Keçmiş nazir Fizuli Ələkbərovun həbsinə hazırlıq görülür - Onun əleyhinə ifadələr alınıb
Tarix: 18-07-2014, 11:34 | Çap et
Məlum olduğu kimi, 2013-cü il prezident seçkilərindən sonra Prezident İlham Əliyev hakim komandanı formalaşdırarkən bir neçə yüksək çinli məmuru vəzifədən uzaqlaşdırdı. Onlardan biri də uzun müddətdən bəri tənqid hədəfi olan əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov oldu. Qeyd edək ki, F.Ələkbərovun dövründə bu sahəni bazara çevirməsi ciddi narazılığa səbəb olmuşdu. Hazırkı nazir Səlim Müslumovun təyinatından sonra xeyli irəliləyişlər əldə olunsa da, F.Ələkbərovun tör-tküntüləri hələ də problem yaratmaqdadır. Amma bu istiqamətdə aparılan mübarizə də nəzticəsini verir. 2014-cü ilin I yarımili ərzində görülmüş işlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dünən keçirdiyi mətbuat konfransında bu barədə görülən işlərdən danışıb. Onun sözlərinə görə, idarə tərəfindən məhkəmələrə göndərilən işlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı barəsində 2 cinayət işi var. K.Əliyev bildirib ki, məhkəmələrə göndərilən işlər arasında Əmlak Məsələləri Dövlət Komitəsinin 2 əməkdaşı barəsində 2 cinayət işi, yerli icra hakimiyyətləri orqanlarının 2 işçisi barəsində 2 cinayət işi var: "Bələdiyyələrin 3 işçisi barəsində 3 cinayət işi, təhsillə bağlı 10 nəfər barəsində 10 cinayət işi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2 əməkdaşı barəsində 2 cinayət işi, bank və bank olmayan digər kredit təşkilatlarının 8 əməkdaşı barəsində 6 cinayət işi, "Azərenerji" ASC-nin 1 əməkdaşı barəsində 1 cinayət işi, "Azəriqaz" QSC-nin 2 əməkdaşı barəsində 1 cinayət işi, Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Kənd Təsərrüfatı Nazirliyinin 2 əməkdaşı barəsində 1 cinayət işi, ticarət sahəsində çalışan 16 şəxs barəsində 16 cinayət işi, tikinti sektoru üzrə 6 şəxs barəsində 4 cinayət işi, özəl sektorda çalışan 12 şəxs barəsində 12 cinayət işi var". Göründüyü kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı barəsində araşdırma aparması və qanunsuz əməl törədənlərin həbsi bu sahədə ciddi işlərin görüldüyünü sübut edir. "Unikal"ın əldə etdiyi məlumata görə, hazırda istintaq altında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri vəzifələrindən sui-istifadə edərək aldıqları külli miqdarda rüşvətlə bağlı ilginc faktlar açıqlayıblar. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, istintaq altında olan məmurlar bütün işlərdə keçmiş nazir Füzuli Ələkbərovun əli olduğunu bildiriblər: "Onsuz da hamıya məlumdur ki, bu günə kimi korrupsiya və rüşvətxorluğa qarşı mübarizə adı ilə həbs olunan məmurların çoxu kiçik rütbəli şəxslərdir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin tutduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı elə də ciddi fiqur deyillər. Onların təkbaşına, yuxarının əmri olmadan bu boyda işə girişməsi mümkün deyil. Artıq Füzuli Ələkbərov nazir deyil. Onun güdazına gedən kiçik sosial məmurlar hər şeyi üzərilərinə götürmək fikrində deyillər. Məndə olan məlumata görə,onlardan bir neçəsi artıq Füzuli Ələkbərovun əleyhinə ifadə veriblər. Digərlərinin də analoji ifadə verəcəkləri şübhəsizdir. Yəni, bu işin axırı gedib Füzuli Ələkbərova çıxacaq". Onu da nəzərə çatdıraq ki, dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə başlayıb. Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elman Əliyevin mərkəzin əməkdaşları ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Onlar dövlət büdcəsindən vətəndaşlara ayrılmış ünvanlı sosial yardımın 115 min manat məbləğində vəsaitini israf etmə, talama yolu ilə ələ keçiriblər. Bəxtiyar Məmmədov, İradə İsmayılova, Sərdar Rüstəmov, Elşad Əhmədov və Şəhriyar Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı), mərkəzin digər əməkdaşları Teymur Quliyev və Natiq Vəlizadəyə isə həmin məcəllənin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə ittiham olunurlar. Hakim Elbəyi Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyulun 22-nə təyin olunub. Müsahibimiz deyir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesində də F.Ələkbərovun adı gündəmə gətirilə bilər. Onun sözlərinə görə, hazırda həbsdə olan məmurların ifadələri əsasında keçmiş nazir də istintaqa cəlb oluna bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
|