Daha bir bankın bağlanması ilə bağlı qərar verilib – Ciddi fırıldaq faktları aşkarlanıb – “Dəmirbank”ın çöküşü...
Tarix: 4-08-2014, 10:58 |
Çap et
DİA.AZ: - Mərkəzi bankdakı mötəbər mənbənin məlumatına görə artıq Dəmirbank ASC -də ilin sonunadək ləğv olunmalı bankların siyahısına aid edilib. Bu göstəriş Mərkəzi banka Prezident Administrasiyasından daxil olub. Cənab Prezident İlham Əliyev cənablarının Nazirlər Kabinetinin son iclasında banklar barədə çıxışından sonra bu işlərə nəzarəti artıq Prezident Administrasiyası həyata keçirir. Bu barədə DİA.AZ-ın elektron ünvanına məlumat göndərilib.
Qeyd edirik ki artıq 20 il fəaliyyət göstər ən DəmirBankın nizamnamə kapitalı cəmi 23 milyon manatdır. Hansı ki son illər fəaliyyətə başlayan Paşabankın Nizamnamə kapitalı 300 milyon manat ,Eksress bankın kapitalı 100 milyon manata yaxındır. Cənab Prezident İ. Əliyev cənablarının iclasda qeyd etdiyi kimi banklar real iqtisadiyyat sektoruna dəstək verməlidir. cəmi 23 milyon kapitalı olan bu bank hansı iqtisadi layihəni dəstəkləyə bilər. Bank ancaq əhaliyə yüksək faizlərlə istehlak kreditləri verməklə yüksək gəlir qazanır.300 milyon manat kredit portfelini "Şapka" alaraq verməklə özünə 300 milyon problem yaratmış bankın fəaliyyətinə bu gün ehtiyac varmı.
Bankın rəhbərliiyi professional bank işçiləri oilduğundan və Mərkəzi banka çox yaxın olduğundan bankın göstəricilkəri ilə manipulyasiya edərək real vəzi yyəti məharətlə gizlədirlər. Vəziyyəti çox gərgin olan DəmirBank hələ 2007-ci ildə Rabitə bankla birləşmık niyyətində idi. Bütün prosedurlar həyata keçirilmiş lakin son anda Rabitəbank ASC -nin rəhbərliyi DəmirBankdakı real vəziyyəti bilərək birləşməkdən imtina etmişlər.
Bu gün Dəmirbank ləğv olunsa bankın rəhbərliyinə elə bir ziyan dəyməyəcək. Ziyan dəyən yenədə bankın sıravi əmanətçiləri olacaq .
Onları da Royalbankın əmanətçilərinin taleyi gözləyəcək.