Əsas Səhifə > Siyasət, Manşet > "Bizə heç bir əmlak payı düşmədi..."

"Bizə heç bir əmlak payı düşmədi..."


4-12-2017, 09:15
"Bizə heç bir əmlak payı düşmədi..."
DİA.AZ: - Göyçay rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub. DİA.AZ həmin məktubu təqdim edir:

"Biz Göyçay rayon sakinlər "Göyçay Avtonəqliyyat" ASC-nin səhimdarları mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib dövlətin əlehinə iş aparan "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin barəsində ciddi tədbirlər görülməsini xahiş edirik.

Biz uzun illərdir ki, ( təxminən 30-40 il ) "Göyçay Avtonəqliyyat" ASC-də işləyirik. Uzun illər burada işləməyimizə baxmayaraq əmlak özəlləşdirilməsi zamanı bizə heç bir əmlak payı düşməmişdir. "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev avtobusları, texnialaraı başqa-başqa şəxslərə öz şəxsi malı kimi satıb talan etmişdir.İşlədiyimiz müddətdə bizim əmək hüquqlarımız kobud şəkildə pozulmuşdur. Məzuniyyətə çıxmamışıq və istifadə edilməmiş məzuniyyət əvəzi kompensasiyamız ödənilməmişdir ki, bu ümumilikdə yüz minlərlə manat pul edir. 2017-ci ilin mart-aprel-may-iyun-iyul aylarının əmək haqqımızı Arif Əliyev mənimsəyib özümüzə verməyib.Bu cinayət əməli deyilımi ? Bu müraciətin müəllifləri 300 dən çox haqqı tapdanmış insanları öz qanunusz əməlləri ilə hökümətdən narazı salmağa çalışan Arif Əliyevin bu əməlləri təxribatdır.Bizim hər birimizin səhimimiz olan bu səhmdar cəmiyyətdən qazanan ancaq Arif Əliyevdir.Bizə səhimimizə görə qazanc verilmıyib.Baxmayaraq ki, Arif Əliyev saxtakarlıqla "Göyçay Avtonəqliyyat" ASC-də kolxoz bazarı yaradıb küllü miqdarda gəlir əldə edir. Ancaq həmin gəlirdən biz səhmdarlara bir manatda olsun pul verməyib.Saxta MMC oynuna əl atıb başqasının adına "AVAND" adlı MMC yaradıb "Göyçay Avtonəqliyyat " ASC ilə icarə müqaviləsi bağlayıb kolxoz bazarı fəaliyyəti ilə məşğul olur.5 ildir "Göyçay Avtonəqliyyat " MMC-də fəaliyyət göstərən kolxoz bazarından milyonlarla manat gəlir götürən Arif Əliyevin bizə gətirdiyi bəhanə budur ki, kolxoz bazarı mənim deyil "AVAND" MMC-yə məxsusdur mənə isə ayda 100 manat icarə pulu verir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi bu kolxoz bazarı saxta MMC oyununu quran Arif Əliyevə məxsusdur. Biz "Göyçay Avtonəqliyyat " MMC-nin səhmdarları buna görədə tələb edirik ki, bizə məxsus bu avtobazadan kolxoz bazarı çıxarılsın.Bu bizim qanunu hüququmuzdur.

Gəlin baxın bu kolxoz bazarında antisanitariya, özbaşınalıq, qanunsuzluq baş alıb gedir.Buna görə cəzalar tətbiq edilsədə heç bir nəticə çıxarılmır.Çünki Arif Əliyevin barəsində heç bir təsirli tədbir görülmür.Azərbaycanın heç bir yerində belə özbaşınalıq olmayıb ki, Avtobazanı kolxoz bazarı etsinlər.Bunu isə qanunları saya salmayan Arif Əliyev edib.

Bu müraciəti imza edənlərdən biri mən Əliyev Ayaz Rafiq oğlunu düz 5 ildir ki, əmək müqaviləsi bağlamadan. əmək haqqı vermədən avtobus sürücüsü işlədən Arif Əliyev hər günə məndən 15 manat pul alıb.Bu cinayət əməli deyilmi ?

Mən İsakov Valeri Talxum oğlu 1979-cu il tarixdə Göyçay Avtobazasında avtomobil çilingəri işləmişəm.Avtobazada yerləşən təmir sexini Arif Əliyev qanunsuz olaraq uçurub dağıtmış kolxoz bazarı yaradıb pullar qazanır , mənim səhimim olsada divident ala bilmirəm bu cinayət əməli deyilmi ?

Mən Həmidov Bəxtiyar Həmid oğlu Əfqanıstan veteranıyam. 1986-cı il tarixdən Göyçay Avtobazasında avtobus sürücüsüyəm. Mənimdə burada səhimim var ancaq əldə edilən küllü miqdarda gəlirdən qazanc ala bilmirəm.Bizə məxsus avtobusları Arif Əliyev satıb talan edib.Zəhmətkeşlərin işlədiyi Avtobazanı kolxoz bazarı edib.Bu cinayət əməli deyilmi ?

Mən Məhərrəmov Elburus İmadəddin oğlu 1985-ci il tarixdən Göyçay Avtobazasında sürüsü işləmişəm burada mənimdə səhimim var nə qazanc verilməyib nədə ki, əmlak payı.İndiyə kimi məzuniyyətə çıxmamışam ki, bunun konpensasiyası verməyib.

Mən Rüstəmov Nazim Saday oğlu 1984-cü il tarixdən Avtobazada işləmişəm səhimdaram ancaq qazanc ala bilməmişəm hamısını Arif Əliyev kimi saxtakar mənimsəyir.

Rəhimov Habil Musa oğlu 26 ildir Göyçay Avtobazasında sürücü işləyirəm.Səhimdar olsamda Arif Əliyev qazancımı mənimsəyir.
Mən Quliyev Abş Rəhman oğlu 39 ildir ki, Göyçay Avtobazasında sürücü işləmişəm.Səhmdar olsamda qazanc ala bilməmişəm.

Bizim tələbizim saxtakarlıqla zəhmətkeş insanların haqqını mənimsəyən Arif Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsidir.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib dövlətin əlehinə iş aparan "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin barəsində ciddi tədbirlər görmələrini xahiş edirik. Xahiş edirik 100 çox insanın səhimdarı olduğu Göyçay Avtonəqliyyat ASC -nin nəzdində çirkab, antisanitariya içində fəaliyyət göstərən kolxoz bazarının fəaliyyətini dayandırasınız.

İmza Göyçay rayon sakinləri

1. Quliyev Abş Rəhman oğlu Göyçay şəhəri 20 Yanvar küçəsi ev 69 sakini əlaqə telefonu; (055) 538-52-55
2.Rəhimov Habil Musa oğlu Göyçay şəhəri 28 May küçəsi ev 24
3.Həmidov Bəxtiyar Həmid oğlu Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29 A mənzil 12
4.Rüstəmov Nazim Saday oğlu Göyçay şəhəri Şəhriyar küçəsi bina 8 mənzil 48
5.Məhərrəmov Elburus İmadəddin oğlu Göyçay şəhəri N.Nərimanov küçəsi ev 113
6. Əliyev Ayaz Rafiq oğlu Göyçay rayonu Hüngütlü kəndi
7.Cəfərov Çingiz Qadir oğlu Göyçay şəhəri Qantəmir küçəsi döngə 7 ev 1
8.İsakov Valeri Talxum oğlu Göyçay şəhəri Ü.Hacıyev küçəsi ev 41 əlaqə telefonu; (050) 675-60-58"

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt