Əsas Səhifə > Siyasət, Manşet > Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...

Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...


23-11-2016, 08:49
Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...
DİA.AZ: - Redaksiyamıza müraciət edən Ucar rayonu Şahlıq kənd sakini Muradov Xəzər Çingiz oğlu həkimlərdən şikayətçidir. Narazı vətəndaş DİA.AZ-a yazır:

"Mingəçevir şəhərində yerləşən "Tələbə" poliklinkasının Ailə Planlaşdırması şöbəsinin həkimi İradə Mirzəliyevanın savadsızlığı və saxtakarlığına görə həyat yoldaşım ağır xəstəliyə yoluxmaqla bizim gənc ailəmiz övlad üzünə həsrət qaldı. 2012-ci il tarixdə Muradova Vəsilə Məhərrəm qızı ilə ailə həyatı qurduq.İki il övladımızın olmamasından narahat olduq və 2014-cü ilin mart ayı tarixində Mingəçevir şəhərində yerləşən "Tələbə" Poliklinkasının Ailə Planlaşdırması şöbəsinin həkimi İradə Mirzəliyevaya müraciət etdik.Ulturasəs Müayinə kabinetində oturan İradə həkim həyat yoldaşım Vəsiləni müayinə etdi və ağır dozalı iynələrin qəbul etməsini yazdı.Pollekulların yoxlanılması adı ilə ayda 3 dəfə olmaqla bir il həyat yoldaşımı ulturasəs müayinədən keçirib hər dəfə ağır dozalı iynə-dərmanlar yazdı.Hər dəfə də müayinə zamanı saxtakar həkim İradə Mirzəliyevaya pul ödəyirdik.Müsbət nəticə gözlədiyimiz vaxt həyat yoldaşımın vəziyyəti ağırlaşdı.Aparılan səhv müalicəyə görə yoldaşımın uşaqlığına infeksiya düşdü və başqa xəstəxanada təcili cərrahiyyə əməliyyatı oldu.Cərrah həkim bildirdi ki, səhv müalicənin nəticəsində yoldaşının uşaqlıq borusunda çürümə baş verib.Buna görə yoldaşımın uşaqlıq borusu cərrahiyə yolu ilə kəsilib götürüldü.Bununlada İradə Mirzəliyevanın səriştəsizliyi və saxtakarlığı nəticəsində yoldaşım ömürlük şikəst, ailəmiz isə övlad üzünə həstər qaldıq".

Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Azərbaycan səhiyyəsini yaman günə salan İradə Mirzəliyeva kimi saxtakar, savadsız və səriştəsiz həkimlərin əməlləri ifşa edilməli, səhiyyə sistemindən qovulmalıdırlar.Çünki burada sağlam insanların gələcək arzularının puç olmasından, sağlamlıqlarının təhlükə qarşısında qalmasından söhbət gedirsə heç kəsə güzəşt getmək olmaz. Biz İradə Mirzəliyevanın qanunsuz əməlləri barədə çoxlu sayda şikayətlər etsəkdə heç bir tədbir görülməyib.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.Bizi övlad üzünə həsrət qoyan saxtakar və savadsız həkim İradə Mirzəliyevanın barəsində ciddi tədbirlər görməyinizi xahiş edirəm.Bu həkim təcili olaraq səhiyyə sistemindən qovulmalıdır.Çünki bu savadsız həkim bundan sonrada sağlam insanları bizim kimi şikəst edəcək.Xahiş edirəm bu barədə ciddi, təcili tədbirlər görəsiniz".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...
Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...
Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...
Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...
Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...
Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...
Həkimin savadsızlığı gənc ailəni nakam qoydu...

Geri qayıt