Əsas Səhifə > Siyasət, Manşet > Milli hədəf bəlirləyən MİLLİ LİDER

Milli hədəf bəlirləyən MİLLİ LİDER


13-02-2018, 12:56
Milli hədəf bəlirləyən MİLLİ LİDER
Bu çağa qədər prezident İlham Əliyev şəxsiyyəti fərqli aspektlərdə yetərincə xarakterizə olunub. Lakin son günlər, xüsusən də düşmən cəbhələrdə müşahidə olunan ajiotaj vacib edir ki, İlham Əliyev kimliyini yenə də təhlil edəsən.

Söhbət burada “son günlərin ajiotajı” deyərkən, təbii ki, İlham Əliyevin YAP-ın qurultayında etdiyi çıxışa Azərbaycanı sevməyən ünvanlarda verilən reaksiyalardan gedir. “Biz İrəvana qayıdacağıq” deyən İlham Əliyevin nə qədər səmimi, ciddi və qətiyyətli olduğunu artıq Ermənistan başda olmaqla, bu ifadələri özlərinə qarşı təhdid hesab edən bütün ünvanlar tam anlamı ilə dərk edir və etməkdədirlər.

Çünki bu vaxta qədər “İrəvan Azərbaycanın tarixi torpaqlarıdır” həqiqəti müxtəlif tribunalarda ayrı-ayrı personalar tərəfindən yetərincə səslənib. Amma ilk dəfə idi ki, Azərbaycanın 1 NÖMRƏLİ SİMASI tərəfindən İrəvanın tarixi keçmişi təkcə xatırlanmır, həm də İrəvan şəhərinin AZADLIĞI Azərbaycan dövlətinin və bu dövlətin superetnosu olan Azərbaycan türklərinin, eləcə də bütün Azərbaycan xalqının MİLLİ HƏDƏFİ kimi bəlirlənir.

Zamanında özünü 50 milyonluq Azərbaycan xalqının prezidenti kimi gördüyünü gizlətməyən İlham Əliyev bu yüksək milli təfəkkür ifadəsini zaman-zaman, sözün bütün mənalarında təzahür də etdirməkdədir. Bu gün hər bir Azərbaycan övladı özünü təkcə indiki Azərbaycanın hüdudlarında deyil, həm də kənarda da dövlətinin himayəsi altında hiss edir ki, bu da İlham Əliyevin yürütməkdə olduğu MİLLİ SİYASƏTİN qabarıq ifadəsidir.

Ümumiyyətlə, İlham Əliyevin prezidentlik dönəmində Azərbaycanın bir dövlət olaraq, hər bir Azərbaycan vətəndaşının isə bir insan olaraq tərbiyələndirildiyi istiqamətin ideya yükü də belə deməyə əsas yaradır ki, prezidentimiz özünün bütün MİLLİ İRADƏ ifadələrində kifayət qədər səmimi və ciddidir, burada hansısa siyasi marağa söykənən pafosdan söhbət belə gedə bilməz. Bu bir faktdır ki, İlham Əliyevin hətta Azərbaycanın millətçi kəsimini sevindirən bu mövqeni rəsmən ifadə etməyəcəyi təqdirdə belə hansısa siyasi çatışmamazlıq baş verməyəcək. Yəni İlham Əliyev Azərbaycanda bütün siyasi və ideya istiqamətləri tərəfindən yetərincə dəstəklənən bir siyasət adamı olduğundan onun bu kimi pafoslara ehtiyacı yoxdur.

Və aydın olur ki, əslində bütün bunlar İlham Əliyevin siyasi kimliyinin ƏN ƏSAS İFADƏSİDİR! Bəli, İlham Əliyev bir TÜRK MİLLƏTÇİSİ olaraq bu gün idarə etdiyi və gələcəyinə məsul olduğu dövlətin və millətin hansı problemlərlə üz-üzə qaldığını və bu problemləri məhz millətləşərək çözə biləcəyini gözəl bildiyindən MİLLƏTİNİN LİDERİ kimi ağır bir missiyaya üstələnərək təkcə vətəndaşlarımızın sosial deyil, həm də milli təfəkkür, milli vətənpərvərlik ruhunda tərbiyələnmə yükünü də çiyinlərində daşımaqdadır.

Prezident İlham Əliyevin bu siyasət və niyyəti özünü - az qala son 200 ildə QƏLƏBƏ dadmayan, qələbəyə tamarzı qalan Azərbaycan türkünə 2 APREL ZƏFƏRİNİ bəxş etdiyi zaman bir daha hiss etdirmiş oldu. 2 Aprel qələbəsinin ardından isə Cocuq Mərcanlı QAYIDIĞI artıq qeyd olunan siyasət üçün əsrarəngiz sözardı idi... İlham Əliyev bununla Azərbaycan türklərinin illərdir həsrətlə çırpınan ürəklərində özünə əbədi yer etmiş oldu. Artıq İlham Əliyev təkcə bir siyasi lider yox, həm də Azərbaycan türkünün MİLLİ LİDERİDİR!

Və İlham Əliyev haqlı olaraq 50 milyonluq Azərbaycan türkünə İRƏVANIN AZADLIĞINI yaxın hədəflərimizdən biri kimi nişan verməklə bizi qarşıdakı illərdə hansı möhtəşəmliyə daşıyacağını da göstərmiş oldu.

Yenə də, təşəkkürlər, CƏNAB PREZİDENT!
Sizi bağrımıza basırıq!

Hörmətlə, Məhəmməd ƏRSOY
dia-az.life-ın baş redaktoru

Geri qayıt