Əsas Səhifə > Siyasət, Güney Press > AZƏRBAYCAN MÜHARİBƏYƏ HAZIRLAŞIR
AZƏRBAYCAN MÜHARİBƏYƏ HAZIRLAŞIR25-11-2011, 15:50 |
ƏN ÇOX TANK ALAN 2-Cİ ÖLKƏYİK Postovet məkanın ən böyük silah istehsalçıları olan Rusiya, Ukrayna və Belarus 2005-2010-cu illərdə – 5 il ərzində dünyanın 13 ölkəsinə 1108 tank satıb. APA-nın BMT-nin Adi Silahların Registrinə təqdim olunmuş məlumatlar əsasında apardığı araşdırmaya görə, hesabat dövründə Ukrayna 531, Rusiya 428, Belarus isə 149 tank ixrac edib. Modellər üzrə təsnifata gəlincə, ixracatda üstünlüyü T-72 tankı (T-72M1 modifikasiyası da daxil olmaqla) təşkil edib. Ümumilikdə açıqlanmış sənədlərə görə, 2005-2010-cu illərdə Ukrayna və Belarus tərəfindən 485 ədəd T-72 tankının ixracı gerçəkləşdirilib. Öz növbəsində, bunun 60 ədədini T-72M1 tankları təşkil edib. Rusiya isə modellər barədə məlumatları açıqlamadan ixrac etdiyi tankların ümumi sayını göstərib. Satış siyahısında sayına görə, ikinci yerdə artıq bir sıra dövlətlərin silahlanmadan çıxardığı T-55 tankları dayanır. Ötən 5 ildə Ukrayna və Belarus birlikdə 128 ədəd T-55 tankını ixrac edib. Bu tankları adıçəkilən dövlətlərdən əsasən Afrika ölkələri alıb. Siyahıda bundan başqa, 66 ədəd T-80 və 1 ədəd T-80BV modifikasiyalı tank da yer alır. İxracatla bağlı ümumi rəqəmləri təqdim edən Rusiya satdığı tankların modelləri barədə bilgiləri açıqlamasa da, mətbuatda yer alan məlumatlara görə, bu ölkə əsas ağırlığı T-90, T-72 və T-55 tanklarına verib. Xüsusilə, bu ölkənin əsas tank alıcısı olan Hindistana satdığı tankların önəmli qismini (72%-ə qədərini) T-90 tankları tutub. Regionlar üzrə ixracatın 46,3%-i (512 tank) Afrika, 40,8%-i (451 tank) Asiya, 10,5%-i (117 tank) Amerika, 2,4% -i (27 tank) isə Avropa regionun payına düşür. Hesabat dövründə adıçəkilən ölkələrdən ən çox tank alan ölkə Əlcəzair olub. Bu dövlət son 5 ildə Rusiya və Ukraynadan ümumilikdə 206 tank (ümumi satışın 18,6%-i) alıb. Siyahıda ikinci yerdə 164 tankla (ümumi satışın 14,8%-i) Azərbaycan, üçüncü yerdə isə 124 tank (11,2%) satın alınması ilə Hindistan gəlir. Bu üç ölkənin payı ümumi tank alınmalarında 44,5% təşkil edib. 2005-2010-cu illərdə Rusiya, Ukrayna və Belarusun tank ixracatı aşağıdakı kimi olub: Ötən dövrdə Ukraynanın ixrac etdiyi 531 tankın 425-i T-72 (o cümlədən 60 ədəd T-72M1), 105-i T-55, 1-i T-80BK olub. Ukraynadan əsas tank idxalçıları Konqo (120), ABŞ (117), Keniya (110) və Gürcüstan (91) olub. Belarusun ixracatında 66 ədəd T-80, 60 ədəd T-72, 23 ədəd T-55 tankı yer alıb. Belarusun əsas alıcıları Yəmən (66) və Azərbaycandır (60). Rusiyanın əsas alıcıları qismində isə Əlcəzair (185), Hindistan (124) və Azərbaycan (62) çıxış edib. Geri qayıt |