Əsas Səhifə > Siyasət, Manşet > Şeyx adamını qoruya biləcəkmi?

Şeyx adamını qoruya biləcəkmi?


17-03-2017, 09:26
Şeyx adamını qoruya biləcəkmi?
DİA.AZ: - Daha bir rayon icra hakimiyyətinin başçısı ilə bağlı gediş qərarı verilib. Bu barədə DİA.AZ-a xəbər verən mənbə iddia edir ki, hazırda Zərdab rayon İcra hakimiyyətinin başçısı postunu tutan və adı bir çox qalmaqallarda, hətta böyüyk mənimsəmə faktında hallandırılan Lütvəli Babayev görəvdən alınacaq.

Mənbənin dia-az.life-a söylədikləri: "Babayevlər birbaşa olaraq Allahşükür Paşazadənin himayəsi altındadır. Zərdab RİH rəhbərinin bir qardaşı QMİ xəttində mühüm yer tutur. Hətta ona, yəni Lütvəli Babayevin qardaşına qarşı zorlama, narkotik daşıyıcılığı ittihamları olsa da, məhz Şeyxin sayəsində qurtulmağa müvəffəq oldu. Elə Lütvəli Babayevin özü də ağır ittihamların hədəfi olub. Amma Şeyx güclü olduğundan kimsə onlara söz dey bilməyib. Hətta L.Babayev Mingəçevirin sabiq poliz rəisinə qarşı da açıq savaş açmışdı".

Mənbə dia-az.life-a bildirir ki, belə bir qüdrətdə olan başçı artıq son günlərini sayır: "Bayramdan dərhal sonra bir neçə rayonun rəhbəri işindən alınacaq ki, onların arasında Babayev də var".

Qarşı tərəfi də dinləməyə hazırıq...



Geri qayıt