Əsas Səhifə > Siyasət, Manşet > Aqil Nəzərlidən daha bir özbaşınalıq
Aqil Nəzərlidən daha bir özbaşınalıq15-06-2017, 10:24 |
Azərbaycan Respubilkası Prezidenti Cənab İlham Əliyevə, Laçın rayon Vağazin kənd sakini, şəhid bacısı Hümbətova Bilqeyis Süleyman qızı tərəfindən Ə R İ Z Ə Hörmətli Prezidentimiz bildirirəm ki, bundan öncəki müraciətlərimdə Laçın rayon icra başçısı Aqil Nəzərlinin rayonda yaratdığı özbaşınalıq və anarxiya haqqında məlumatı qeyd etmişdim. Anarxiya dedikdə A.Nəzərlinin qohumbazlığını nəzərdə tutaraq onu bildirirəm ki, 552 saylı qəsəbədə özü üçün “ev biznesi” qurmuşdur. Hal-hazırda Azərbaycanın gələcək əsgərləri və mənim nəvələrim çöldə qaldığı halda A.Nəzərlinin göstərişi ilə qəsəbənin 552 saylı qəsəbədə 517 nömürəli xidməti evi satılmışdır. Onu da bildirirəm ki, maliyyənin keçmiş müdiri İsayev Ramizə verilmiş xidməti ev sonradan maliyyənin müdiri Ramizin yaxın qohumu Məmmədova Gülsaba Tapdıq qızının adına keçirilmişdir. Səbəb də ondan ibarətdir ki, guya Ramiz müəllim evdən imtina edib bu səbəbdən də ev Məmmədova Gülsaba Tapdıq qızının adına keçirilmişdir. 1. Hal-hazırda qəsəbədə ki, 517 nömürəli ev 11000 min manata adını bilmədiyim Laçın rayon Qarakeşdi kənd sakininə satılmışdır. 2. Aqil Nəzərlinin qohumu Abbasov Aydına verilmiş 48 nömrəli xidməti ev A.Abbasov dünyasını dəyişdikdən sonra 7000 min manata Laçın rayon Şeylanlı kənd sakininə satmışdırlar. 3. Laçın rayon Yaşıllaşdırmanın keçmiş müdiri Əliyev Vahidə verilmiş 143 nömrəli xidməti ev 20000 min manata Laçın rayonunun digər bir vətəndaşa satılıb. 4. Ən biyabırçılıq odur ki, İcra Başçısı Aqil Nəzərli Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehirban Əliyeva açılışını etdiyi ev yəni keçmiş Su İdarəsinin müriri Cənnət Əliyevə verilmiş evi adını bilmədiyim Laçın rayon Qarakeçdi kənd sakininə 20000 min manata satmışdır. https://www.youtube.com/watch?v=HMT-y32bbwc&feature=youtu.be Qəsəbədə evlərin satılması bu cür məzənnələr arasında dəyişir. Yoxlama aparsanız görərsiniz ki, bu cür hallar çoxdur. Hörmətli Prezidentimiz burada bir sual yaranır: Aqil Nəzərlinin şəxsi marağı nədir ki, bir ev 2- 3 adamın adına keçirilir? Rayonda olan özbaşınalıqlara subut olaraq onu da bildirirəm ki, Aqil Nəzərlinin kiçik qardaşı Müqabil Nəzərli 552 saylı qəsəbənin Tam Orta Məktəbində Psixoloq işləməsinə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qeyri qanuni oxuyur. Halbuki, bu akademiyada oxumaq üçün dövlət qulluğunda işləmək lazımdır. Aqil Nəzərli vəzifə səlahiyyətlərindən sui istifadə edərək qardaşını və ona yaxun olan dövlət qulluğunda işləməyən digər şəxisləri akademiyada qeyri-qanuni oxutdurur..! Laçın rayon İcra Başçısı Aqil Nəzərlidən Prezident Administrasiyasına edilən müraciətlərin cavabsız qaldığını görüb övladım Hümbətov Cənnət problemini bilavasitə yuxarı orqana çatdırmaq üçün Prezident Administrasiyasına gedib. Administrasiyasının rəhbəri Ağəli Əhmədov açıq aşkar oğlum Hümbətov Cənnəti təhdid edərək Aqil Nəzərli nə edirsə düz edir deyib! Vətənini itirmiş, məcburi köçkün həyatı yaşayan və Azərbaycan torpaqları uğurunda gedən döyüşlərdə qardaşını şəhid vermiş bir bacının övladlarına bu cür zülm etmək hansı qanunvericiliyə və bəşəryətin insanlığına sığır! Mənim gəlnim və nəvələrim adı çəkilən qəsəbədə yaşayan qohumlarımın evlərində gecələyirlər. Və övladım Hümbətov Cənnət Cəllat oğlu ikinci dəfə Ağcabədi rayonu və Taxta-Körpü ərazisindən didərgin düşüb. Hal-hazırda Bakı şəhərində qohumlarımızın evində sığnacaq tapıb. Aqil Nəzərlinin “sayəsində” rayon polis şöbəsinin təzyiqləri nəticəsində Ağcabədi rayonu Taxta-Körpü ərazisinə gedə bilmir. Hörmətli Prezidentimiz ŞƏHİD bacısı olaraq şəxsən məni özünüz qəbul etməyinizi xahiş edirəm. Hörmətli Prezidentimiz aşağıdakı kadırlardan göründüyü kimi Siz hər zaman öz adgününüzü xalqımızla birlikdə qeyd edirsiniz, ancaq Laçın rayon İHB-sı Aqil Nəzərli ŞƏHİD (məni) bacısını qəbul zamanı iş otağında açıq aşgar hörmətsizcəsinə tək qoyaraq iş otağın tərk etmişdir. https://www.youtube.com/watch?v=RK4fFwT4o94&feature=youtu.be YUXARIDA QEYD ETDİKLƏRİMİ ŞƏXSİYYƏT VƏSİQƏMİN SERİYA VƏ NÖMRƏSİ İLƏ TƏSDİQ EDƏRƏK İMZALAYIRAM. 1. Hümbətova Bilqeyis Süleyman qızı ----- AZE № 04038521 Tel: (050) 891-65-23 dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |