Əsas Səhifə > Siyasət, Manşet > "Naxçıvana gedə bilmir" deyilən icra başçısı vəziyyətdən çıxa bilib
"Naxçıvana gedə bilmir" deyilən icra başçısı vəziyyətdən çıxa bilib23-06-2017, 09:21 |
DİA.AZ: - Neçə müddətdir ki, barəsində "Naxçıvana gedə bilmir, getməsi yasaqlanıb" deyilən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu günlərdə Naxçıvanda olub. Bu barədə yerli azinforum.az saytı informasiya yayıb. Qeyd edək ki, bu günlərdə Naxçıvanda “Heydər Əliyev kuboku-2017” yeniyetmələr arasında 15-ci beynəlxalq boks turniri keçirilib. Və Süleyman Mikayılov da həmin törənə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti sifətində qatılıb. dia-az.life-a bu olayı şərh edən məlumatlı mənbənin iddiasına görə, belə bir törəndə iştirakını geniş şəkildə qabartma zərurəti duyan Süleyman Mikayılov əslində yazılanları dolayı yolla təsdiqləmiş olur: "Neçə müddətdə ilk dəfədir ki, ayağı Naxçıvana dəyir. Həqiqətən də qadağası var. Sadəcə olaraq, son iştirak etdiyi tədbirin fürsətindən yararlanaraq, qadağanın olmadığı barədə təəssürat yaratmağa çalışdı. Halbuki Azərbaycan Boks Federasiyasının prezidenti də var və bu postu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov tutur. Kəmaləddin Heydərov da Süleyman Mikayılovun himayədarı kimi adamının təmizə çıxması üçün əlindən gələni edəcəkdi də. Etdi də. Maraqlı olanı bundan sonrasıdır. Yəni Mikayılovun növbəti səfərindən video yayması... Bu, inandırıcı görünmür". Bütün bu iddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |