Əsas Səhifə > Siyasət, Manşet > Zamanında xəyanət etmiş Cavid Qurbanov və qardaşı haqda iddialar...

Zamanında xəyanət etmiş Cavid Qurbanov və qardaşı haqda iddialar...


27-04-2017, 08:59
Zamanında xəyanət etmiş Cavid Qurbanov və qardaşı haqda iddialar...
İlqar Qəmbər oğlu Qurbanov – "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisidir. Bu şəxsin qaranlıq keçmişi və hazırkı fəaliyyəti haqqında apardığımız araşdırmalara nəzər salmazdan öncə, onun rəsmi sənədlərdə qeyd olunmuş həyat yoluna diqqət edək:

Zamanında xəyanət etmiş Cavid Qurbanov və qardaşı haqda iddialar...

Realliq.info qeyd edir ki, İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib.
İ.Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.
Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır. Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarətdir.
Rəsmi məlumatlarda göründüyü kimi Əhalinin Əmək və Sosial müdafiəsi nazirliyi yanında yaradılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti əlləilliyin müəyyən olunmasında önəmli rol oynayır və vətəndaşlara bu sahədə xidməti təkmilləşdirmək üçün yaradılmışdır. Lakin təəsüflər olsun ki, İlqar Qurbanovun rəhbərliyi altında xidmətin uğurlarından deyil, qanunsuz fəaliyyətindən eşitdiklərimiz qulaq batırır.

Zamanında xəyanət etmiş Cavid Qurbanov və qardaşı haqda iddialar...

Realliq.info –nun iddiasına görə, İlqar Qurbanovun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti rəisi vəzifəsinə gətirilməsi heç də bu şəxsin keçdiyi parlaq həyat yoluna söykənmir və əsaslanmır. Nəzərə alsaq ki, İ.Qurbanovun qardaşı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovdur onda məsələnin və ya təyinatın mahiyyətini anlamış oluruq. Cavid Qurbanovun keçmiş fəaliyyətində və ya siyasi yolunda vəzirovçuluq, mütəllibovçuluq, Sürət Hüseynovçuluq və s. ideyalarına xidmətinə nəzər salanda görərik ki, bu şəxs hər zaman oyun oynamağı bacarmış və xəyanətlərlə dolu bir həyat yolu keçmişdir. Caviq Qurbanovun hər tərəfli oyunu mərhum prezident Heydər Əliyevin diqqətindən yayınmamışdı. Realliq.info qeyd edir ki, 1995- ci ildə ölkənin əsas siyasi lideri və təcrübəli dövlət xadimi Heydər Əliyev Cavid Qurbanovun vəzifə karyerası ilə tanış olduqda bu şəxsi tutduğu vəzifədən qovdu.
Lakin, Nəqliyyat naziri Ziya Məmmədovun yanına özünü dürtən Cavid Qurbanov çox keçmədi ki, etdiyi xəyanətlərə baxmayaraq hakimiyyətin ən yaxın kadrına çevrildi. Məhz, Caviq Qurbanovun hakimiyyət dairələrində söz sahibi olması onun qardaşını və qohumlarını da mükafatsız qoymayıb. Bu mənada Əhalinin Əmək və Sosial Müdafiəsi naziri təyin olunan Səlim Müslümov, Cavid Qurbanov kimi dost qazanmaq üçün ikincinin qardaşını yüksək vəzifəyə təyin etdi. Lakin, cənab Müslümov unudur ki, vaxtilə Ziya Məmmədova böyük qardaş- deyən Cavid Qurbanov ona etdiyi xəyanəti hər bir dostuna qarşı edə bilər və edəcəkdir. Realliq.info nun araşdırmasına görə, İlqar Qurbanovun yeni yaradılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi vəzifəsinə təyin olunmasından sonra, bu sahədə ciddi narazılıqlar baş qaldırdı. Xidmətin tabeçiliyində olan Tibbi Sosial Ekspert Komissiyalarının bölgələrdə vətəndaşlardan kütləvi şəkildə rüşvət tələb etmələri nazir Səlim Müslümovu da narahat etdi. Lakin özünün qazdığı quyuya özü düşən nazir yerli TSEK-lərin səlahiyyətlərini əlindən alıb İlqar Qurbanova verdi. Çoxdan gözlədiyini əldə edən İ.Qurbanov çox keçmədi ki, bu sahədə dözülməz vəziyyət yaratdı. Cavid Qurbanovun qardaşının qanunsuz tələbləri daha böyük dairələrdə bilinsədə hamı bu qardaşların əməllərinə susmaq məcburiyyətində qalıb. Qəribəsi odur ki, Səlim Müslümovun da söz keçirə bilmədiyi İlqar Qurbanovun fəaliyyətindəki narazılıqlara biganə münasibət davam edir.
İlqar Qurbanovun ən başlıca vəzifələrindən biri qardaşı C.Qurbanovun mətbu orqanlarını idarə etmək və maliyyələşdirməkdir. Cavid Qurbanovun nəzarətində olan və hakimiyyət qüvvələrini daim tənqid və şantaj edən mətbu orqanlara maddi yardımları həyata keçirən xidmət rəisinin xəstə insanların hüquqlarını pozması görünür aidiyyatı qurumları narahat etmir. Qurbanovların təzyiqindən qorxanlar əlillik dərəcəsini almaq istəyənlərin narazılıqlarını eşitmir, əksinə baş alıb gedən qanunsuzluğa daha böyük meydan verməməkdədirlər.
Biz İlqar Qurbanovun gizli fəaliyyəti ilə bağlı apardığımız araşdırmalar zamanı aşkara çıxan faktları növbəti yazımızda diqqətinizə çatdıracağıq. Bununla yanaşı İlqar Qurbanovun yerlərdəki komissiyalar tərəfindən həyata keçirdiyi qanunsuzluqlardan əziyyət çəkənləri də dinləməyə hazırıq.
Yazıda qeyd olunan faktlarla bağlı Əhalinin Əmək və Sosial müdafiəsi nazirliyi yanında yaradılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisinin münasibətini öyrənməyə çalışdıq. Lakin xidmətdən bizə bildirdilər ki, sorğumuza ancaq İlqar müəllim cavab verə bilər, onudakı iş yerində heç cənab nazir Səlim Müslümov tapa bilmir.
Araşdırmalarımız davam edir.
dia-az.life olaraq adları çəkilən şəxslərin fikirlərini işıqlandıra bilərik!

Geri qayıt