Əsas Səhifə > Siyasət, Cəmiyyət, Manşet > AYAZ MÜTƏLLİBOV KARTI YENİDƏN GÜNDƏMƏ GƏLİR

AYAZ MÜTƏLLİBOV KARTI YENİDƏN GÜNDƏMƏ GƏLİR


10-07-2013, 14:25
AYAZ MÜTƏLLİBOV KARTI YENİDƏN GÜNDƏMƏ GƏLİR
RUSİYANIN AZƏRBAYCANLA BAĞLI YENİ PLANI İŞƏ DÜŞMƏ ƏRƏFƏSİNDƏ

DİA.AZ: - Rəsmi Bakının icazəsi ilə 20 illik həsrətdən sonra barəsində heç bir ittiham qaldırılmadan Azərbaycana gəlmə fürsəti əldə etmiş Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov yenidən Kremlin əlində alətə çevrilə bilər. Bu barədə DİA.AZ-a mötəbər mənbələr xəbər verib.

Qaynaq iddia edir ki, «siyasətlə məşğul olmayacam» deməsinə rəğmən bu gün Şirvan zonasında və xüsusi olaraq Bakının kəndlərində Ayaz Mütəllibovun təbliğatı aparılır.

Mənbəmiz Ayaz Mütəllibovun arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını xatırladaraq bildirir ki, son zamanlar müşahidə olunan təbliğatın da səbəbsiz olmadığını bildirdi: «Təbii ki, bütün bunlar Kremlin Azərbaycana qarşı planının növbəti mərhələsidir».

Xatırladaq ki, həm Mütəllibov və həm də yaxınları onun siyasətə dönüşü ilə bağlı yayılan bütün xəbərləri inkar ediblər. Və bu dəfə də anoloji reaksiyanın veriləcəyi şəkksizdir. Amma fakt faktlığında qalır. Və fakt ondan ibarətdir ki, yerlərdə Mütəllibovun təbliğatı kampaniyası geniş vüsət alıb.

Geri qayıt