Əsas Səhifə > Siyasət, Manşet > "Mikayıl Cabbarov da eyni dərəcədə məsuliyyət daşıyır"...
"Mikayıl Cabbarov da eyni dərəcədə məsuliyyət daşıyır"...9-05-2016, 09:12 |
DİA.AZ: - Redaksiyamıza yazan Alim İbrahimli Sabirabaddakı özbaşınalıqlardan giley edir. DİA.AZ olaraq həmin məqaləni təqdim edirik: “Artıq ilin əvvəlindən Sabirabad mərkəz olmaqla Təhsil Nazirliyinin 12 saylı regional hesablama mərkəzi yaradılıb. Bu mərkəzə də “bəh-bəh”lə Sabirabad mədəniyyət və turizm şöbəsində baş girələmiş, baş mühasib Elxan Əsədovu gətiriblər. Elxan kimdir?! Bakı texnikumlarının birində təhsil alıb. Əvvəllər Mərkəzi xəstəxanada işləyib. Baş həkim Zakir onu yarıtmaz işinə görə işdən qovub. Nəhayət rayon mədəniyyət şöbəsində işə düzələ bilib. Özü də orta ixtisas təhsili ilə. Son 5 ilə qədər o elə həmin təhsillə də mədəniyyətdə kitabxanıçılara qənim kəsilib. Gedin soruşun. Hər ay hər bir kitabxanıçıdan 30 manat, mədəniyyət evlərindən 50 manat həzm-rabədən keçirib. Ramazanov Əhməd Apoş oğlu bu idarəyə müdür təyin ediləndən sonra Elxanın da gülü çırtlayır. Müdür-mühasib əl-ələ verib şad-xürrəm yaşayırlar. 4 il öncə qərar verilir ki, Mədəniyyət şöbələrinin aparatınin işçiləri dövlət qulluğu statusunu daşıyacaqlar. Baş mühasib də ancaq ali təhsilli ola bilər. Orta ixtisas təhsilli Elxan da tez əlimyandıya düşür. Rusiya məktəblərinin birindən özünün yaxınlarına dediyinə görə 1000 dollara bir ali təhsil diplomu alır. Həmin gündən o bu saxta diplomla mədəniyyət şöbəsinin baş mühasibi kimi daha bərkdən bağırmağa başlayır. Nə istəyirsə onu da edir. Elxan Əsədov bir az da qabağa gedərək karrı puluna güvənərək qızı Könül Əsədovanı da rayonun ən böyük məktəblərindən olan Nizami Gəncəvi adına 5 saylı məktəbə direktor razılığını alır. Bu məktəbdə vur-tut 5 ay işləməsinə baxmayaraq, özünün dediyinə görə 30 min manata Könül də olur həmin məktəbin direktoru. Bu xanım məktəbdə həmişə intiriqaçı bir adam kimi xarakteriza olunur. YAP-ın üzvü də deyil. Ümumiyyətlə bu ailənin YAP-a bir allergiyası var. Atası Elxan məşhur müsavatçıdır. Əri Ağayev Azər Mirələm oğlu Prezident və parlament seçilərində müşahidəçi kimi YAP-çıların başına oyun açıb. Əvvəlki seçkilərdə İsa Qəmbərin, Əli Kərimovun, Cəmil Həsənlinin və keçən il isə parlament seçkilərində Pənah Hüseyinin ən vəfalı müşahidəçisi kimi tanınıb. Bu gün Elxan Əsədovu 65 yaşı olmasına baxmayaraq iş başındadır. Nevroz xəstəliyyindən əziyyət çəkən bu adam “Dədəm mənə kor dedi, hər kəsəni vur dedi” prinsipiylə fəaliyyətdədir. Qızı Könül də öz ampulasındadır. Ata-bala və təhsil şöbəsinin dələduzluğda ad çıxarmış məsul işçisi Qasım Məmmədov Təsil nazirliyində həmin məktəbə direktor seçimi müsabiqəsində qalib gələn sadə bir müəllimin oğlu Ziya müəllimə qarşı xüsusi cəbhə yaradıblar. Sabirabadda təhsilin bərbad vəziyyətə salınmasında yerli məmurlar nə qədər günahkardırsa təhsil naziri Mikayıl Cabbarov da o qədər günah daşıyır...” Bütün adları keçən şəxsləri dia-az.life olaraq dinləməyə hazırıq... Geri qayıt |