Əsas Səhifə > Siyasət, Manşet > “Bizi korrupsiya faktını ifşa etdiyimiz üçün cəzalandırırlar”
“Bizi korrupsiya faktını ifşa etdiyimiz üçün cəzalandırırlar”5-11-2018, 09:04 |
Bu yaxınlarda FHN-nin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində baş verən korrupsiya faktları barədə məlumat vermişdik. Maraqlıdır ki, məlumat saytımızda getdikdən sonra əlaqədar qurumlar ittihamlara gözlənilən əksinə reaksiyalar verib. Biz məsələnin ciddi araşdırılıb müvafiq tədbir göriləcəklərini düşündüyümüz halda “Dibdərinləşdirmə” idarəsi məlumatı bizə sızdıranı cəzalandırıb, özü də ailəlikcə. İdarənin kadrlar şöbəsində işləyən İlahə Ağalarovanın bu təşəbbüsündən sonra onunla eyni yerdə sıravi işçi vəzifəsində çalışan həyat yoldaşı Vidadi Həmzə oğlu Həsənov işdən azad olunub. Məlumatı bizə İlahə xanımın özü verib və onun iddialarına görə, həyat yoldaşına böhtan ataraq işdən uzaqlaşdırıblar. Şikayətçinin özünü də eyni tale gözləyir. 4 körpə uşaqla nə edəcəklərini bilməyən ailə idarədə baş verən özbaşınalıqlar son qoyulması üçün bütün ümidlərini Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və I vitse-prezident Mehriban xanım Əliyevaya bağlayıb. Dövlət əmlakının dağıldılmasını faş etdiyi üçün haqsızlığa uğradığını bildirən İlahə xanım I vitse-pezident Mehriban Əliyevaya müraciət də ünvanlayıb. Neftçaladakı ən böyük sudurulducunun yanında çəkilmiş video-müraciətdə idarənin ən azı 4 milyon manat vəsaiti mənimsədiyi, böyük pullar hesabına tikilən bəndlərin bərbad vəziyyətə salındığı iddia edilir və bu məsələdə FHN-nin müavini Tapdıq Əhliman oğlu Əmiraslanov ittiham olunur. (Ovqat.com) İddiaların ciddiliyini nəzər alıb İlahə xanımın video-müraciətini yayımlayırıq: Geri qayıt |