Əsas Səhifə > Siyasət, Manşet > Sumqayıtda reklam şirkəti ilə vergi idarəsinin iş birliyi...

Sumqayıtda reklam şirkəti ilə vergi idarəsinin iş birliyi...


12-09-2019, 10:54
Sumqayıtda reklam şirkəti ilə vergi idarəsinin iş birliyi...
DİA.AZ: - "Yaxın vaxtlarda başıma gələn hadisə barədə Sizin vasitənizlə çoxsaylı izləyiciləri məlumatlandırmaq istəyirəm ki, mənim başıma gələn heç kimin başına gəlməsin". Bu barədə DİA.AZ-a müraciət edən sumqayıtlı sahibkar Məhərrəm Həsənov bildirir. Narazı vətəndaş yazır:

"Belə ki, Sumqayıt şəhərində icarəyə götürdüyüm parfumeriya dükanında satışları artırmaq məqsədi ilə mövsümi aylarda avtobuslarda reklam vermək qərarına gəldim. Bu işlə məşğul olan "Busmedia” reklam şirkətinə müraciət etdikdə mənə 7 və 7a avtobuslarında video reklam çarxımın yayımlanması üçün məndən aylıq 600 manat ödəniş istədilər. Sonda aylıq 500 manata razılaşdıq və məndən Vöenimi və ödənişi ödəyəciyim təqdirdə reklam yayımına başlayacaqlarını bildirdilər. 500 manatı və satıcımın adına olan vöeni təqdim edib çıxıb getdim və reklam çarxım avtobuslarda yayımland. Düzdür bu reklamın mənim satışlarıma heç bir xeyri olmasa da bir müddət sonra ziyanını hiss etdim. Belə ki, ödədiyim 500 manat reklam xərcimi rəsmiləşdirərək vergi idarəsinə mənim vöenimə elektron qaimə göndərmişdilər ki, bu da mənə problem yaratdı. Ötən dövrlərdə mütamadi aylıq dövriyyəmi 1000 manat göstərərək 2%-ni 20 manatı sadələşdirilmiş vergi kimi büdcəyə ödəyib vergiyə rübülk hesabat təqdim etdiyim üçün mənim 500 manat reklama pul xərclədiyim vergi orqanlarında şübhə yaratmışdır. Belə ki, ayda 300 manat icarəyə 200 manat satıcaya verdikdən sonra 500 manat da reklama ödədiyim üçün mənim havayı işlədiyim ortaya çıxırdı.
Kameral yoxlama keçirərək reklam xərclərinin ümumi dövriyyənin 20%-dən çox ola bilməz faktını qarşıma qoyaraq mənim aylıq vergimi 2 dəfə qaldıraraq 40 manat etdilər və mənimlə partnyorluq müqaviləsi bağlayaraq çıxıb getdilər. Bu da oldu mənə reklamın faydası.

Bütün bu işlər tam qanuni olduğu üçün heç kimə şikayət etmək fikrim də olmadı".

Daha sonra narazı sahibkar dia-az.life-a bildirir: "Yazmaqda məqsədim odur ki, Sumqayıtda sahibkarlar ayıq olsunlar və mənim kimi reklam şirkəti ilə vergi qurumunun qurduğu tələyə düşməsinlər reklama pul xərclədikdə bunu nə kimi nəticələri ola biləcəyini düşünsünlər".

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt