Əsas Səhifə > Siyasət, Manşet > “Biləcəri Təmir-Quraşdırma” QTSC-lə bağlı daha bir qalmaqal

“Biləcəri Təmir-Quraşdırma” QTSC-lə bağlı daha bir qalmaqal


28-11-2018, 14:50
 “Biləcəri Təmir-Quraşdırma” QTSC-lə bağlı daha bir qalmaqal
Teref.az “Biləcəri Təmir-Quraşdırma” QTSC- lə bağlı daha bir məlumat əldə edib.
Əldə etdiyimiz məlumata görə bu idarə əvvəllər “Azərittifaq”-a məxsus olub. Bu idarəni hələ Sovetlərin vaxtında Ələskər adlı (məlumat verən şəxs soyadını yadından çıxardıb) şəxsə məxsus olub. Məxsus deyəndə Sovetlərin vaxtında əslində hər şey hökumətə məxsus olsada, hamıharanı kimin tikdiyi və oranın kimə məxsus olduğunu bilirdi. O “obyektə” yeni gələn şəxs ya obyektin halalığını verməli idi, ya da ondan əvvəlki şəxslə şərik işdəməli idi.Yəni qazancının müəyyən hissəsini ya ona ya da varislərinə verməli idi.Bu sovetlər zamanının yazılmamış lakin hamıya məlum qanunları idi. Əldə etdiyimiz məlumata görə “Biləcəri Təmir-Quraşdırma” QTSC də əvvəllər “Təmir Quraşdıram idarəsi” adı altında qurulub. Onu quranda yuxarıda adını çəkdiyimiz Ələskər kişi olub. Lakin o Binəqədi rayonuna “ispalkom” keçdiyi üçün buranı 1993-cü ildə 6000 dollara Zeynalabdin Məmmədova satıb. Zeynalabdin Məmmədov hələ Meydan hərəkatı zamanı hamımıza yaxşı məlum olan “dəmir yolu” Zeynaldır. Teref.az olaraq onunla söhbətləşmək qərarına gəldik. Müsahibimiz Zeynalabdin Akif oğlu Məmmədovdur.
- Zeynal bəy deyilənə görə nə zamansa siz buranın müdürü olmusunuz?
- Bəli! Mən “Təmir Quraşdıram idarəsi”-ni 1993-cü ildə Binəqədi rayonunun “ispalkomu” Ələskər kişidən 6000 dollara almışam.
- Necə yəni almışam? Axı deyilənə görə bura “Azərittifaq”-ın idarəsi olub.
- Noolsun.... (gülür) O zamanlar hər yerin bir sahibi var idi. Səni ora təyin edə bilərdilər, alkin ora səin olması üçün sən oranın sahibinə halalığınə verməli idin. Buranıda qurub tikən, yaradan Ələskər kişi idi.Məndə ona 6000 dollar halalıq verdim. Bunu o zaman “Azərittifaq”-ın sədriu olan indi isə “Koperativ” universitetinin rektoru Eldar Quliyevdən tutmuş bütün işçilər bilir. Yoxsa sən elə belə gəlib adamın “obyektini “əlindən ala bilməzdin.
- Yaxşı bəs necə oldu siz getdiniz? Satdınız buranı?
- Yox müəyyən səbəblərdən çıxdım.
- Bəs siz necə halalığınızı aldınız?
- Nə halallıq? Nazim Tahirovdan əvvəl baş mühəndisim,ondan sonra bir Ağdamlı işlədi. Sonra Nazim Tahirov gəldi. Çoxbilmiş adamdır..(gülür) Ona necə dəfə deyildi. Necə dəfə söz verdi ki, verəcəm amma və lakin
bu günə qədər xəbər ətər yoxdur. Mənimdə başım qarşıq oldu, rəhmətə gedənim oldu, işlərim ailədə bəzi problemlər...Nə isə arxasınca düşə bilmədim.Fikirləşdim ki, insandır, başa düşüb gətirib özü verəcək.
- Başa düşdü?
- Nə başa düşdü. Axırıncı dəfədə söz vermişdi, amma ..... Onlar məndən sonra oranı necəsə özəlləşdiriblər, hələ bu mənə qaranlıqdır, axı “Azərittifaq” strukturu ayrı cürədir.
- Zeynal bəy indi necə olacaq?
- - Necə oalcaq, mən öz halalığımı tələb edirəm. Yalançılar dünyası, atmaq zamanəsi deyil? O boyda “obyekt” vermişəm ona. Fizulidə baza müdürü idi.Nə deyirəm sağlığına qismət.Amma mənim hallalığımı verməlidir. Mən ondan bunu tələb edirm.Eldar Quliyevdə bu işin içindədir.O da bilir.
- (ardı var)

Geri qayıt