Əsas Səhifə > Siyasət, Manşet > Laçın sakini nədən narazılıq edir?

Laçın sakini nədən narazılıq edir?


5-07-2017, 09:02
Laçın sakini nədən narazılıq edir?
Azərbaycan Respubilkasının Prezidenti
İlham Əliyev Cənablarına
Surəti: Azərbaycan Respublikasının birinci
vitse-prezidenti Mehriban Xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov cənablarına
Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin Rəisi
Kamran Əliyev cənablarına
Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında
Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən


ƏRİZƏ


Hörmətli Cənab Prezident, bildirirəm ki,Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev Laçın rayon təhsil şöbəsində aparılan yoxlamalar zamanı dövlətə xəyanət edərək şəxsi maraqların dövlətin maraqlarından üstun tutub.

Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri 4 aydır kı, Laçın rayon təhsil şöbəsinin tabeliyində olan 111 orta məktəbdən 99-da ( 12 orta məktəbdə ümumiyyətlə yoxlama aparmayıb çünkü bu məktəblərin direktorları Laçın rayonunda yüksək vəzifəli məmurların qohumlarıdı tapşırılıblar.təhlükəsizliyim təmin olunsa həmin məktəblərin adın açıqlaya bilərəm ) 12 ilin maliyyə yoxlamaların apararkən 10 milyon manatdan çox dövlət vəsaitinin mənimsənildiyi aşkarlanıb. Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri orta məktəblərdə apardıqları yoxlamalar zamanı məlüm olub ki,bir çox məktəblərdə illərlə tədris olmayıb dərs jurnaları bele yoxdu sadəcə dövlətin vəsaiti mənimsənilib. Aşkarlanmış bu kimi ciddi nöqsanlar heç də qabardılmyıb.

Dövlət vəsaitinin mənimsənilməsi faktların ört-basdır etmək üçün Ədalət Nəbiyev «Maliyyə Naziri Samir Şərifova və Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifova çatacaq» hesab adı altında məktəb direktorlarından təsil şöbəsinin müdri Nicat Həsənovun vasitəçiliyi ilə rüşvət yığır. Məktəb direktorları onlardan tələb olunan yüksək məbləğdə rüşvəti özləri ödəmək iqtidarında olmadıqları üçün müəllimlərdən və texniki işcilərdən may ayının əməkhaqqisindan aldıqları maşın yarsı yığlraq Ədalət Nəbiyevə verilib.Bir çox müəllim və texniki işci tələb olunan vəsaitə etraz etsələrdə məktəb direktorları olnları işlərini itrəcəyi qorxusu ilə susdura bilib.təhsil şöbəsinin tabeliyində olan 111 orta məktəbdə 3500-dən çox müəllim və 1500-dən çox texniki işcinin olduğun nəzərə alsaq Ədalət Nəbiyev Maliyyə Naziri Samir Şərifovun və Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun adından istifadə edərək hansı məbləğdə rüşvət aldığı aydın olar.

Hazırda Ədalət Nəbiyev yüksək məbləğdə rüşvətin izin itirmək üçün rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri yol verilmiş maliyyə pozuntularına düzəliş etməyə başlayıblar.

Bir neçə məktəbdə yol verilmiş maliyyə pozuntularına düzəliş etməy mümkün olmadığından Ə.Nəbiyev LRTŞ-nin müdri Nicat Həsənova tapşırıq verərək həmin məktəblərin arxivlərini müxtəlif yolarla yox etməyi məsləhət görüb

Cənab Prezident sizin göstərişiniz əsasında Laçın rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının Ali audit orqanı Hesablama Palatası yoxlama aparsa yazdığım faktlar təsdiqin tapar. Tapmadığı halda qanun qarşısında cavab verməyə hazıram.

Cənab Prezident Laçın rayon təhsil şöbəsinin müdri Nicat Həsənov və Ədalət Nəbiyev məktəb direktorları vasitəsi ilə mənə və ailə üzvlərimə təziqlər edir sizən acizyanə xahiş edirəm Cənab Daxili İşlər Naziri Ramil Usubova göstəriş verəsiz mənim və ailə üzvlərimin təhlükəsizliyinin təmin olması haqqında tədbir görsün. Xudayarov B. Tel:0507413096


dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt