Əsas Səhifə > Siyasət, Manşet > Beyin iflici olan qıza əlillik vermirlər...
Beyin iflici olan qıza əlillik vermirlər...6-11-2017, 08:37 |
DİA.AZ: - Ucar rayonu Qazyan kənd sakini Qasımova Aygün Əliyusif qızı tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır: "Mənim müraciətim həmişə xəstələrə-əlillərə kömək olan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevayadır. Hörmətli Mehriban xanım, bəlkə də siz ilk dəfədir ki, belə haqsızlıqla qarşılaşacaqsınız. Belə ki, mənim anadangəlmə beyin iflici xəstəsi olan 17 yaşlı övladım Qasımova Fatimə Əlövsət qızına əlillik dərəcəsi verilməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina edib. Səbəb isə göstərilib ki, müalicəsini davam etdirin.Hörmətli Mehriban xanım bu biabırçılıqdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi edib.Çünki qızım Fatimə anadangəlmə beyin iflici xəstəsidir.O tam hərəkətsizdir, onu mən qucağımda gəzdirirəm, yuyundururam, paltarın geyindirirəm, həttda o danışa belə bilmir. Anadan olandan müalicələr edilsədə sağalmayıb.Bu sağalmaz bir xəstəlikdir.Əmək və Əhalinin Sosail Müdafiə Nazirliyinə rüşvət verməyə pulumuz olmadığı üçün qanunsuz olaraq xəstə qızıma əlillik dərəcəsi təyin edilməsindən imtina edildi.Bəlkədə bu dünyada tayı-bərabəri olmayan biabırçılıqdır.Həyat yoldaşım rəhmətə gedib özüm isə bu xəstəyə qulluq etdiyim üçün işləyə bilmirəm mən hərəkət edə bilməyən belə bir xəstəni evdə tək qoyub işləyə bilmərəm.Həyat yoldaşım rəhmətə gedəndən sonra yetim pulu olaraq ayda 100 manat pul alırıq.O pulun umuduna aclıq-səfalət içində yaşayırıq.Mən bir başa Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovu ittiham etmək istəmirəm.Çünki mənim sağalmaz xəstə qızımın problemini 100 % nazir Səlim Müslümov bilmir, imtinanı verən həmin nazirliyinin şöbəsidir.Bilirəm ki, əlilliyi pulla təyin edirlər.Adamlar tanıyıram ki, sağlam olsalarda pul verib əlillik dərəcəsi təyin edillib və buna görə dövlətdən hər ay pensiya alırlar.Bizə qarşı edilən bu haqsızlığı Allahda götürməz 17 il hərəkət edə bilməyən sağalmaz xəstəyə əlillik dərəcəsinin təyinatından imtina edilməsi hansı qanuna uyğundur ? Hörmətli Mehriban xanım sizdən çox-çox xahiş edirəm bu şikayətimi özünüz şəxsən araşdırıb bu sualın cavabını Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovudan soruşun və bizə yaxından köməklik edin. Əlaqə telefonu; (051) 962-72-15" dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |