Əsas Səhifə > Siyasət, Manşet > Onun yerinə daha bir namizəd

Onun yerinə daha bir namizəd


30-05-2016, 09:49
Onun yerinə daha bir namizəd
DİA.AZ: - Gədəbəyin icra başçısı Ramiz Yediyarov "yenilməzliyini" sübut etdikdən (hər halda barəsində ən çox şikayət olunan icra başçısı olmasına rəğmən hələ də görəvdədir və hətta ona güldən ağır söz deyən də olmayıb) sonra indi də daha böyük mövqelər uğrunda mübarizə aparır. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, Yediyarov hazırda Bakı meri postu uğrunda illərdir davam edən mübarizədə tərəfə şevrilib. Mənbənin dia-az.life-a söylədikləri: "Artıq Yediyarov da xırda fiqur hesab olunmur. Bu illər ərzində Gədəbəyi rəsmən diziüstə qoyan icra başçısı əlində yetərli kapitalın olduğuna əmindir ki, bu gün Bakı ŞİH rəhbəri postuna da tamah salıb".

Xatırladaq ki, buna qədər çoxları Bakı meri olmaq sevdasına düşsələr də, Abutalıbovu yerindən tərpədə bilən olmayıb.

Geri qayıt