Əsas Səhifə > Siyasət, Manşet > Prezident Azərbaycanın QARABAĞ SİYASƏTİNİ AÇIQLADI

Prezident Azərbaycanın QARABAĞ SİYASƏTİNİ AÇIQLADI


6-11-2018, 08:43
Prezident Azərbaycanın QARABAĞ SİYASƏTİNİ AÇIQLADI
"Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir".

“Report” xəbər verir ki, bunu noyabrın 5-də Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bu gün beynəlxalq hüquq normalarının tamamilə kənara qoyulduğunu qeyd edib:

"Əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq".

Geri qayıt