Əsas Səhifə > Siyasət, Manşet > Kənd Təsərrüfatı Nazirliyi aqrar sektora nəzarət edə bilmir
Kənd Təsərrüfatı Nazirliyi aqrar sektora nəzarət edə bilmir14-11-2017, 09:26 |
Ölkənin aqrar sektoruna dövlət tərəfindən verilən böyük dəstəyə baxmayaraq, bu sahədə gözlənilən nəticələri əldə etmək mümkün olmur. Reyting.az-a verilən məlumata görə, xüsusən də pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahəsində gözləntilərin reallaşmaması Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədova karyerada uğurlu sonluq vəd eləmir. Məlumatda bildirilir ki, Heydər Əsədovun qudası, keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlı hadisələr də kənd təsərrüfatı nazirinə əlavə problemlər yaradır. Hakimiyyətdəki rəqiblərinin hədəfinə gələn H.Əsədov daxildəki rəqibərini zərərsizləşdirsə də, digərləri ilə bacarmır. Bildirilir ki, örüş sahələrinin təyinatını dəyişdirmək hesabına pambıq tarlalarının artırılması da, gözlənilən nəticəni vermir və sərmayələrə adekvat deyil. Eyni zamanda örüş sahələrinin ləğvi ölkədə heyvandarlığın inkişafına da böyük zərbə vurur, ətin (mövsümlə əlaqədar cüzi ucuzlaşmaya baxmayaraq-red.) və süd məhsullarının bahalaşmasına səbəb olur. Bu isə Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki müvafiq qurumun aqrar sektora planlı və elmi yanaşmaması ilə əlaqələndirilir. Mənbəmiz bildirib ki, həm də bu səbəbdən müəyyən problemlər yaranır: “Qış mövsümü başlamasa da, artıq heyvandalıqla məşğul olanlar indidən quru ot tapmaqda çətinlik çəkirlər. Bu isə qışda heyvandarlığa, ətin qiymətinə ciddi təsir göstərə bilər”. İddiaya görə, heyvandarlıq sahəsində yaranan problemlər və pambıq yığımının son nəticələrinin təhlili H.Əsədova böyük problemlər yaradacaq: “Bu nazirlik ölkədə planlaşma apara bilmir, sadəcə görüntü yaratmaqla məşğuldur. Yəni otlaq sahəsini ləğv edərək, pambıq əkdirir, bununla yığımdakı statistik göstəricini artırmağı proqnozlaşdırırlar. Ancaq bunun yaratdığı problemin fərqinə varmırlar. Yəqin gələn il də əkin sahəsini azaldıb, örüş sahələrinin artırmaqla, heyvandarlıqdakı böhranı aradan qaldırmağa cəhd edəcəklər. Sanki bunlarda kənd təsərrüfatını inkişaf etdirmək, məhsudarlığı artırmaq anlayışı yoxdur. Buna görə də Heydər Əsədovun bu nazirliyə rəhbərlik eləməsi normal məntiqə sığmır. Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyinin peşəkarların ixtiyarına verilmə zamanı çatıb. Çünki kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun inkişafıdır, çoxsaylı iş yerlərinin açılmasıdır, ölkədə ərzaq bahalaşmasını əngəlləyən əsas səbəbdir. Ona görə də aqrar sektoru maliyyəçinin nəzarətindən çıxarıb peşəkarlara həvalə eləmək lazımdır. Əks təqdirdə...”. Məumatlı şəxs deyib ki, qarşıdakı aylarda son hesabat veriləcək. O zaman H.Əsədova hücumlar daha da intensivləşə bilər: "Düşünürəm ki, Heydər Əsədova qarşı kampaniya yaxın aylarda daha da güclənəcək. Çünki həm gözləntilər özünü doğrultmayıb, həm də bəzi KİV-lərdə yazılır ki, ciddi maliyyə fırıldaqlarına yol verilib. Bu isə Heydər Əsədov və onun KTN-dəki qruplaşmasına böyük zərbə ola bilər. Kiməsə yuz baş cins inək hədiyyə eləməklə məsuliyyətdən yayınmaq və hücumların qarşısını almaq mümkün deyil. Heydər Əsədov ətrafında baş verən təlatümdən xəbərdar olsa da, bu prosesi dayandırmaq gücü yoxdur. Baxmayaraq ki, onun hakimiyyətdə təmsil olunan və yaxud tələbəlikdən tanıdığı, karyerada birgə yüksəldikləri, daxildə ciddi etimada sahibi olan Səlim Müslümov kimi nazir həmkarı var. Ancaq Müslümov bu dəfə onu xilas edə bilməyəcək. Böyük ehtimalla Heydər Əsədov qudası Ziya Məmmədov kimi vəzifəsindən uzaqlaşdırılacaq” dia-az.life saytı KTN-nin də məsələyə münasibətinə yer ayırmağa hazırdır. Geri qayıt |