Əsas Səhifə > Siyasət, Manşet > 79 yaşlı qadın kimdən narazılıq edir?
79 yaşlı qadın kimdən narazılıq edir?11-07-2017, 09:49 |
DİA.AZ: - Redaksiyamıza Qobustan rayonundan şikayət məktubu daxil olub. dia-az.life olaraq həmin məktubu olduğu kimi təqdim edirik: "Salam.Mən 79-cu yaşdayam. 2012-ci ildən bəri mən özümə məxsus 15 baş xırdabuynuzlu, 2 baş isə iribuynuzlu mal-qaramı Qobustan rayon sakini, Əvvəllər Qobustan MTS sədri olmuş,hazırda fermer işləyən Fizuli Əlizadəyə verdiyim malları ala bilmirəm. Oğlum Qürbət 2012-ci ildən onun naxırçısı olmuşdu. Səhlənkarlıqdan 7 baş malını itirmiş və F.Əlizadənin yazdığı şikayət əsasında iş Şamaxı Prokurorluğunda araşdırılmış və dəymiş zərər 5000 manat hesablanaraq sabiq prokuror köməkçisi işləmiş Rəna xanım vasitəsilə ödənilmişdir. Bütün bunlara baxmayaraq son illər dəfələrlə Şamaxıda saxladığı yataqlara baş çəkib verdiyim mal-qaranı geriyə istəsəm də Fizuli müəlllim heçnə qaytarmayacağını və arxayınçılıqla get hara istəyirsən şikayət et deyir. Mən bu qoca vaxtımda yollarda qalmaqdan yorulmuşam. Fizulinin Şamaxı və Qobustan rayonlarında məşhur fermer və pul sələmçisi kimi tanınması həqiqətən ondan yerli orqanlara şikayət etməyin mənasız olduğunu düçünməyə əsas verir. Elə onu tanıyanlar da deyirlər ki, yalnız yuxarı orqanlara şikayət etsən bəlkə Fizuliyə bir kiçik təsiri olar. Hazırda onun 160 baş iribuynuzlu, 1800 baş xırdabuynuzlu mal-qarası olmasına baxmayaraq mənim verdiyim əmlakımın heç olmasa yarsını belə qaytarmır. Allah insaf versin. Odur ki, bir daha cənab Prezidentdən xahişim budur ki, bu gün sabah son mənzilə yola düşəcəyim vaxt heç olmasa kasıb nəvələrimin adına borc yazılmasın, halal-malımın mənə qatarılmasına yardımçı olsun.Sağ olun. Rəbiyyə Bayramova 070-8814191" dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |