Əsas Səhifə > Siyasət, Manşet > İcra başçısının əlindən dad deyən Göyçay...

İcra başçısının əlindən dad deyən Göyçay...


27-02-2018, 08:56
İcra başçısının əlindən dad deyən Göyçay...
DİA.AZ: - Göyçay rayon sakinləri tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazır:

"Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin özbaşınalığından cana doymuş insanlar artıq intihar həddindəyik.Çinarı və narı ilə dünyada şöhrət tapan Göyçayda yüzlərlə yaşı olan çinarları Mehdi Səlimzadə kütləvi şəkildə kəsdirib rayonu xarabaya çevirir. Məqsəd ağacları kəsdirib ərazini satmaq və özü üçün ticarət mərkəzləri, bazarlar açmaqdır.Göyçay şəhərinin Rəsulzadə küçəsində yerləşən musiqi məktəbini və uşaq bağçasını sökdürən Mehdi Səlimzadə yerində mənzilləri satmaq üçün hündürmərtəbəli bina tikdirir.

Mehdi Səlimzadə özünə məxsus Təzə Bazarın ərazisini genişləndirmək üçün yaxınlıqdakı 100-200 yaşı olan böyük çinar ağaclarını bir gecədə kəsdirib yox etdirmişdir. Mehdi Səlimzadə kənd icra nümayəndələrini və bələdiyyə sədrlərini bezdirib.Artıq 16 kəndin icra nümayəndəsi və bir o qədərdə bələdiyyə sədri tutduğu vəzifədən çıxmaq ərizəsi yazaraq icra başçısma təqdim ediblər.Xar olmuş icra başçısı onlara işdən çıxacağınız təqdirdə evə yox türməyə gedəcəksiniz deyib onları həbslə hədələyib. 5 gün əvvəl İcra hakimiyyətində keçirilən iclasda bələdiyyə sədrinin telefonu yadından çıxıb zalda oturacağın üzərində qalıb.Telefonu icra başçısının qardaşı oğlu kadrlar şöbəsinin müdiri Səməd Cəbrayılov götürür.İclasdan sonra bələdiyyə sədri telefonunu tapmaq üçün başqa telefonla öz nömrəsinə zəng edir.Telefonunun Səməd Cəbrayılovda olduğunu bilib onun iş otağına gəlib çox sağ ol qardaş deyib minnətdarlığını bildirir.Səməd Cəbrayılov onun üstünə qışqırırb "qardaş nədə Səməd müəllim deməli idin" bildiri. Buna görə bələdiyə sədrindən küllü miqdarda pul alıb cəzalandırır".

İcra başçısının əlindən dad deyən Göyçay...
İcra başçısının əlindən dad deyən Göyçay...

Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Qeyd edək ki, Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılov İcra hakimiyətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyir. Mehdi Səlimzadə Göyçaya icra başçısı vəzifəsinə təyin olunana qədər Səmədi Göyçayda hamı qəssab kimi tanıyırdı. Əmisinin icra başçısı təyinatından sonra Səməd Cəbrayılov Göyçay Gənclər Mərkəzinin müdiri sonra isə İcra hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilir. Orta məktəbi güclə oxuyan Səməd Cəbrayılov latın əlifbası ilə adını belə yaza bilmir. Göyçayılıar Səmədin vəzifəyə təyinatını heyrət və gülüşlə qarşıladılar.İndi Səmədin başı anacq Təzə Bazarın ərazisini genişləndirmək üçün yaxınlıqdakı yaşıl və qiymətli ağacları kütləci qırdırmaqa qarışıb. Səmədin qardaşı Əlini isə hamı ruhi xəstə kimi tanıyırdı ki, indi o Göyça bələdiyyəsini və şəhər sovetliyini formal olaraq idarə edir. Artıq Göyçayda ona hamı mer-qorod deyir.Ruhi xəstə olan Əlinin işi əmisinin və qardaşı Səmədin yeni fəaliyyətə başladığı "Təzə Bazar"-ın gəlirini saymaq, şəhərdə olan boş əraziləri nişanlayıb satmaq tapşırılıb. Göyçay Avtonəqliyyat MMC-nin şəhərin Nizami küçəsinə açılan iki qapısını əhalinin təhlükəsizliyinin təmin edilməsi adı ilə bağlatdıran Mehdi Səlimzadə sonradan paralel küçədə açdığı Təzə Bazara 3 böyük qapı açdırıb.Bu isə əhalinin həyatına həqiqətən ciddi təhlükə yaradıb.Hətta Təzə Bazarın qarşısnda böyük yolda saatlarla tıxac yaranır.Təzə Bazar fəaliyətə başlayandan orada iki piyadanı avtomobil vurub öldürüb, dəfələrlə avtomobil qəzaları baş verib.
Azərbaycanda bütün rayonlarda icra başçıslarının başı prezident seçkilərinə qarışdığı vaxtda Göyçayda isə Mehdi Səlimzdənin başı bazar açmağa, qiymətli ağacları kəsdirməyə, buna tikdirməyə, idarə-müəssisə rəhbərlərini soymağa qarşıb.Göyçay sakinlərini bir suala cavab tapmaq istəyirlər ki, Mehdi Səlimzadəni bura icra başçsı vəzifəsinə təyin ediblər yoxsa bazara müdir? Hörmətli Preziden cənab İlham Əliyev, xahiş edirik Mehdi Səlimzadənin əməllərini araşdırb onun barəsində tədbir görəsiniz".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt