Əsas Səhifə > Siyasət, Manşet > Səfər Mehdiyevdən isterik reaksiyalar...

Səfər Mehdiyevdən isterik reaksiyalar...


6-08-2020, 08:22
Səfər Mehdiyevdən isterik reaksiyalar...
DİA.AZ: - Dünən DİA.AZ olaraq Dövlət Gömrük Komitəsi rəhbərliyinin Azərbaysan Respublikasının qanunları ilə necə oynadığı və bu zaman sahibkarları hədəfə gətirməsi ilə yanaşı, öz şəxsi maraqlarını üstün tutduğunu sübutlayan çox ciddi dəlilləri təqdim etdik. (YAZI BURADA: http://www.dia-az.life/9/258491-sefer-mehdiyev-dovlete-qarsh-nece-gedr.html)

Bu yazının geniş rezonasn doğuracağı gözlənilən idi. Çünki açıqladığımız faktlarda DGK rəhbərliyi ilə dövlətin digər rəhbərliyi arasındakı yazışmaları əks etdirən sənədlər də yer almışdı ki, bu sənədlərlə əslində Səfər Mehdiyevin daha çox cılız maraqlara qulluq etməsi gün kimi ortaya çıxmış oldu.

dia-az.life bildirir ki, normal durumda bu faktların qarşılığı olaraq Səfər Mehdiyev istefa verməli idi. Təbii ki, bunu gözləmirdik. Çünki "normal durumda" ifadəsini işlətdik. Səfər Mehdiyev isə daha çox anormal prinsiplərə söykənə dəst-xəttə malik olduğundan və dəfələrlə istefaya hazır olduğunu söyləməsinə rəğmən istefa səbəbi olan faktları qulaqardına vurduğundan elə bir gözləntimiz yox idi. Amma gözləmədiklərimiz yenə də oldu, Səfər Mehdiyev yenə də heyrətləndirməyi bacardı.

dia-az.life-a daxil olan son informasiyalardan aydın olur ki, DGK rəhbərliyi böyük əndişə içində həmin faktların ictimailəşdirilməsinə şərait yaradan əməkdaşlarının axtarışına, yəni CASUS OVUNA çıxıb.

Yeri gəlmişkən, dünən Səfər Mehdiyevin isterik vəziyyətdə atdığı addımlardan daha birinə də şahidlik etdik. Belə ki, yazdığımız faktları öz aləmlərində gündəmdən düşürməyi qəsd edirmiş və guya ki cavab verirmiş kimi görsənməyə çalışan DGK nümayəndəsi yerli KİV-lərdən birində hazır müsahibəsini dərc etdirmiş oldu ki, müsahibə mətninin üzərində DGK-nin xüsusi ekspert qrupunun işlədiyi gün kimi aydın idi. Halbuki müsahibəni dərc edən redaksiya elə bir təqdimat vermişdi ki, sanki müsahib olan DGK nümayəndəsi canlı olaraq bu fikirləri ifadə edib. Belə bir mətni isə yalnız əzbərləyib söyləmək olardı ki, bu da DGK-dakı növbəti isterik atmosfer təzahürü olraq qəbul edildi.

Yeri gəldiyindən biz dünən təqdim etdiyimiz həmin narahatçılıq yaradan sənədləri bir daha diqqətinizə çatdırırıq:

Səfər Mehdiyevdən isterik reaksiyalar...
Səfər Mehdiyevdən isterik reaksiyalar...
Səfər Mehdiyevdən isterik reaksiyalar...
Səfər Mehdiyevdən isterik reaksiyalar...
Səfər Mehdiyevdən isterik reaksiyalar...
Səfər Mehdiyevdən isterik reaksiyalar...
Səfər Mehdiyevdən isterik reaksiyalar...
Səfər Mehdiyevdən isterik reaksiyalar...

Sonda bir daha qarşı tərəfi dinləməyə hazır olduğumuzu bildiririk. Amma yenə də əminik ki, qarşı tərəf ənənəvi susqunluğunu davam etdirəcək...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Geri qayıt