin səbəi nədir? Bu qurum mənim kimi əlilləri, sosial müdafiəyə ehtiyacı olanları qorumaq üçün yaranmayıbmı? Əmək Məcəlləsinə əsasən bütün təşkilatlarda əlillər üçün bron iş yerləri saxlanılmalıdır. ƏƏSMN-nin niyə bunu unudur? (Əlillik sənədimin surətini B.Babayevə göndərmişəm.) ƏƏSMN-nin rəhbərliyi məni çox hörmət etdikləri üçün yox, məhz Azərbaycan Qanunlarına hörmətsizlik edərək, öz şəxsi ambisiyalarını qanunlaşdıraraq məni işdən çıxarıb, illərlə işsiz qoyublar! Bu da məhkəmə qərarı ilə öz təsdiqini tapıb. Lakin məhkəmə qərarının icrasını illərlə yubadan və bundan heç bir cəza almayan ƏƏSMN-nin rəhbərliyi yenə də qanunsuz iş təkliflərindən geri çəkilmir. Buna da cənab B.Babayev göz yumur. Ərizəmdə göstərdiyim faktlara əsaslanaraq bildirirəm ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına 06.07.2022-ci il tarixli 2-1(105)-290/2022No-li Qərarının icrasını cənab B.Babayev qəsdən yubadır, ədalətin və hüququn yox, gücün yanında durur. Çox xahiş edirəm B.Babayevdən tələb edin ki, ədalətin və hüququn yanında, gücün qarşısında dursun. Hətta Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yazdığım şikayət ərizələri də cavabsız qalıb. ƏƏSMN-nin rəhbərliyinin inadı, gücü və qanun tanımamazlığı qarşısında Qanunlarımız və İcra Mexanizmiaciz qalıb! ƏƏSMN-nin rəhbərliyinin mənimlə aşağı kastadan olan isan kimi rəftarı görməzdən gəlinir. Məlumat verirəm ki, ƏƏSMN-nin və DSMF-nin monotonlaşmış Birliyinin rəhbərliyi tərəfindən bu iki qurumda (DSMF publik şəxs olaraq ƏƏSMN-i tərəfindən təsis olunub), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imza və təsdiq etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi Əmək normalarına dair Qanun və Fərmanlar, Əmək Məcəlləsinin müddəaları pozulur. Belə ki bu qurumda Azərbaycan Respublikası Prezidentinin 1077 saylı, 31.08.2020-ci il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanını 7-2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə adları və sayına dair ştat cədvəlinə uyğun hərəkət edilmir. Bu qurumlarda ştat cədvəlinə uyğun olmayan vəzifə adı müəyyən olunur, işçilərin sayı bu formada çoxaldılır. Bununla da hörmətli prezidentimizin imza etdiyi Qanun və Fərmanlardan müddəalar həmfikir olmadıqlarını nümayiş etdirirlər. Bu məqsədlə əmək normalarına dair prezidentin imzaladığı Qanun və Fərmanları düzəliş və təhrif edirlər. Buna misal olaraq ƏƏSMN-nin rəhbərliyinin mənimlə “ştatdankənar işçi” adı ilə bağlamaq istədikləri əmək müqaviləsini nümunə göstərə bilərəm. ƏƏSMN-nin əmək normalarını kobudcasına pozmasına göz yuman aidiyyəti orqanlara şikayətlərim nəticəsiz qalır. Belə başa düşməliyəmmi ki, həmin təşkilatlardakı məsul şəxslər də ƏƏSMN-nin və DSMF-nin rəhbərliyi ilə həmfikirdirlər?! Hörmətli Prezidentimizin imza etdiyi Qanun və Fərmanlar qəsdənmi icra olunmur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
• Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... – GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR
Dünən, 16:48 |
|
|
|
• Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır - GƏLİŞMƏ
Dünən, 16:44 |
|
|
|
• Tramp Maskın 300 milyardına şərik olacaq? – Onların dostluğu...
Dünən, 16:42 |
|
|
|
• Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
Dünən, 16:41 |
|
|
|
• Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Dünən, 14:02 |
|
|
|
• İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Dünən, 14:00 |
|
|
|
• “Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Dünən, 13:58 |
|
|
|
• "“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Dünən, 12:13 |
|
|
|
|