Əsas Səhifə > Siyasət, Manşet > NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV...
NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV...27-04-2021, 09:06 |
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi xəbəri istər-istəməz onun uzun illər əsas himayədarı hesab olunan sabiq Vergilər nazir Fazil Məmmədovu da yada salmağa əsas verir. Xatırladaq ki, 17 illik nazirliyi dövründə F.Məmmədov Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi. Əgər ölkənin ən talançı, korrupsiyalaşmış, ziyankar məmurlarının siyahısı hazırlansa, F.Məmmədovun ilk beşliyə düşəcəyi heç bir şübhə doğurmur. Vaxtilə mətbuatda F.Məmmədovun nazir işlədiyi dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Ümumilikdə isə sabiq nazirin ölkəyə, dövlətə, xalqa, iqtisadiyyata vurduğu ziyan 10 milyarddan artıq olar ki, əskik olmaz. Onun rəhbərlik etdiyi nazirliyin həmin illərdəki “iş prinsipi”ni nəzərə alsaq, yuxarıda qeyd olunan məbləğlər kifayət qədər inandırıcı görünür. F.Məmmədovun öz başına müavinlər, müşavirlər, idarə rəisləri və s. qismində topladığı sözün tam mənasında əsl quldur dəstəsinin Azərbaycanın sahibkarlıq, biznes mühitinə, iqtisadiyyatına, büdcəsinə və s. vurduğu ziyanı yalnız ermənilərin Ağdama vurduqları ziyanla eyniləşdirmək olar. Bəli, heç bir şişirtməyə yol vermədən deyə bilərik ki, F.Məmmədov və onun quldur dəstəsi ölkənin biznes mühitini Ağdam kimi düzləmiş, məhv etmişdi. Bu mühit hələ günü bu gün də özünə gələ bilmir. Vəziyyət o yerə çatmışdı ki, bu quldur dəstəsi MTN adlı digər bir quldur dəstəsinə “pas atmaqla” məşğul idi, az-çox imkanı olan iş adamlarının sahibkarların siyahısını Eldar Mahmudovun başkəsənlərinə ötürürdü ki, Vergilər Nazirliyinin taladıqları azmış kimi, qalan var-yoxlarını da MTN əllərindən alsın. Bunu yalnız erməni xislətinə malik varlıqlar edə bilərdi . Ancaq nə olsun, F.Məmmədov və ətrafındakılar hazırda öz keflərindədirlər, vaxtilə oğurladıqlarını, taladıqlarını yeməklə məşğuldurlar, hamısınıın biznesi, var-dövləti öz yerində. Bəzilərisə hələ də yüksək vəzifələrdədirlər. F.Məmmədovun özü də bütün əksər sabiq məmurlar kimi vəzifədən çıxarılandan sonra xəstəlik adıyla pərdələnib, taladığı vəsaitlərlə qurduğu biznes imperiyasının başındadır. Onun biznesinin bir hissəsi əlindən alınsa da, yenə “əlində-ovcunda” qalanların dəyəri yüz milyonlarla, bəlkə də milyardlarla ölçülə bilər. Xatırladaq ki, F.Məmmədovun biznes imperiyasının bir hissəsi “Synergy Group” MMC şirkətlər qrupunda birləşmişdi, “ATAbank” da onun idi. Ötən il həmin bank bağlandı, nəticədə çoxlu sayda əmanətçiyə, iş adamına ziyan dəydi, bank əməkdaşları işsiz qaldı və s. Lakin F.Məmmədovun sərvəti, varidatı bu qeyd olunanlarla təbii ki, yekunlaşmır. Gəncədə xəstəxanadan tutmuş Şəmkirdə, Gədəbəydə, Bakıda saysız-hesabsız obyektlərə, müəssisələrə, bizneslərə, torpaq sahələrinə və s. qədər böyük varidata sahibdir. Ancaq təbii ki, onun sərvətləri, biznesləri ölkə daxililə məhdudlaşmır. Sabiq nazirin İngiltərədə, Türkiyədə, Ukraynada və digər ayrı-ayrı ölkələrdə mal-mülkünün, hesablarının, biznesinin olduğu qeyd edilir. Məsələn, F.Məmmədovun xaricdəki biznesləri sırasında Ukraynanın kurort şəhəri Truskovetsdə yerləşən "Mir” adlı dəbdəbəli lüks oteli xüsusi yer tutur. Bundan başqa, onun Kiyevdə 5 ulduzlu "11 Mirrors Design Hotel”inin, siqaret, təkər zavodlarında payının və böyük bazarının olduğu bildirilir. Kiyevdəki “Vladimirski” bazarı da sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir hissəsi sayılır. Doğrudur, bu bizneslərin nə qədərinin, hansı hissəsinin onun əlindən alındığı barədə dəqiq məlumat yoxdur. Ancaq bütün bunlara baxmayaraq, sabiq nazirin hələ də ölkənin ən varlı adamlarından biri olaraq qaldığı şübhə doğurmur. 17 il Vergilər naziri olmuş adamın varidatı asanlqla tükənə bilməz... Son olaraq, onun kürəkəni, nazir işlədiyi illərdə müavini olmuş Namiq Əliyevin oğlu Əbdül Əliyevin adına Londonda yalnız bu il 3 şirkət açdığı və bununla da təkcə İngiltərədəki şirkətlərinin sayının 8-ə çatdığına dair məlumat yayıldı. Belə görünür ki, sabiq nazir biznesinin böyük hissəsini İngiltərəyə köçürməkdə qərarlıdır. Ən əsası isə odur ki, bu adam Azərbaycan sahibkarına, iqtisadiyyatına vurduğu ziyan azmış kimi, buradan taladığı vəsaitin böyük hissəsini ölkəmizə yox, xaricə yatırıb. Həmçinin, yaxşı olar ki, F.Məmmədovun ətrafında olmuş, onun adamlarlı kimi tanınan müavinlərindən tutmuş müşavirlərinə, idarə rəislərinə qədər hamısı ilə bağlı araşdırıma aparılsın. Bu adamların arasında F.Məmmədovdan da betər rüşvətxorlar, sahibkarın qanını içənlər, talançılar olub. Onların bəziləri hələ də bu və ya digər qurumda yüksək vəzifədədirlər. Və bu adamlar uzun illər Azərbaycanda olmuş, lakin son illər əsas başçıları vəzifədən kənarlaşdırıldıqdan sonra dağıdılmağa başlayan idarəçilik sisteminin məhsullarıdırlar. Onu da xatırladaq ki, vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Binəqədinin başçısı Xaləddin İskəndərov və Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Gədəbəyin icra başçısı Ramiz Yediyarovla ona daha yaxın şəxslər sayılırdı. Xaləddin İskəndərovla sabiq nazir həm də yeznə – qayındır. İnanın ki, F.Məmmədovun özünün, eləcə də ətrafında olmuş adlarını çəkdiyimiz və çəkmədiyimiz bu adamların varidatları bir yerə toplansa ortaya Azərbaycanın bir neçə illik büdcəsinə bərabər vəsait çıxar. “AzPolitika.info” Geri qayıt |