Əsas Səhifə > Siyasət, Manşet > "Fətullahçı terror örgütü"nün Azərbaycan üzrə məsul şəxsi yaxalandı
"Fətullahçı terror örgütü"nün Azərbaycan üzrə məsul şəxsi yaxalandı14-06-2017, 10:22 |
FETÖ-nün (“Fətullahçı terror örgütü”) Azərbaycan üzrə məsul şəxsi, Türkiyənin Malatya Cümhuriyyət Prokurorluğu tərəfindən axtarılan şəxs İstanbulda yaxalanıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxsin adı, soyadı açıqlanmır, M.M. olaraq göstərilir. Malatya Valiliyinin fövqəladə vəziyyət üzrə bürosundan verilən açıqlamada deyilir ki, həmin şəxs İstanbulda yaxalanaraq Malatyaya aparılıb. Şübhəli polisdə dindirildikdən sonra növbətçi məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Malatya həbsxanasına yerləşdirilib. Açıqlamada Malatyada FETÖ-çuların həbsinin davam etdiyi bildirilir. Saxlanılanlar arasında keçmiş müəllimlər və tələbələr də var. Onların barəsində dəlil kimi fətullahçıların bir-biri ilə gizli xəbərləşmək üçün yaratdıqları ByLook messengerindən istifadə etmələri göstərilir. Xatırladaq ki, bu günlərdə Azərbaycanda FETÖ-çu olmaqda ittiham edilən 3 Türkiyə vətəndaşının yaxlanaraq bu ölkəyə ekstradisiya olunduğu məlum olmuşdu. DİA.AZ xatırladır ki, Azərbaycanda hələ də terrorçu Fətullah Gülən cameəsinə yaxın simaların olduğu iddia olunmaqdadır. Bununla bağlı ilginc faktlar da zaman-zaman açıqlanır və onların sırasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərovun adı ilk sırada çəkilir. Qeyd edək ki, məlumatlı mənbələr FETÖ-nün Azərbaycan üzrə məsul şəxsinin Elşad İsgəndərovla mübhəm əlaqələri də zaman-zaman müzakirə predmeti olub. Və elə buna görə də son həbsin Azərbaycanda da böyük əks-səda doğuracağı heç şübhəsizdir və bu əsnada Elşad İsgəndərova əlavə baş ağrısının yaranacağı heç şübhəsizdir. dia-az.life olaraq bu iddialarla bağlı Elşad İsgənədorvun da münasibətini öyrənməyə çalışacağıq. Mövzu diqqətimizdədir. Geri qayıt |